Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ceylanyar xanım (1830, Soçi – 17 yanvar 1855, Fəriyyə sarayı, Osmanlı imperiyası) — 31-ci Osmanlı sultanı Sultan Əbdülməcidin xanımlarından biri, iqbal.

Ceylanyar xanım

  • Ana Səhifə
  • Vikipediya
  • Ceylanyar xanım

Ceylanyar xanım (1830, Soçi – 17 yanvar 1855, Fəriyyə sarayı, Osmanlı imperiyası) — 31-ci Osmanlı sultanı Sultan Əbdülməcidin xanımlarından biri, iqbal.

Ceylanyar xanım
osman. جیلان یار خانم‎
Şəxsi məlumatlar
Doğum adı Nefiye Berzeg
Doğum tarixi 1830(1830)
Doğum yeri
  • Soçi
Vəfat tarixi 17 yanvar 1855(1855-01-17) (24–25 yaşında)
Vəfat yeri
  • Fəriyyə sarayı, Osmanlı imperiyası
Dəfn yeri
  • Gülüstü Qadınəfəndi türbəsi
Atası Bərzəx Mustafa bəy
Anası Daruxan Dudaruk
Həyat yoldaşı
  • I Əbdülməcid
Uşağı Mehmed Rüşdü Əfəndi
Ailəsi Osmanlı xanədanı

Mündəricat

Həyatı

Əslən ubıx olan Ceylanyar xanım 1830-cu ildə indiki Soçidə dünyaya gəldi. Əsl adı Nafiyə olub, atası Bərzəx Mustafa bəy, anası isə Daruxan Dudarukdur. Hələ 10 yaşında ikən ailəsi tərəfindən İstanbula gətirilmiş, təlim-tərbiyə görməsi üçün Osmanlı hərəminə verilmişdir. Uzun illər keçmiş Çırağan sarayındakı hərəmdə, ardından Adilə Sultanın sarayında təlim-tərbiyə edildi. Adilə Sultan tərəfindən Sultan Əbdülməcidə təqdim olunmuş, ardından 1847-ci ildə nigahlanaraq Sultan Əbdülməcidin ikinci iqbalı oldu. Adı Ceylanyar olaraq dəyişdirildi və mərasim səbəbilə ailəsi İstanbula gətirildi. Bacıları Almazxan xanım və Pürtünak xanım saraya alınaraq Ceylanyar xanıma nədimə təyin edildi, qardaşına isə Bandırma yaxınlığında geniş torpaq mülkləri hədiyyə edildi.

Yeganə övladı olan Şahzadə Mehmed Rüşdü Əfəndi 31 mart 1852-ci ildə dünyaya gəlsə də, 9 ay sonra körpə ikən vəfat etdi. Övladının vəfatından sonra səhhəti pisləşən Ceylanyar xanım Fəriyə sarayına göndərildi və müalicə səbəbilə bir müddət burada yaşadı. Ancaq səhhəti daha da pisləşən Ceylanyar xanım 17 yanvar 1855-ci ildə burada vəfat etdi. Cənazəsi Fatehdəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn olundu.

Övladları

  • Şahzadə Mehmed Rüşdü Əfəndi (d. 31 mart 1852, Çırağan sarayı, İstanbul - ö. 5 dekabr 1852, Çırağan sarayı, İstanbul) — Sultan Əbdülhəmid türbəsinə dəfn edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ceylanyar xanım haqqında məlumat. Ceylanyar xanım nədir? Ceylanyar xanım nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Talsa

  • Fevral 27, 2026

    Santa-Kroçe bazilikası

  • Fevral 27, 2026

    Aralıq nahiyəsi

  • Fevral 27, 2026

    Bəlağət

  • Fevral 24, 2026

    Türkmənistan manatı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst