| Bu məqalə Türkmənistan manatı haqqındadır. Digər ölkənin manatı üçün Azərbaycan manatı səhifəsinə baxın. |
Türkmənistan manatı — Türkmənistanın pul vahidi. Dövriyyəyə 1 noyabr 1993-cü ildə buraxılıb. Yanvar 2009-cu ildə Türkmənistanda pul vahidinin devalvasiyası keçirildi: 5000 köhnə manat 1 yeni manatla əvəz edildi. 1 manat = 100 tenqe.
| Türkmənistan manatı | ||||
|---|---|---|---|---|
| ||||
| Kod və simvol | ||||
| ISO 4217 kodu | TMT | |||
| Simvol | TMT | |||
| Dövriyyə ərazisi | ||||
| Emitent ölkə | ||||
| Tarixi | ||||
| Dövriyyəyə buraxılma | 1 yanvar 2009 | |||
Hal-hazırda metal pul kimi 1, 2, 5, 10, 20, 50 tenqe və 1 və 2 manatlıq; 1, 5, 10, 20, 50, 100, 500 manatlıq əskinazlar buraxılır.
Maraqlı faktlar
1993-cü ildən 2005-ci ilədək buraxılan bütün əskinazlarda (1 və 5 manatlıqdan başqa) Saparmurad Niyazovun portreti verilirdi.
Manatın denominasiyası
1 yanvar 2009-cu ildə dövriyyəyə denominasiya edilmiş metal pullar və əskinazlar buraxıldı. 5000 köhnə manat 1 yeni manatla əvəz edildi. Bununla da dövriyyədə olan ən yüksək nominallı 10 min köhnə manat 2 yeni manatla əvəz edildi. 2009-cu ildə hər iki əskinaz növü dövriyyədə idi. 2010-cu ildə isə köhnə manatları yenisinə dəyişmək olardı. Yeni manatlarda Türkmənistanın görkəmli şəxslərinin portretləri və memarlıq abidələri verilimişdir.
| Türkmənistan manatının sikkələri (Birinci manat) | |||||||
|---|---|---|---|---|---|---|---|
| Şəkil | Dəyər | Diametr (millimetr) | Kompozisiya | Təsviri | Buraxılış təsviri | ||
| Üz | Tərs | Üz | Tərs | ||||
| 1t | 16 mm | Mis-örtüklü polad | Saparmurad Niyazov | Dairə daxilində çiçəyə bənzər dizaynın daxilindəki dəyər | 1993 | ||
| 5t | 19.5 mm | ||||||
![]() | ![]() | 10t | 22.5 mm | ||||
![]() | ![]() | 20t | 20.9 mm | Nikel-örtüklü polad | Saparmurad Niyazov | Dairə daxilində çiçəyə bənzər dizaynın daxilindəki dəyər | 1993 |
![]() | ![]() | 50t | 24 mm | Keçi başı ilə Kornukopia üzərindəki dəyər | |||
![]() | ![]() | 500m | 20.9 mm | Nikel-örtüklü polad | Denominasiya,tarix aşağıda | 1999 | |
![]() | ![]() | 1,000m | 24 mm | ||||
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Türkmənistan manatı haqqında məlumat. Türkmənistan manatı nədir? Türkmənistan manatı nə deməkdir?

