Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tarixdən məlumdur ki, Fransanın formalaşmasında keltlər (qallar, e.ə. 1-ci minilliyin ortaları), romalılar (e.ə. 3-1 əsrlər), sonralar vestqotlar, burqundlar, f

Burqundlar

  • Ana Səhifə
  • Vikipediya
  • Burqundlar

Burqundlar(lat. Burgundii, fr. Burgondes) — German əsilli bir tayfa.

Adrianın başçılığı altında Roma imperiyası

Tarixi

Tarixdən məlumdur ki, Fransanın formalaşmasında keltlər (qallar, e.ə. 1-ci minilliyin ortaları), romalılar (e.ə. 3-1 əsrlər), sonralar vestqotlar, burqundlar, franklar və b. iştirak etmişdir. VI əsrdə Qalliyada vestqotlar və burqundlar öz krallıqlarını, franklar isə Frank dövlətini yaratdılar.

Burqundlar isə Frank krallığına birləşdirilənədək Arian məzhəbinə etiqadları olub.

Burqundların ilk ana yurdu haqqında müxtəlif versiyalar var:

  • Oder bölgəsinin mənbəyi,
  • Skandinaviya,
  • Bornholm adası.

İlk dəfə təqr. eramızın 70-ci ilində Böyük Plini tərəfindən vandalların arasında qeyd olunmuşlar. Eramızın 1–2-ci əsrlərində Aşağı Visla və Orta Oder arasındakı ərazidə məskunlaşmışdılar. Gepidlərin təzyiqi ilə cənub qərbə hərəkət edərək 4-cü əsrin ortalarında Mayn çayının Reynə töküldüyü rayona gəlib çatmışdılar. 3–4-cü əsrlərdə digər german tayfaları ilə birlikdə Romanın Aşağı Almaniya əyalətinə soxularaq alemanlarla mübarizə aparmış, onları qərbə doğru sıxışdırmışdılar.

406-cı ildə Burqundlar kral Qundaxarın başçılığı ilə Reyn çayını keçərək Maynsı tutmuş və mərkəzi Vorms ş. olmaqla krallıq yaratmışdılar. 413-cü ildə Qərbi Roma imperiyası Burqundları federatlar kimi tanıdı, onların məskunlaşması üçün Vorms rayonunda Qalliyanın sərhədyanı vilayətlərini ayırdı. Bu dövrdə Burqundlar xristianlığı qəbul etdilər. 430-cu illərin əvvəllərində belqlərin torpaqlarını tutmağa cəhd göstərdilər. 435 və 436-cı illərdə Roma sərkərdəsi Aetsinin komandanlığı ilə romalılar və hunların birləşmiş qüvvələri tərəfindən darmadağın edildilər.

443-cü ildə Burqundların qalıqları Aetsi tərəfindən federatlarstatusu ilə Sabaudiyada (Savoyya) məskunlaşdırıldı. Burqundların bir hissəsi Reynin sağ sahilində yaşamaqda davam edirdi. 451-ciil də Burqundlar Attilanın Qalliyaya səfərində iştirak etdilər. 457-ci ildə imperiyanın zəifləməsindən istifadə edərək Rona çayının hövzəsini tutan Burqundlar burada öz krallıqlarını (bax Burqundiya) yaratdılar. Burqundiya cəmiyyətinin həyatını və onun qall-Roma əhalisi ilə qarşılıqlı münasibətlərini nizama salan hüquq normaları Burqundiya qanunnaməsində (Lex Burgundionum; 5-ci əsrin 2-ci yarısı – 6-ci əsrin əvvəlləri; bax Bar bar qanunnamələri) əksini tapdı. 534-cü il də Burqundlar franklara tabe oldular.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Burqundlar haqqında məlumat. Burqundlar nədir? Burqundlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Saba rayonu

  • Fevral 27, 2026

    Basillisk

  • Fevral 27, 2026

    Miron

  • Fevral 27, 2026

    Ləhcə

  • Fevral 27, 2026

    1933-cü il

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst