Ceydon Sanço (ing. Jadon Sancho; 25 mart 2000, Kamberuell[d], Böyük London) — ingilis futbolçu.
| Ceydon Sanço | |||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ing. Jadon Sancho | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
| Ümumi məlumatlar | |||||||||||||||||||||||||
| Tam adı | Ceydon Malik Sanço | ||||||||||||||||||||||||
| Doğum tarixi | 25 mart 2000 (25 yaş) | ||||||||||||||||||||||||
| Doğum yeri |
| ||||||||||||||||||||||||
| Vətəndaşlığı | |||||||||||||||||||||||||
| Boyu | 180 sm | ||||||||||||||||||||||||
| Çəkisi | 76 kq | ||||||||||||||||||||||||
| Klub haqqında məlumat | |||||||||||||||||||||||||
| Klub | Borussiya Dortmund | ||||||||||||||||||||||||
| Nömrəsi | 7 | ||||||||||||||||||||||||
| Karyerası | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
Həyatı
Ceydon Sanço 25 mart 2000-ci ildə İngiltərənin London şəhərində anadan olmuşdur. Valideynləri Trinidad və Tobaqoludur. Uşaqlığı Londonun cənubunda yerləşən Kenninqton bölgəsində keçmişdir.
Klub karyerası
Həvəskar karyerası
Ceydon Sanço 7 yaşında olarkən "Uotford" komandasında həvəskar karyerasına başlamışdır. 14 yaşında olarkən 2015-ci ilin mart ayında 66000 funt-sterlinq qarşılığında "Mançester Siti" klubuna transfer olunmuşdur. 2017-ci ilin iyul ayında "Mançester Siti"nin yeni mövsüm öncəsi təlim-məşq prosesinə dəvət olunmuşdur.
Borussiya Dortmund
31 avqust 2017-ci ildə 8 milyon funt-sterlinqlik məbləğlə Almaniyanın "Borussiya Dortmund" klubuna transfer olunmuşdur. Yeni klubunda ilk oyununa 21 oktyabr 2017-ci ildə "Ayntraxt Frankfurt" komandası ilə baş tutan qarşılaşmada çıxmışdır. Matçın başa çatmasına 6 dəqiqə qalmış oyuna girən Sanço, "Borussiya Dortmund" forması ilə "BundesLiqa"da oynayan ilk ingilis futbolçu olmuşdur. 14 yanvar 2018-ci ildə isə "Volfsburq" klubu ilə oyuna start heyətində başlamışdır. 21 aprel 2018-ci ildə "Bayer Leverkuzen" komandasına vurduğu qol Sançonun yeni klubunda rəsmi oyunlarda vurduğu ilk qol idi. Klubu ilə 2022-ci ildə müddəti bitəcək olan yeni müqavilə imzalamışdır. "BundesLiqa"da 2018-ci ildə "oktyabr ayının oyunçusu" seçilmişdir.
Milli komanda karyerası
2018–2019-cu illər mövsümünün əvvəlində Sanço ilk dəfə İngiltərə millisinin UEFA Millətlər Liqasında Xorvatiya və İspaniya milli komandaları ilə oynayacağı qarşılaşmaların iştirak ərizəsinə daxil edilmişdir. 12 oktyabr 2018-ci ildə Xorvatiya millisə ilə oynanan qarşılaşmanın 78-ci dəqiqəsində oyuna girərək İngiltərə milli komandasının formasını ilk dəfə geyinmişdir.
Uğurları : İngiltərə U17
FIFA 17 Yaş Altı Dünya Kuboku: 2017 Avropa 17 Yaş Altı Futbol Çempionatının ikincisi: 2017 İngiltərə
UEFA Uluslar Liqi üçüncülük: 2018–19
EURO 2020 Avropa Çempionatı ikincilik — 2020–2021
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ceydon sanço sözünün mənası, ceydon sanço haqqında məlumat. ceydon sanço nədir? ceydon sanço nə deməkdir?
