Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Bayer 04 Leverkuzen" (alm. Bayer 04 Leverkusen‎) tam adı ilə "Bayer 04 Leverkuzen GmbH" daha çox istifadə olunan adı ilə "Bayer Leverkuzen" və ya sadəcə "Lever

Bayer Leverkuzen

  • Ana Səhifə
  • Vikipediya
  • Bayer Leverkuzen

"Bayer 04 Leverkuzen" (alm. Bayer 04 Leverkusen‎) tam adı ilə "Bayer 04 Leverkuzen GmbH" daha çox istifadə olunan adı ilə "Bayer Leverkuzen" və ya sadəcə "Leverkuzen" — Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Leverkuzen şəhərində yerləşən peşəkar futbol klubu. Almaniyanın ən üst səviyyəli futbol liqası olan Bundesliqada mübarizə aparır.

Bayer 04 FK
Loqonun şəkli
Klubun tam adı Bayer 04 Leverkusen Fußball GmbH
Ölkə Almaniya Almaniya
Ləqəb(lər) Die Werkself (XI Zavod)
Die Schwarzroten (Qara-qırmızılar)
Rəng(lər)          Qırmızı-qara
Yaranma tarixi 1 iyul 1904
Stadionu Bay-Arena,
Leverkusen
Tutumu 30 210
Prezidenti İspaniya Fernando Karro
Baş məşqçisi Danimarka Kasper Yulmann
Liqa Bundesliqa
2024/25 2
Ev forması
Səfər forması
Üçüncü forma
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1904-cü ildə eyniadlı əczaçılıq şirkətinin ("Bayer") Leverkuzendəki qərargahında çalışan işçilər tərəfindən təsis edilən "Bayer 04 Leverkuzen", əvvəllər "TSV Bayer 04 Leverkuzen" və "RTHC Bayer Leverkuzen" idman klublarının bir şöbəsi olmuşdur. Həmin idman klublarının üzvləri atletika, gimnastika, basketbol, sahə həndbolu, avarçəkmə, tennis və hokkey kimi müxtəlif idman növlərində iştirak edirlər. 1999-cu ildə futbol şöbəsi bu çoxşöbəli idman klubundan ayrılmışdır.

"Bayer Leverkuzen"in əsas rəngləri qırmızı və qaradır; bu rənglər həm oyun formalarında, həm də klubun loqosunda əks olunur. Klubun əsas rəqibləri "1. FC Köln", "Borussiya Münhenqladbax" və "Fortuna Düzeldorf"dur.

1979-cu ildə "Bundesliqa"ya yüksələn "Bayer Leverkuzen", ilk yüksək səviyyəli titulunu 1988-ci ildə "UEFA Kuboku"nu qazanaraq əldə etmişdir. Klub ilk yerli kubokunu isə 1993-cü ildə "DFB Pokal"ı qazanmaqla əldə etmişdir. 2002-ci ildə "Bayer Leverkuzen" üç turnirdə — o cümlədən "UEFA Çempionlar Liqası"nda — ikinci yeri tutaraq tarixində unikal bir mövsüm keçirmişdir. 30 ildən çox kuboksuz keçən müddətdən sonra, 2024-cü ildə klub həm ilk "Bundesliqa" çempionluğunu, həm də ikinci "DFB-Pokal" qələbəsini qazanmışdır. Bu nəticə ilə "Bayer Leverkuzen" məğlubiyyətsiz şəkildə çempionluq və "dubl" qazanan ilk (və yeganə) Alman komandası olmuş, həmçinin ardıcıl 51 məğlubiyyətsiz rəsmi oyunla Avropa rekordu müəyyənləşdirmişdir.

26 may 2025-ci ildə Erik Ten Haqın "Bayer"ə baş məşqçi təyinatı rəsmiləşib

Mündəricat

Tarix

Əsası 1904-cü ildə Bayer kimya şirkəti tərəfindən qoyulub.

Uğurları

Almaniya Almaniya

  • Bundesliqa
Çempion (1) — 2023-24
İkinci (5) — 1996-97, 1998-99, 1999-00 2001-02, 2010-11
  • 2. Bundesliqa (şimal)
Çempion (1) — 1978-79
  • DFB-Pokal
Çempion (2) — 1992-93, 2023-24
İkinci (3) — 2001-02, 2008-09, 2019-20
  • DFL-Supercup
Çempion (1) — 2024
İkinci (1) — 1993

Avropa İttifaqı Avropa

  • UEFA Çempionlar Liqası
İkinci (1) — 2001-02
  • UEFA Kuboku/UEFA Avropa Liqası
Çempion (1) — 1987-88
İkinci (1) — 2023-24

Əsas qeydlər

  • 1 iyul 1904: TuS Friedrich Bayer & Co 1904 Leverkusen kimi yaradılıb.
  • 31 may 1907: Futbol komandası yaranıb.
  • 1923: FV 1904 Leverkusen adlanıb.
  • 1928: Box-Verein Wiesdorf və SV 04 Leverkusen qarışıb.
  • 1935: SV Bayer 04 Leverkusen adlanıb.
  • 1938: TuS Friedrich Bayer & Co 1904 Leverkusen BSG 04 Leverkusen qarışıb.
  • 1943: SV Bayer 04 Leverkusen adlanıb.
  • 1945: SV 04 Leverkusen adlanıb.
  • 1948: SV Bayer 04 Leverkusen adlanıb.
  • 1974: TuS 04 Leverkusen TSV Bayer 04 Leverkusen qarışıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bayer leverkuzen sözünün mənası, bayer leverkuzen haqqında məlumat. bayer leverkuzen nədir? bayer leverkuzen nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şahzadə Şahənşah

  • Fevral 27, 2026

    Qəzənfər Özcan

  • Fevral 27, 2026

    Yusif surəsi

  • Mart 01, 2026

    Xalxal livası

  • Fevral 27, 2026

    Qüds krallığı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst