Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cevat Çobanlı (türk. Cevat Çobanlı; 14 sentyabr 1870, İstanbul – 13 mart 1938, İstanbul) — Osmanlı ordusunun hərbi komandiri, Osmanlı İmperiyasının Müharibə naz

Cevat Çobanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Cevat Çobanlı

Cevat Çobanlı (türk. Cevat Çobanlı; 14 sentyabr 1870, İstanbul – 13 mart 1938, İstanbul) — Osmanlı ordusunun hərbi komandiri, Osmanlı İmperiyasının Müharibə naziri və Türk ordusunun generalı olmuşdur.

Cavad Çobanlı
türk. Cevat Çobanlı
Şəxsi məlumatlar
Doğum tarixi 14 sentyabr 1870(1870-09-14)
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 13 mart 1938(1938-03-13) (67 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Dəfn yeri
  • Türkiyə Dövlət məzarlığı
Vətəndaşlığı
  •  Osmanlı imperiyası
  •  Türkiyə
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d],
  • Qalatasaray liseyi
Hərbi fəaliyyəti
Xidmət illəri 1891-ci ildən
Rütbəsi
  • general
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • Balkan müharibələri,
  • İtaliya-Türkiyə müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1870-ci ildə İstanbulda Şakir Paşanın və Əminə xanımın ailəsində doğulmuşdur., İstanbul – ö. 13.03.1938

Hərb təhsili

Qalatasaray Liseyi bitirdikdən sonra 1888-ci ildə daxil olduğu Hərbi məktəbi 1891-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. 1892-ci ildə daxil olduğu Hərbi akademiyanı 1894-cü ildə kapitan rütbəsi ilə bitirmişdir. 1894–1900 illəri arasında "Sultan Yaveri" adı ilə Maiyet-i Şeriye Ərkani Hərbində xidmət etmişdir. Eyni zamanda, zəlzələrdən zədələnmiş hərbi binalarını təmir etməyə çalışırdı. 1895-ci ilin 26 avqustunda Orleanda təşkil edilən Fransız ordusunun manevrlərində iştirak etmək üçün Parisə getdi. Burada dörd il qaldıqdan sonra 1899-cu ilin 7 fevralında Bolqarıstana və elə həmin ildə Haaqada təşkil edilən Silahların Qadağan olunması-Silahsızlanma Konfransına göndərildi. 1905-ci ildə Ədirnə rəhbərliyinin tərkibində Tophane-i Amiredəki müəssisədə xidmət etmişdir. 1907-ci ildə təşkil olunan yeni təşkilata dəstək olmaq üçün 4-cü orduda xidmət etmişdir.

1909–1910-cu illərdə Hərbi Akademiyanın komandiri vəzifəsində çalışıb. 1910-cu ilin iyulunda Almaniyaya səfər etdi. Hərbi bacarıqları sayəsində orduda vəzifəsi sürətlə yüksəldi. 1911-ci il və 1912-ci ilin yanvarında 1-ci Ordu Baş Qərargah rəisi təyin olundu. Bundan sonra, o, 1911-ci ilin may ayında İngiltərənin kralının tacqoyma mərasimində iştirak etmək üçün Vəliəhd Yusif İzzəddin Əfəndinin iştirakı ilə Londona getdi.

Balkan müharibələri

Londondan geri qayıtdıqdan sonra 1912–1913-cü illərdə Şərq Ordusu Baş qərargah rəhbəri olaraq Balkan müharibələrində və Çatalca ordusunun Topçu Komandirliyi Qərargah rəhbəri olaraq vəzifəsini icra etdi. 1913–1914 illər arasında müharibədən sonra 9-cu bölmə komandiri oldu və iki dəfə Osmanlı-Bolqarıstan Sərhəd Komissiyasının sədri təyin edildi.

Malta sürgünü

Cevat Çobanlı 16 mart 1920-ci ildə İstanbulu işğal edən Britaniya qüvvələri tərəfindən həbs edilib Bəkirağa bölgəsində bir həftə saxlanıldıqdan sonra martın 22-də hərbi bir gəmidə Maltaya göndərildi.

Türkiyə İstiqlaliyyət müharibəsi

23 oktyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi və İngiltərə hökuməti arasında imzalanan razılaşması əsasında 15 yanvar 1922-ci ildə Türkiyəyə geri dönərək Ankaraya gəldi. 9 fevral 1922-ci ildə Diyarbəkirdə yerləşən Əl-Cəzirə bölgə qərargahına təyin edildi. 21 oktyabr 1922-ci ildə yenidən qurulan 3-cü Ordu Müfəttişliyinə təyin edildi. 31 oktyabr 1922-ci ildə bu vəzifədən istefa etdi və Elazığın millət vəkili oldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cevat Çobanlı haqqında məlumat. Cevat Çobanlı nədir? Cevat Çobanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Taciklər

  • Fevral 27, 2026

    Muxtar vilayət

  • Fevral 27, 2026

    Ehtimal

  • Fevral 27, 2026

    Viktor Çernomırdin

  • Fevral 27, 2026

    Avroviziya 2011

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst