Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ştatın mərkəzi hissəsində, Perl çayı sahilindədir. Avtomagistrallar və dəmiryolları qovşağı. M. Evers adına beynəlxalq aeroport.

Cekson (şəhər)

  • Ana Səhifə
  • Vikipediya
  • Cekson (şəhər)

Cekson (ing. Jackson) – ABŞ-də şəhər. Missisipi ştatının inzibati mərkəzi və ən iri şəhəri.

Şəhər
Cekson
ing. Jackson
Bayraq
Bayraq
32°17′56″ şm. e. 90°11′05″ q. u.HGYO
Ölkə  ABŞ
Tabesində Missisipi ştatı
Region Missisipi
Başçı Toni Yarber
Tarixi və coğrafiyası
Əsası qoyulub 1822
Sahəsi 276.7 km²
Mərkəzin hündürlüyü 85 m
Saat qurşağı
  • UTC−06:00
Əhalisi
Əhalisi 176,014 nəfər (2010)
Sıxlığı 627 nəf./km²
Aqlomerasiya 351,478
Rəqəmsal identifikatorlar
Telefon kodu [https://en.wikipedia.org/wiki/Area_codes_601_and_769
Poçt indeksi 39200-39299
Digər
Cekson şəhəri
Xəritəni göstər/gizlə
Cekson xəritədə
Cekson
Cekson
Cekson xəritədə
Cekson
Cekson
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Əhalisi

Əhalisi 173,5 min (2010; şəhərətrafı ilə 539,0 min (2010).

Coğrafiyası

Ştatın mərkəzi hissəsində, Perl çayı sahilindədir. Avtomagistrallar və dəmiryolları qovşağı. M. Evers adına beynəlxalq aeroport.

Tarixi

Əsası 1821-ci ildə Missisipi ştatının inzibati mərkəzi kimi qoyulmuşdur. E. Ceksonun şərəfinə adlandırılmışdır. 1863-cü ildə, Amerika Birləşmiş Ştatlarında Vətəndaş müharibəsi (1861–65) gedişində general U.T. Şermanın başçılığı ilə şimallıların qoşunları tərəfindən şəhərin böyük hissəsi yandırılmışdı. 19-cu əsrin 2-ci yarısında dəmiryollarının çəkilməsi (1840-cı ildə çəkilmiş ilk dəmiryol xətti şəhərin içərisindən keçirdi) ilə əlaqədar Cekson cənubun iri ticarət mərkəzinə çevrilmişdi. 1930-cu illərdə Cekson yaxınlığında təbii qaz yataqlarının aşkar olunması sənayenin inkişafına təkan vermişdir.

Memarlığı

Şəhərin mərkəzi hissəsi Perl çayının sağ sahilində yerləşir. Klassisizm üslubunda binalar saxlanılmışdır: köhnə Kapitoli (1833–40, memar U. Nikols, 1961-ci ildən Missisipi ştatının tarix muzeyi), qubernatorun iqamətgahı (1839–42, memar Nikols), Şəhər məclisi binası (1846). İşgüzar mərkəzin göydələnləri arasında “Am-Saut-Plaza” (1920–1970-ci illər) ən hündür binadır (97 m, 1975). Missisipi Universitetinin tibb mərkəzi (1955), Cekson Universiteti (1877), bir sıra kollec və s. var.

Muzeyləri: Missisipi incəsənət muzeyi (1903, müasir adı 1978-ci ildən), Missisipi təbiyyat elmləri, Missisipi meşə və kənd təsərrüfatı və s. Şəhər məclisinin binasında Şəhər incəsənət qalereyası, Smit Robertson mədəniyyət mərkəzi və muzeyi, Missisipi incəsənət mərkəzi yerləşir. “Yeni səhnə” teatrı, Missisipi operası (1945), Missisipi baleti, Missisipi simfonik orkestri (1944) fəaliyyət göstərir. Zoopark, Cekson Universitetinin Botanika bağı və s. var. Balet artistlərinin beynəlxalq müsabiqəsi (1979-cu ildən, 4 ildən bir, iyunda); Missisipi ştatı yarmarkası (hər il oktyabrda) keçirilir.

Sənayesi

İşləyən əhalinin təqribən 80%-i xidmət sferasında çalışır. Ştatın ən mühüm ticarət və maliyyə mərkəzi olan Ceksonda “Cal-Maine Foods”, “EastGroup Properties”, “Knobias”, “Parkway Properties”, “Trust mark Corporation” və s. ticarət şirkətlərinin ofis və mənzil-qərargahları yerləşir.

Aparıcı sahələr: maşınqayırma (elektrik maşınları və avadanlıqları), metallurgiya və yeyinti sənayesidir. Kənd təsərrüfatı xammalı (Cekson maldarlıq, quşçuluq, soya, pambıq becərilməsi rayonu mərkəzidir) emal edilir.

Qalereya

  • Mississipi qədim kapitolu
    Mississipi qədim kapitolu
  • Hava limanı
    Hava limanı
  • Jatran avtobusu
    Jatran avtobusu
  • Yunion stansiyası
    Yunion stansiyası
  • Mississipi şəhər kapitolu
    Mississipi şəhər kapitolu

Həmçinin bax

  • Nyu-york
  • Cefferson-Siti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cekson (şəhər) haqqında məlumat. Cekson (şəhər) nədir? Cekson (şəhər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Evening (jurnal)

  • Fevral 27, 2026

    Reynaldo Qarqano

  • Fevral 27, 2026

    Rəsədxana

  • Fevral 27, 2026

    Mozel (departament)

  • Fevral 27, 2026

    Əmircan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst