Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qurbanov Cavid Qənbər oğlu (19 sentyabr 1958, Ağdaban, Kəlbəcər rayonu) — Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, "Azərbaycan Dəmir Yollar

Cavid Qurbanov

  • Ana Səhifə
  • Vikipediya
  • Cavid Qurbanov

Qurbanov Cavid Qənbər oğlu (19 sentyabr 1958, Ağdaban, Kəlbəcər rayonu) — Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri. Milli Məclisin III, IV və V çağırışların deputatı. Texniki elmlər namizədidir.

Cavid Qurbanov
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Vəzifədədir
24 may 2022-ci ildən
    NazirRəşad Nəbiyev
    «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sədri
    9 fevral 2015 – 24 may 2022
    ƏvvəlkiArif Əsgərov
    SonrakıRövşən Rüstəmov
    Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V çağırışlarının deputatı
    Şəxsi məlumatlar
    Doğum tarixi 19 sentyabr 1958(1958-09-19) (67 yaş)
    Doğum yeri
    • Ağdaban, Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Yeni Azərbaycan Partiyası
    Təhsili
    • Azərbaycan Memarlıq və İnşaat Universiteti
    Fəaliyyəti siyasətçi
    Atası Qənbər Şəmşiroğlu

    Təltifləri "Şöhrət" ordeni
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Cavid Qurbanov 1958-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur. 1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirdikdən sonra 1975–1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışmışdır. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1977–1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı komissarı nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlamışdır. 1980–1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda texnik-cizgiçi, 1982–1987-ci illlərdə "Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1987–1992-ci "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, 1992–1993-cü illərdə Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor vəzifəsində çalışmışdır.

    Ailəsi

    İki övladı var. İlk həyat yoldaşı ağır xəstəlikdən vaxtsız vəfat etmişdir..

    Aşıq Qurban Ağdabanlının nəticəsi, Aşıq Şəmşirin nəvəsi, Qənbər Şəmşiroğlunun oğludur.

    İctimai-siyasi fəaliyyəti

    1993–1994-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətində Prezident vəzifəsində işləmişdir. 1995-ci ildə "Azərərzaqnəqliyyat" Birliyində direktor, 1996–1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997–2001-ci illərdə "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis kimi çalışmışdır. 2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olmuşdur. 2007-ci ilin fevral ayından "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis" ASC-nin sədri vəzifəsini tutmuşdur. Texniki elmləri namizədidir.

    123 saylı Kəlbəcər Seçki dairəsindən III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

    Yeni Azərbaycan Partiyasının üzvüdür.

    9 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmuşdur. O, 24 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

    12 oktyabr 2016-cı il tarixindən Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib.

    Azərbaycan Atletika Federasiyasının prezidenti (1 aprel 2023-cü il tarixindən).

    Cavid Qurbanov həm də şair fəaliyyəti ilə də məşhurdur. Onun şeirlərinə mahnılar da bəstələnib.

    Onlardan ən məşhuru müğənni Röya Ayxanın repertuarından, musiqisi Nailə Mirməmmədliyə aid "Unutmaq istədim" mahnısıdır.

    Mükafatları

    Cavid Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cavid Qurbanov haqqında məlumat. Cavid Qurbanov nədir? Cavid Qurbanov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Xromosomlar

    • Fevral 27, 2026

      Boxum

    • Fevral 27, 2026

      Qaraqoyunlular dövləti

    • Fevral 23, 2026

      Lüksemburq (şəhər)

    • Fevral 27, 2026

      LG Electronics

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst