Qənbər Şəmşiroğlu (tam adı: Qənbər Şəmşir oğlu Qurbanov; 16 noyabr 1933, Ağdaban, Azərbaycan SSR – 30 dekabr 2021, Bakı, Azərbaycan) — azərbaycanlı siyasətçi, yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı.
| Qənbər Qurbanov | |
|---|---|
| Qənbər Şəmşir oğlu Qurbanov | |
| |
| aprel 1993 – yanvar 1994 | |
| Əvvəlki | İlham Həsənov |
| Sonrakı | Əvəz Şükürov |
| 1991 – may 1992 | |
| Əvvəlki | Rafael Hüseynov |
| Sonrakı | Saleh Rüstəmov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 16 noyabr 1933 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 30 dekabr 2021 (88 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Təhsili |
|
| Fəaliyyəti | şair, hekayə yazıçısı[d] |
| Atası | Aşıq Şəmşir |
| Uşağı | |
| Təltifləri | |
Həyatı
Qənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib.
1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N. Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib.
1960–1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966–1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974–1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.
16 noyabr 2008-ci ildə 75 illik yubileyi qeyd olunmuşdur.
Qənbər Qurbanov Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Mükafatları
Qənbər Şəmşiroğlu "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə", "Əmək veteranı" və "Tərəqqi" medalı ilə təltif edilib.
Yaradıcılığı
Qənbər Şəmşiroğlunun şeirlərinin böyük bir qismi "Dünya", "525-ci qəzet", "Ədalət", "Ədəbiyyat" və başqa qəzetlərdə, "Folklor və etnoqrafiya" jurnalında dərc olunmuşdur.
Ailəsi
- Aşıq Şəmşirin oğludur.
- Cavid Qurbanovun atasıdır.
Şəcərəsi
- Məşədi Məmmədalı
- Ağdabanlı şair Qurban
- Aşıq Şəmşir
- Qənbər Şəmşiroğlu
- Aşıq Şəmşir
- Ağdabanlı şair Qurban
Kitabları
- Dədə Şəmşir yaddaşlarda (xatirələr). Bakı: "Gənclik", 2000.
- Gədəbəy xatirələri. Bakı: "Gənclik", 2001.
- Axtarıb Şəmşiri görmək istəsən. Bakı: "Adiloğlu", 2003.
- Oğul gərək oğul olsun (şeirlər, dastanlar, hekayələr). Bakı: "Səda", 2006.
- Ömrün işıqlı anları. Bakı: "Nurlan", 2008.
- Dostlar unutmaz məni. Bakı: "Təknur", 2010.
- Birdə görüşərik. Bakı: 2012.
- Kəlbəcər: ömrüm, həyatım. Bakı: 2012.
- Hələ vurur ürəyim. Bakı: "Təknur", 2013.
Həmçinin bax
Ədəbiyyat
- Dəmir Gədəbəyli. "Şəmşiroğlu" (poemadan hissə), Dünya qəzeti. 25 dekabr 2009-cu il. № 30–31.
- Polad Qasımov. BƏNÖVŞƏ KOLLARIN DİBİNDƏ QALDI. Ədalət. — 2012. — 18 fevral. — Səh.17.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qənbər Şəmşiroğlu haqqında məlumat. Qənbər Şəmşiroğlu nədir? Qənbər Şəmşiroğlu nə deməkdir?
