Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Caved Kərim (ing. Jawed Karim; 28 oktyabr 1979, Merzeburq[d], ADR) — ABŞ proqram mühəndisi və internet sahibkarı. O, "YouTube" video platformasının həmtəsisçilə

Caved Kərim

  • Ana Səhifə
  • Vikipediya
  • Caved Kərim

Caved Kərim (ing. Jawed Karim; 28 oktyabr 1979, Merzeburq[d], ADR) — ABŞ proqram mühəndisi və internet sahibkarı. O, "YouTube" video platformasının həmtəsisçilərindən biri, həmçinin veb-sayta video yükləyən ilk şəxsdir. 23 aprel 2005-ci ildə platformaya yüklədiyi "Me at the zoo" adlı 19 saniyəlik video 2026-cı ilin mart ayının statistikasına görə 366 milyondan çox baxış sayını keçib. Kərim "PayPal"da çalışdığı vaxt burada veb-saytın digər iki həmtəsisçisi Stiv Çen[ing.] və Çad Harli ilə tanış olmuş, o, bu vaxt ərzində veb-saytın dələduzluqla mübarizə sistemi də daxil olmaqla bir çox əsas komponentlərini dizayn etmişdir.

Caved Kərim
Kərim 2008-ci ilin avqustunda.
Kərim 2008-ci ilin avqustunda.
Doğum tarixi 28 oktyabr 1979(1979-10-28) (46 yaş)
Doğum yeri
  • Merzeburq[d], ADR
Təhsili
  • Urbana-Şampeyn İllinoys Universiteti,
  • Stenford Universiteti
Fəaliyyəti informatik, sahibkar, YouTuber, televiziya prodüseri[d], proqram təminatı mühəndisi
Fəaliyyət illəri 1998-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Erkən həyatı və təhsili

Caved Kərim 28 oktyabr 1979-cu ildə Şərqi Almaniyanın Merzeburq qəsəbəsində doğulub. Onun anası alman, atası banqladeşlidir. Atası ABŞ mərkəzli 3M şirkətində tədqiqatçı, anası Kristine isə Minnesota Universitetində biokimya alimidir. Kərimin özündən kiçik bir qardaşı var. O, böyüyən ksenofobiya səbəbi ilə 1980-ci illərin əvvəlində ailəsi ilə bərabər Almaniyanın daxili sərhədini keçmiş, beləcə uşaqlığını Qərbi Almaniyanın Noys şəhərində keçirmişdir. Kərim orada da ksenofobiyaya məruz qalır, nəticədə 1992-ci ildə onlar Minnesota ştatının paytaxtı Sent-Pol şəhərinə köçürlər.

Kərim 1997-ci ildə Sent-Pol Mərkəzi Liseyini[ing.] bitirmiş, Urbana-Şampeyn İllinoys Universitetinə daxil olmuşdur. PayPalda erkən işçi olmaq üçün məzun olmadan əvvəl universiteti tərk etdi. Kurs işinə davam etdi, kompüter elmləri üzrə bakalavr dərəcəsini aldı. Ardından Stenford Universitetindən kompüter elmləri üzrə magistr dərəcəsi aldı. Kərim ingilis dilindən əlavə, alman və banqladeş dillərini də bilir.

Karyerası

"YouTube"a ilk yüklənən "Me at the zoo" adlı video 23 aprel 2005-ci ildə Caved Kərim tərəfindən yüklənilmişdir.
Kərim 2004-cü ilin sentyabrında.

Kərim universitetdə "Silicon Graphics"[ing.] şirkətində staj keçirdi, o, burada "Görünən insan" layihəsi[ing.] məlumatları da daxil olmaqla həcmin göstərilməsi üçün çox böyük məlumat dəstləri üçün 3D voksel məlumatların idarə edilməsi üzərində işləmişdir. 2002-ci ildə "PayPal"da işlədiyi vaxt o, Çad Harli və Stiv Çen[ing.] ilə tanış olmuşdur. Onlar üç il sonra, 2005-ci ildə "YouTube" video paylaşma platformasını qurmuşdurlar. Kərim 23 aprel 2005-ci ildə (Sakit okean vaxtı ilə; ümumdünya vaxtı ilə 24 aprel 2005-ci ildə) "YouTube"da "jawed" adlı ilk istifadəçi hesabını yaratmış və eyni gün veb-saytın ilk videosu olan "Me at the zoo" adlı videonu platformaya yükləmişdir.

Şirkəti təsis etdikdən sonra Çad Harli və Stiv Çen platformanın konsepsiyasını və veb-saytı inkişaf etdirdikdən sonra Kərim platformada məsləhətçi kimi fəaliyyət göstərmiş və Stenford Universitetinə kompüter elmləri üzrə magistr təhsili üçün qeydiyyatdan keçmişdir. Veb-sayt 2005-ci ilin fevralında təqdim olunduğu vaxt Kərim işçi olmamağa və sadəcə qeyri-rəsmi məsləhətçi kimi fəaliyyət göstərməyə razı olmuş və diqqətini dərslərinə yönəltdiyini bildirmişdir. Nəticə olaraq Harli və Stiv ilə müqayisədə şirkətdə çox aşağı səhm almışdır.

O, şirkətdəki kiçik roluna görə "YouTube"un 2006-cı ildə "Google" tərəfindən satın alınmasına qədər üçüncü qurucu ortaq olaraq ictimaiyyətdə çox tanınmırdı. Şirkətdəki səhmlərinin az olmasına baxmayaraq, satınalma hələ də kifayət qədər böyük idi və "Google"un o zaman ki bağlanış səhm qiymətinə əsasən təxminən 64 milyon dollar dəyərində 137.443 səhm əldə etmişdir.

2006-cı ilin oktyabrında Urbana-Şampeyn İllinoys Universitetində illik ACM Konfransında "YouTube"un tarixi haqqında "YouTube From Concept to Hyper growth" adlı bir mülahizə oxumuşdur. Kərim 2008-ci ilin mayında universitet tarixində 136-cı və ən gənc başlanğıc məruzəçisi kimi yenidən Çikaqo İllinoys Universitetinə[ing.] dönmüşdür.

İnvestisiyalar

2008-ci ilin martında ortaqları Kit Raboa[ing.] və Kevin Harts[ing.] ilə birlikdə "Youniversity Ventures" (hal-hazırda "YVentures" olaraq bilinir) adlı bir vençur fondu qurmuşdur. Kərim "Airbnb"nin ilk investorlarından biri olmuş və şirkətin 2009-cu ilin aprelindəki ilkin raunduna sərmayə qoymuşdur. "Y Ventures" həmçinin "Palantir[ing.]", "Reddit" və "Eventbrite[ing.]" kimi platformalara da sərmayə qoymuşdur.

"YouTube"a verilən cavablar

Kərim müxtəlif vaxtlarda "Me at the zoo" videosunun təsvir hissəsi vasitəsilə "YouTube"un qərarlarını tənqid edir.

6 noyabr 2013-cü ildə "YouTube" videolarına şərh yazmağı "Google+" hesabı vasitəsilə mütləq hala gətirmişdir. Bu qərar "YouTube" ictimaiyyətinin böyük etirazına səbəb olmuşdur. Dəyişikliyin geriyə qaytarılması üçün onlayn bir petisiya 240.000-dən çox imza toplamışdır. "Google"un bu qərarına cavab olaraq Kərim "YouTube" hesabında bunları yazmış: "Bir videoya şərh yaza bilməyim üçün nəyə görə "Google+" hesabına ehtiyacım olsun ki?" və videosunun təsvirini bu formada dəyişdirmişdir: "Mən "Google+" hesabı istəmədiyim üçün artıq burada şərh yaza bilmirəm".

"Google" "YouTube" icmasının etirazlarına cavab olaraq istifadəçiləri öz gerçək adlarından istifadə etməyə məcbur etdiyinə görə açıq şəkildə üzr istəmiş, bu da "Google+"un inteqrasiyasının "YouTube" istifadəçiləri arasında populyarlıq qazana bilməməsinin səbəblərindən biri olmuşdur. "Google" daha sonra "YouTube"dan başlayaraq bütün xidmətlərində "Google+" istifadəsi tələbini ləğv etdi. "Google" 2018-ci ilin oktyabrında geniş istehlakçı və ya tərtibatçı qəbuluna nail ola bilmədiyi üçün "Google+"u birdəfəlik bağlayacağını açıqladı və xidməti 2019-cu ilin 2 aprelində şəxsi hesablar üçün ləğv etdi.

2021-ci ilin noyabrında "Me at the zoo" videosunun təsvirini yeniləyərək "Elə güman edirəm ki, hər bir YouTuber bəyənməmə saylarını silməyinizin axmaq bir fikir olduğu ilə mənimlə həmfikirdirlər. Təkrar cəhd et, YouTube🤦‍♂️." cümlələrini qeyd etmişdir. Bir neçə gün sonra o, videonun təsvirini bu qərarı daha geniş tənqid etmək üçün təkrar yeniləmişdir.

Həmçinin bax

  • PayPal Mafiyası

Qeydlər

  1. Mənbələr ailənin Şərqi Almaniyadan Qərbi Almaniyaya köçdüyü tarix ilə bağlı fərqli versiyalar verir. "The New York Times" qəzeti 1980, "Star Weekend Magazine"[ing.] qəzeti 1981-ci ilin yay sonunda "Die Welt" qəzet isə bu tarixin 1982-ci il olduğunu bildirir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Caved Kərim haqqında məlumat. Caved Kərim nədir? Caved Kərim nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Arif Hüseynov

  • Fevral 27, 2026

    Traviata (opera)

  • Fevral 26, 2026

    Xristianlar

  • Fevral 27, 2026

    Rosids

  • Fevral 27, 2026

    Hannover sülaləsi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst