Çad Meredit Harli (ing. Chad Meredith Hurley; 24 yanvar 1977, Ridinq, Pensilvaniya) — ABŞ veb ustası və iş adamı, "YouTube"un qurucularından biri. O, "YouTube"un keçmiş CEO-su və cari məsləhətçisidir. O, həmçinin "MixBit"[ing.] video platformasının yaradıcılarından biridir. Stiv Çen 2006-cı ilin oktyabrında "YouTube"u "Google"a 1,65 milyard dollara satmışdır. Harli digər qurucu ortaqları Stiv Çen[ing.] və Caved Kərim ilə birlikdə "YouTube" platformasını qurmamışdan əvvəl "eBay"ın "PayPal" bölümündə çalışmış, vəzifələrindən biri də "PayPal" loqosunu tərtib etmək olmuşdur. Harli ilk növbədə "YouTube"un etiketləmə və video paylaşma aspektlərinə cavabdeh idi.
| Çad Harli | |
|---|---|
| ing. Chad Meredith Hurley | |
![]() Harli Dünya İqtisadi Forumunda (2009). | |
| Doğum tarixi | 24 yanvar 1977 (49 yaş) |
| Doğum yeri | Ridinq, Pensilvaniya, ABŞ |
| Təhsili | İndiana Pensilvaniya Universiteti |
| Fəaliyyəti | sahibkar, iş adamı |
| Tanınır | "YouTube" platformasının qurucu ortaqlarından biri olması ilə |
| chadhurley.com | |
Erkən həyatı və təhsili
Don və Coan Hurli cütlüyünün ikinci övladı olaraq Pensilvaniya ştatının Ridinq şəhərində doğulub və Birdsboro yaxınlarında böyüyüb. Onun Heder adlı özündən böyük bir bacısı və Brent adlı özündən kiçik bir qardaşı var.
Karyerası
2005-ci ildə Stiv Çen və Caved Kərimlə birlikdə "YouTube"u qurdular. 2006-cı ildə "YouTube"u 1,65 milyard dollara "Google"a satdılar. Platformanı satdıqdan sonra da "YouTube"da CEO kimi çalışmış və bu vəzifədən 2010-cu ilin oktyabrında istefa vermişdir. Salar Kaminqar yeni CEO təyin olunmuş, Harli isə şirkətdə məsləhətçi kimi vəzifəsinə davam etmişdir.
Şəxsi həyatı
Çarli daha əvvəl Silikon vadisi sahibkarı Ceyms H. Klarkın[ing.] qızı Keti Klarkla evlənmişdir. Onlar 2012-ci ildə boşanmışdır. Harli 2020-ci ildə Elis Valden ilə evlənmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çad Harli haqqında məlumat. Çad Harli nədir? Çad Harli nə deməkdir?
