Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cavanşir Rüfət oğlu Hadıyev (18 aprel 1969, Bakı) — Azərbaycan kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018).

Cavanşir Hadıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Cavanşir Hadıyev

Cavanşir Rüfət oğlu Hadıyev (18 aprel 1969, Bakı) — Azərbaycan kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018).

Cavanşir Hadıyev
Cavanşir Rüfət oğlu Hadıyev
Cavanşir Hadıyev və vyetnamlı aktrisa Mai Thu Huyen Vyetnamın "Golden Kite 2024" mükafat mərasimində
Cavanşir Hadıyev və vyetnamlı aktrisa Mai Thu Huyen Vyetnamın "Golden Kite 2024" mükafat mərasimində
Doğum tarixi 18 aprel 1969 (56 yaş)
Doğum yeri Bakı, Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1991-indiyədək
Təhsili Sergey Gerasimov adına Ümum-İttifaq Dövlət Kinematoqrafiya İnstitutu, SSRİ SSRİ
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20182018

Mündəricat

Həyatı

Cavanşir Hadıyev 1969-cu il aprelin 18-də Bakı şəhərində anadan olub. Orta təhsilini 126 nömrəli məktəbdə alıb. 1986-cı ildə Moskvada yerləşən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) tanınmış rus aktyoru və rejissoru Aleksey Batalovun teatr və kino aktyorluğu ixtisası sinifinə qəbul olunur. 1990-cı ildə təhsilini başa çatdırıb Azərbaycana qayıdıb. Bakıya gəldikdən sonra Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında və “Yuğ” teatrlarında çalışmağa başlayıb. Daha sonra teatrdan ayrılaraq Müdafiə Nazirliyinin sənədli filmlər studiyasında hərbi rejissor kimi fəaliyyətini davam etdirib. 2000-ci ildə “Lider” televiziyasına dublyaj rejissoru kimi dəvət olunub.

Fəaliyyəti

Cavanşir Hadıyev 30-a yaxın filmdə obrazlar canlandırıb. O, ilk dəfə 1991-ci ildə Mozalan kinojurnalının 162-ci buraxılışında "Adi əhvalat" qısa komediyasında çəkilib. 1993-cü ildə ekran üzü görən "Fəryad" filmində rol alıb. 2010-cu ildə rejissor Elxan Cəfərov onu “Dolu” filminə dəvət edib. Daha sonra türkiyəli rejissor Mehmet Ulukan onu “Qaranlıqlar çiçəyi” adlı serialına dəvət edir. Cavanşir Hadıyev teleserialda Xalq artisti Rasim Balayev, Əməkdar artist Abbas Qəhrəmanovla birlikdə çəkilir. 2012-ci ildə “Bakı, mən səni sevirəm” layihəsində Yeqor Konçalovskidən dəvət alır və Andrey Razenkovun rejissorluğu altında baş rollardan birinə çəkilir. 2013-cü ildə iranlı rejissor Babək Şirinsifətin “Çaqqal nəfəsi” serialında və rejissor Eldar Quliyevin "Dərvişin qeydləri" tarixi detektiv filmində, 2015-ci ildə rejissor Yavər Rzayevin "Xeyirlə şərin rəqsi" filmində, 2016-cı ildə rejissor Emil Abdullayevin "Axırıncı yol" filmində, 2017-ci ildə rejissor Kənan MM tərəfindən çəkilən "Gecə qonağı 2" filmində, 2017-ci ildə tanınmış fransız "Büro" teleserialında epizodik rollarda, və 2019-cu ildə bir hind filmində rol aldı. 2024-cü ildə "Vidaamuyarçı" ("Əzm"; 2025) döyüş filmində rol aldı.

Cavanşir Hadıyev “Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası”nın rəhbəridir.

2024-cü ildə Vyetnam Kino Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində Vyetnam-Azərbaycan kino əlaqələrinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq, Azərbaycan kino heyətinin nümayəndələri, Azərbaycan Kinematoqrafçılar İttifaqının təmsilçiləri Əməkdar artist, aktrisa Gülzar Qurbanova və Əməkdar artist, aktyor Cavanşir Hadıyev Vyetnam Sosialist Respublikasınında 9-14 sentyabr tarixlərində Vyetnam kinoassosiyasının təşkil etdiyi "Qızıl Çərpələng 2024" mükafat mərasimində rəsmi səfərdə olublar.

Mükafatları

2018-ci il avqustun 1-də Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncamı ilə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Filmoqrafiya

  1. Adi əhvalat, Mozalan (qısametrajlı film, 1991)
  2. Fəryad (film, 1993)
  3. Dolu (film, 2012)
  4. Sirr (serial, 2012)
  5. Qaranlıqlar çiçəyi (teleserial, 2011)
  6. Dərvişin qeydləri (film, 2013)
  7. Çaqqal nəfəsi (film, 2013)
  8. Gil (film, 2013)
  9. Qisas (teleserial, 2014)
  10. Bakı, mən səni seivirəm! (film, 2015)
  11. Bəhram Gur (film, 2015)
  12. Qonşu qadın (film, 2015)
  13. Yarımçıq xatirələr (film, 2015)
  14. Xeyirlə şərin rəqsi (film, 2015)
  15. Axırıncı yol (film, 2016)
  16. Sənin deyil (film, 2016)
  17. Dəfnə ağacı (teleserial, 2016)
  18. Qarabağnamə (serial, 2016-2017)
  19. Gecə qonağı 2 (2017) (bədii film)
  20. Büro (teleserial, 2017, Fransa)
  21. Vidaamuyarchi (film, 2024, Hindistan)
  22. Günahsız günahkar (serial, 2024)
  23. Cənnət yuxusu (bədii-sənədli film, 2025)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cavanşir hadıyev sözünün mənası, cavanşir hadıyev haqqında məlumat. cavanşir hadıyev nədir? cavanşir hadıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Cəngəmiran

  • Mart 01, 2026

    Sülü Çiançü

  • Fevral 27, 2026

    Hindistan yarımadası

  • Fevral 23, 2026

    Neftçala rayonu

  • Fevral 27, 2026

    Ukiyo-e

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst