Cəngəmiran — Azərbaycan Respublikasının Lerik rayonunun Cəngəmiran kənd inzibati ərazi dairəsində kənd.
| Cəngəmiran | |
|---|---|
| 38°45′35″ şm. e. 48°26′21″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Lerik rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.105 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 1419 (2009) nəfər |
![]() Cəngəmiran | |
Əhalisi
Əhalisi 1419 nəfərdir.
Toponimiyası
Cəngəmiran kəndi dağlıq ərazidədir. Yerli əhali tərəfindən Canqamiyon adlandırılır ("canq"-vuruş, döyüş, "miyon"-meydan komponentlərinin birləşməsi kimi "döyüş meydanı" mənasında izah edilir).
İqlimi
İqlimi–mülayim–soyuq quru. Buranın yayı quru, nisbətən sərin olub, qışı mülayim–soyuq, payızı və yazı yağmurludur. Yağmurun müəyyən miqdarı payızın ortalarında və qışda qar şəklində düşür. Qar örtüyünün qalınlığı 70–80 santimetrə çatır. Payızda burada küləklər tez–tez əsir. Bu küləklər bəzən ziyansız ötüşmür. Yanvarda orta aylıq temperatur 0 dərəcədən aşağı, iyulda isə təqribən 25 dərəcədən yuxarı qalxmır. Burada iqlimin quru olmasının əsas səbəbi ərazinin dağlarla əhatə olunması və cənub–qərbdən isti havanın axıb gəlməsidir. Gerontoloq alimlərin fikrincə, Lerikdə insanların uzun ömür sürməsinin əsas səbəbi ecazkar təbiəti ilə bağlıdır.[mənbə göstərilməlidir]
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cəngəmiran sözünün mənası, cəngəmiran haqqında məlumat. cəngəmiran nədir? cəngəmiran nə deməkdir?
