Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cavanşir Əyyub oğlu Feyziyev (12 iyul 1963, Böyük Dəhnə, Nuxa rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin V, VI və VII

Cavanşir Feyziyev

  • Ana Səhifə
  • Vikipediya
  • Cavanşir Feyziyev

Cavanşir Əyyub oğlu Feyziyev (12 iyul 1963, Böyük Dəhnə, Nuxa rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin V, VI və VII çağırış deputatı (2015-ci ildən), Mədəniyyət komitəsinin üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü.

Cavanşir Feyziyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Vəzifədədir
24 noyabr 2015-ci ildən
    Seçki dairəsiV və VI çağırış — 115 saylı Şəki qəsəbə ikinci
    VII çağırış — 115 saylı Şəki kənd
    Şəxsi məlumatlar
    Doğum tarixi 12 iyul 1963(1963-07-12) (62 yaş)
    Doğum yeri
    • Böyük Dəhnə, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
    Fəaliyyəti alim, siyasətçi
    Elmi fəaliyyəti
    Elmi dərəcəsi
    • fəlsəfə üzrə fəlsəfə doktoru[d]

    Təltifləri "Şöhrət" ordeni "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
    cavansir.feyziyev.com
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyat və fəaliyyəti

    Cavanşir Feyziyev 1963-cü ildə Nuxa rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. 1970–1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində, 1977–1980-ci illərdə Turan qəsəbəsi riyaziyyat təmayüllü internat məktəbdə orta təhsil almışdır. 1983–1985 Qazaxıstanda həqiqi hərbi xidmətdə olmuşdur. 1986–1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil almış və institutu tərcüməçi-müəllim ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirmişdir. 1992–1994-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi vəzifəsində işləmişdir. 1994–1995-ci illərdə Belçikanın "Sərhədsiz həkimlər" humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində çalışmışdır. 1995–1998-ci illərdə ABŞ-nın Filip Morris ing. Philip Morris şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri işləmişdir. 1998–2002-ci illərdə ing. «Planet Co. Ltd» şirkətinin təsisçisi və direktoru olmuşdur. 2002–2010 "AvroMed" şirkətinin həmtəsisçisi və baş direktoru olmuşdur. ing. «Tour-İnvest» şirkətinin və ing. «Discovery Azerbaijan» elmi-kütləvi jurnalının təsisçi və baş redaktorudur. 2004–2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun dissertantı olmuşdur.

    2010-cu ildə Azərbaycan Respublikasının 4-cü çağırış Milli Məclisinə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilmişdir. 2011-ci ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantıdır. 2013-cü ildə Azərbaycan Respublikasının Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilmişdir. 2015-ci ildə Azərbaycan Respublikasının 5-ci çağırış Milli Məclisinə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilmişdir.

    Elmi fəaliyyəti

    Azərbaycanda Fransız İnstitutunda keçirilmiş "Le Carrefour" qəzetinin təqdimatında, 5 aprel 2017-ci il

    2004–2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş, 2009-cu ilin oktyabr ayında "Etno–siyasi münaqişələrin mənəvi aspektləri" mövzusvunda dissertasiya müdafiə etmiş və və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

    2002-ci ildə "Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri" adlı kitabı ingilis dilində, 2008-ci ildə "Sülh fəlsəfəsi" adlı elmi-publisistik kitabı və 2013-cü ildə "Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı Azərbaycan dilində çap olunub. 2014–2017-ci illərdə "Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı türk, qazax, qırğız, rus, boşnak və macar dillərinə tərcümə olunaraq həmin ölkələrdə nəşr olunmuşdur.

    2017-ci ildə Türk Dünyası adlı 5-cildlik toplu nəşr edilmişdir.

    • "Türk dünyasının təməl dəyərləri";
    • "Türk xalqları";
    • "Türk dövlətçiliyi tarixi";
    • "Türkşünaslıq";
    • "Türk dünyasının tarixi şəxsiyyətləri".

    2015-ci ildə Fransa tarixçisi Jorj dö Mallevilin "1915-ci il erməni faciəsi" adlı kitabını Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdir. 2016-cı ildə Fransa yazıçısı, Nobel mükafatı laureatı Patrik Modianonun "Məhəllədə azmamaq üçün" adlı romanını Azərbaycan dilinə tərcümə etmişdir. 2018-ci ildə Fransa yazıçısı Jan Kristof Rufenin "Böyük Kör" romanını Azərbaycan dilinə tərcümə etmişdir.

    60-dan çox elmi məqaləsi Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan, Ukrayna və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc olunmuşdur. Dövri mətbuatda ictimai-siyasi və tarixi-fəlsəfi mövzularda 300-dən çox məqalənin müəllifidir. Azərbaycan, türk, rus, fransız və ingilis dillərini bilir.

    Siyasi fəaliyyəti

    2010-cu ilin 7 noyabr parlament seçkilərində 115 saylı Şəki kənd ikinci seçki dairəsindən Azərbaycan Respublikasının 4-cü çağırış Milli Məclisinə deputat seçilmişdir. 2015-ci ilin 1 noyabr parlament seçkilərində 115 saylı Şəki kənd ikinci seçki dairəsindən Azərbaycan Respublikasının 5-ci çağırış Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də Mədəniyyət Komitəsinin üzvüdür.

    Azərbaycan – Böyük Britaniya və Azərbaycan — Fransa parlamentlərarası işçi qruplarının üzvüdür. Azərbaycan Respublikasının Milli Məclisi ilə İsveçrə, Macarıstan, Bosniya-Herseqovina, Qırğızıstan və Yaponiya parlamentləri arasında işçi qrupların üzvüdür. Türkdilli ölkələrin Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin üzvüdür. AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin üzvüdür.

    2017-ci ilin yanvar ayından 2022-ci ilədək Avropa İttifaqı — Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri olub.

    2024-cü il oktyabrın 8-də Azərbaycan - Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

    İctimai fəaliyyəti

    2005-ci ildən "Discovery Azerbaijan" adlı elmi-kütləvi jurnalın təsisçisi və baş redaktorudur. "Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti" İctimai Birliyinin həmtəsisçisidir. 2010-cu ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2013-cü və 2018-ci illərdə Azərbaycan jurnalistlərinin VI və VII qurultaylarında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilmişdir. 2015-ci ildə Kolmar şəhərinin (Fransa) Fəxri Səfiri elan olunmuşdur. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

    Mükafatları

    • 2005-ci ildə Şöhrət çələngi. Respublikanın müxtəlif ictimai təşkilatları tərəfindən dəfələrlə diplomlarla və fəxri fərmanlarla təltif olunmuş və 2005-ci ildə Avropa Biznes Assambleyası (London, Oksford) tərəfindən "Şöhrət çələngi" beynəlxalq mükafatı ilə təltif edilmişdir.
    • 2010-cu ildə "Qızıl qələm" mükafatı ilə təltif edilmişdir.
    • 2010-cu ildə Regionların social-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə "Uğur" Milli Mükafatına layiq görülüb
    • 2014-cü ildə Fransa Respublikasının Kolmar şəhərinin Azərbaycanda Fəxri Səfiri elan olunmuşdur.
    • 2016-cı ildə Beynəlxalq Türk Akademiyasının qızıl medalı ilə təltif olunmuşdur.
    • 2016-cı ildə Qazaxıstan Prezidentinin Fərmanı ilə "Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illik yubileyi" medalı ilə təltif olunub.
    • 2018-ci ildə "Türk Dünyasının Şərəf medalı" ilə təltif olunub.
    • 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cavanşir Feyziyev haqqında məlumat. Cavanşir Feyziyev nədir? Cavanşir Feyziyev nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Süleysinkimilər

    • Fevral 27, 2026

      Ümrə

    • Fevral 27, 2026

      Elektrolitlər

    • Fevral 27, 2026

      MKT Araz

    • Fevral 27, 2026

      Xəllad

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst