Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elektrolitlər - həll etdikdə və ya əritdikdə elektrik cərəyanını keçirən maddələr. Suda məhlulları və ya ərintiləri elektrik cərəyanını keçirməyən maddələr qeyr

Elektrolitlər

  • Ana Səhifə
  • Vikipediya
  • Elektrolitlər

Elektrolitlər - həll etdikdə və ya əritdikdə elektrik cərəyanını keçirən maddələr. Suda məhlulları və ya ərintiləri elektrik cərəyanını keçirməyən maddələr qeyri-elektrolitlər adlanır. Elektrik cərəyanı verildikdə müsbət və mənfi yüklərin hərəkəti baş verir, onlar özünü birinci növ keçirici olan hərəkət edən elektron qazına oxşadır.

Elektrolitlər yalnız məhlulda, onlardan bir neçəsi isə əritdikdə elektrik cərəyanını keçirir. Kristallik (bərk) halda onlar elektrik cərəyanını çox pis keçirir və ya heç keçirmir. Tipik elektrolitlərə misal olaraq natrium-xloridi göstərmək olar.

Elektrolitlərə suda həll olan qeyri-üzvi turşular (Məsələn: HCOOH, CH3COOH), qələvilər (Məsələn:NaOH, KOH, Ca(OH)2) (İstisna: H2SiO3) və suda həll olan duzlar (Məsələn: Na2SO4, BaCl2, K3PO4) aiddir. Suda həll edən zaman onlar ionlarına dissosiasiya edir. İonların əmələ gəlməsi qeyri-elektrolitlərlə müqayisədə elektrolitlərin xüsusi xassəyə malik olmasını göstərir. Elektrolitlər Dissosiasiya Dərəcəsi'nin qiymətinə görə üç qrupa – qüvvətli (Dissosiasiya Dərəcəsi ≥ 30%), orta qüvvətli (3% - 30% < Dissosiasiya Dərəcəsi) və zəif (Dissosiasiya Dərəcəsi < 3%) elektrolitlərə bölünür.

Mündəricat

Qüvvətli Elektrolitlər

Qüvvətli Elektrolitlər - Suda həll etdikdə və ya əritdikdə ionlarına tamamilə dissosiasiya edən elektrolit. Qüvvətli Elektrolitlərin Dissosiasiya Dərəcəsi ya 30%'ə bərabər ya da 30%'dən çox olmalıdır. Qüvvətli Elektrolitlərə suda həll olan duzlar, qələvilər, qüvvətli turşular və s. aiddir.

Orta Qüvvətli Elektrolitlər

Orta Qüvvətli Elektrolitlərin Dissosiasiya Dərəcəsi 3% ilə 30% arasındadır. Orta Qüvvətli Elektrolitlərə Hg(OH)2, Al(OH)3, Mg(OH)2, H3PO4, H2C2O4 (Oksalat Turşusu) və s. aiddir.

Zəif Elektrolitlər

Zəif Elektrolitlər - Suda həll etdikdə və ya əritdikdə qismən ionlarına dissosiasiya edən elektrolit. Zəif Elektrolitlərin Dissosiasiya Dərəcəsi 3%'dən aşağıdır. Zəif Elektrolitlərə NH4OH, H2CO3, H2S, HCN, H2O, CH3COOH və s. aiddir.

Tətbiqi

Elektrolitlər elmdə və texnikada çox əhəmiyyətlidir. Onlar elektroliz və bir sıra kimyəvi sintezləri aparmaq üçün mühit rolunu oynayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elektrolitlər haqqında məlumat. Elektrolitlər nədir? Elektrolitlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hüquqi məsuliyyət

  • Fevral 21, 2026

    Andalusiya

  • Fevral 27, 2026

    Abdulqədir Abdullayev

  • Fevral 25, 2026

    Böyük Məzrə

  • Fevral 27, 2026

    Karəsi bəyliyi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst