Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kitabxana pişiyi – ictimai kitabxanalarda yaşayan ev pişiyi. Pişiklərlə kitabxanalar arasındakı əlaqənin tarixçəsi Orta əsrlərə qədər uzanır.

Kitabxana pişiyi

  • Ana Səhifə
  • Vikipediya
  • Kitabxana pişiyi

Kitabxana pişiyi – ictimai kitabxanalarda yaşayan ev pişiyi. Pişiklərlə kitabxanalar arasındakı əlaqənin tarixçəsi Orta əsrlərə qədər uzanır.

Bir kitabxana pişiyi

Müasir dövrdə kitabxana pişikləri filmlərə və kitablara mövzu olmaqdadır. Deuey Ridmor Buks ən məşhur kitabxana pişiyi hesab olunur. O, 10 il boyunca Ayova ştatının Spenser ictimai kitabxanasında yaşamışdır. Ölümündən sonra onun haqqında bir çox kitablar nəşr olunmuşdur.

Mündəricat

Tarix

Pişiklərlə kitabxanaların əlaqəsinin yaşı əsrlərlədir. Orta əsrlərə aid qeydlərə görə pişiklər monastrlarda saxlanılırdılar ki, vacib əlyazmaları siçanlardan qorusunlar.

Müasir misallar

1745-ci ildə Rusiya imperatriçası Yelizaveta pişikləri saraya köçürmək barədə əmr vermişdi. Bu pişiklərin törəmələri hazırda Ermitaj muzeyində yaşayırlar. XIX əsrdə Britaniya hökuməti pişik saxlayan kitabxanalara əlavə pul ödəyirdi, çünki siçanların kitablara yaxın durmasına mane olduğunun fərqində idilər.

Kitabxana pişikləri müxtəlif kitablarda və filmlərdə personaj kimi peyda olublar. Hətta bəzilərinə heykəllər həsr olunub. Bəzilərinə institutun şurasında vəzifələr verilib. Bir çox kitabxana pişiyinin marketinq və ictimai münasibətlərdə peşəkar rolu olub.

Kitabxanalarla pişiklərin münasibəti bəzən mübahisələrə səbəb olub. Hadisələrin birində bir pişiyi kitabxanadan uzaqlaşdırmağa cəhd ediblər və əsas kimi pişik alergiyasını göstəriblər. Bir başqa halda kitabxana pişiyi servis heyvanlarına qarşı olan reaksiyasına görə kitabxanadan uzaqlaşdırılıb. Nyu-Yorkun Patnem Valli qəsəbəsindəki institutdan bir pişiyin uzaqlaşdırılmasına görə institut potensial gəlir itirib. Çünki cəmiyyətin iki üzvü pişiyin uzaqlaşdırılmasından narazı qalıblar və miraslarından instituta pul ayırmaq barədə olan fikirlərini dəyişiblər. Nəticədə, institut 80.000 ABŞ dolları gəlirdən mərhum olub.

1987-ci ildə kitabxana pişiklərinə hörmət etmək və onları tanıtmaq üçün Kitabxana Pişiyi Cəmiyyəti qurulub. Bu təşkilat hazırda qeyri-aktivdir. Cəmiyyətin üzvü olan bir çox kitabxana pişikləri barədə məlumatları mübadilə edirdilər və cəmiyyət onlar haqqında qəzet nəşr etmişdi.

"Pişiklər, kitabxanaçılar və kitabxanalar: Kitabxana Pişiyi Cəmiyyəti haqqında esselər" antologiyası bu münasibəti araşdırmışdır. "Kitablı pişik: Kitabxana pişiyinin macəraları" adlı filmin də rejissoru olmuş Qeri Roma kitabxana pişiklərini araşdırması ilə tanınır. Romanın saytına görə dünyada 800-dən çox kataloqlanmış kitabxana pişiyi var. Kataloqa görə onların çoxu ölüblər.

Bundan əlavə, pişiklər ABŞ-dəki müstəqil kitab evlərində də tez-tez görünürlər.

Faydalar

Kitabxana pişikləri kitabxanaçıların əhvalını qaldırır və oxumağı təşviq edir. Pişiklər marketinq kampaniyalarında kitabxanalara daha çox insan cəlb etmək üçün istifadə olunurlar. Pişiklərin varlığı kitabxanada rahat mühit yarada, kitabxanaçıların gündəlik stresini azalda bilərlər. Digər heyvanlardan (məsələn, it) əsas üstünlüyü ondadır ki, pişiklər kitabxanada elə də çox səs-küyə səbəb olmurlar. Bunlardan əlavə, pişiklərin ümumi müstəqil təbiətləri də kitabxananın intellektual mühitinə uyğun gəlir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kitabxana pişiyi sözünün mənası, kitabxana pişiyi haqqında məlumat. kitabxana pişiyi nədir? kitabxana pişiyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Rüstəm Şıxlinski

  • Mart 01, 2026

    Mədəniyyət sənayesi

  • Fevral 27, 2026

    Ekoloji irqçilik

  • Fevral 23, 2026

    Tövhid

  • Fevral 27, 2026

    Təşkilatlaşmış din

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst