Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Böyük nağara, və ya kos nağara - Azərbaycan musiqi aləti. Bəzi regionlarda "toy nağarası" da adlandırılır.

Böyük nağara

  • Ana Səhifə
  • Vikipediya
  • Böyük nağara

Böyük nağara, və ya kos nağara - Azərbaycan musiqi aləti. Bəzi regionlarda "toy nağarası" da adlandırılır.

Kosun səslənməsi.

Mündəricat

Quruluşu

Diametri başqa nağaralardan xeyli böyükdür. Sağanağı bərk ağacdan silindrik formada düzəldilir, üzləri isə dəridən hazırlanır. Diametri 400–450 mm, hündürlüyü 500–550 mm-dir.

Növləri

  • Çombaq nağarada ritmlərin yalnız güclü vurğuları ifa edilə bilər, adətən güclü səsli alətləri (zurnaçılar dəstəsi) açıq səmada müşayiət edir. İfaçı bir əli ilə aləti qoltuğunun altında saxlayır, digər əlində isə çombağı tutaraq ritmin ancaq güclü vurğularını səsləndirir. Çiling nağara ilə birlikdə dolğun ritmi ifadə edir. Bir əlində çombaq, digərində çubuq tutaraq aləti döyəcləyəndə həm güclü, həm zəif səslər əmələ gəlir. Çombaq zoğal ağacının nisbətən qalın, düz budağından qayrılır, çünki belə çombaqlar daha möhkəm, dözümlü olur. Çombağın dəriyə vurulan hissəsini toxmaq şəklində, azca geriyə əyilmiş biçimdə hazırlayırlar ki, güclü zərbələrdən dəri cırılmasın.
  • Çubuq nağaranı səsləndirərkən, eyni ilə çiling nağarada olduğu kimi, çalğıçı dərinin bir üzünə qoşa çubuqlarla döyəcləyir. Ancaq çubuq nağaranın üstünlüyü ondadır ki, iri olduğundan ifaçı bütün funksiyaları yerinə yetirə bilir: həm güclü, həm zəif vurğuları çalır. Alət əsasən ifaçının kəmərinə bağlanır, açıq səmada çalınır. Zərb alətlərinin mahir ifaçısı Sahib Bünyatzadə bu alətdən ara-sıra istifadə edir.

İstifadəsi

Heç vaxt tək səsləndirilmir. Əksər hallarda cürə nağara ilə birlikdə ifa olunur. Texniki imkanları başqa nağaralara nisbətən məhduddur.

Böyük ölçülü kos nağaralar unudulsa da, onların bir qədər kiçildilmiş forması hazırda zurnaçılar dəstəsində istifadə edilir. İki ağac toxmağı alətin hər iki üzünə zərbə vurmaqla səsləndirilir. Bu növ nağaralardan yalnız açıq havada istifadə edilir.

Həmçinin bax

  • Nağara
  • Qoşanağara

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, böyük nağara sözünün mənası, böyük nağara haqqında məlumat. böyük nağara nədir? böyük nağara nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Andranik Ozanyan

  • Mart 01, 2026

    Böyükağa Əzimov

  • Fevral 27, 2026

    Startap

  • Fevral 27, 2026

    Təpə

  • Fevral 27, 2026

    Zarağan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst