Bulon-sür-Mer (fr. Boulogne-sur-Mer) — Fransanın şimalında şəhər.
| Bulon-sür-Mer | |||||
|---|---|---|---|---|---|
| Boulogne-sur-Mer | |||||
| |||||
| |||||
| 50°43′32″ şm. e. 1°36′50″ ş. u.HGYO | |||||
| Ölkə | |||||
| Tarixi və coğrafiyası | |||||
| Sahəsi |
| ||||
| Mərkəzin hündürlüyü | 110 m, 0 m, 32 m | ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Poçt indeksi | 62200 | ||||
| Digər | |||||
| ville-boulogne-sur-mer.fr | |||||
![]() Bulon-sür-Mer | |||||
Əhalisi
Əhalisi 43,3 min (2010) nəfərdir.
Coğrafiyası
Pa-de-Kale boğazı sahilində, Lyan çayının mənsəbindədir. Sürətli dəmiryolları vasitəsilə Parislə əlaqəsi var. Fransanın ikinci (Kaledən sonra) sərnişin dəniz portu (ildə təqribən 3 mln. nəfər; Böyük Britaniyanın Duvr və Folkston portlarına müntəzəm reyslər işləyir).
Tarixi
Bononiya (Bononia) və Gezoriak (Gesoriacum) kelt məskənlərinin yerində, təqribən e.ə. 1-ci əsrdə meydana gəlmişdir; Qalliyanın şimalında və Britaniyada Roma ağalığının qorunub saxlanılmasında mühüm rolu olmuşdur. Eramızın 5-ci əsrində sakslar tərəfindən işğal edilmişdir. Yeni yüksəliş dövrü 10-cu əsrin əvvəllərindən başlamışdır; Bulon (Bulonne) qraflığının mərkəzi olmuşdur. 1419-cu ildən Burqundiya hersoqlarının mülklərinin tərkibində, 1477-ci ildən isə Fransa kralının hakimiyyəti altında idi.
Memarlığı
Memarlıq abidələri: qəsr (13-cü əsr; içərisində 1825-ci ildən rəssamlıq muzeyi fəaliyyət göstərir), meriya binasının yanında gözətçi qülləsi (13-cü əsr; Qədim Roma qalasının yerində tikilmişdir), Müqəddəs Nikolay kilsəsi (1208, fasad və nef 18-ci əsrin 2-ci yarısına aiddir, memar J. Sanye) və Notr-Dam baş kilsəsi (1827–66, bünövrəsi 7-ci əsrdə qoyulmuşdur, orta əsrlərə aid kripta var), Müqəddəs Qan kapellası (1859–60), Ədliyyə sarayı (1852), yaşayış binaları (hotellər: Kruassan, 16-cı əsr; Desandruen, 1777).
Sənayesi
Ölkənin əsas balıqçılıq portlarından (ildə 800 min t-dan çox balıq) biridir. Balıq və dəniz məhsullarının emalı; balıq və balıq məhsulları ticarəti. Gəmiqayırma; ferromanqan ərintiləri; telefon və ofis avadanlığı; sement istehsalı inkişaf etmişdir.
Qalereya
Şəhər mərkəzində Pedestrian küçəsi
Sahil boyu gəzinti
Bulon-Tintelleris
Böyük Ordu Sütunu
YUNESKO Ümumdünya İrsi hesab olunan Belfray
Şəhər üzərindən görünən Basilika qalaları
Bulon qala muzeyi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bulon-Sür-Mer haqqında məlumat. Bulon-Sür-Mer nədir? Bulon-Sür-Mer nə deməkdir?
