Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pa-de-Kale boğazı sahilində, Lyan çayının mənsəbindədir. Sürətli dəmiryolları vasitəsilə Parislə əlaqəsi var. Fransanın ikinci (Kaledən sonra) sərnişin dəniz po

Bulon-Sür-Mer

  • Ana Səhifə
  • Vikipediya
  • Bulon-Sür-Mer

Bulon-sür-Mer (fr. Boulogne-sur-Mer) — Fransanın şimalında şəhər.

Bulon-sür-Mer
Boulogne-sur-Mer
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
50°43′32″ şm. e. 1°36′50″ ş. u.HGYO
Ölkə
  •  Fransa
Tarixi və coğrafiyası
Sahəsi
  • 8,42 km²
Mərkəzin hündürlüyü 110 m, 0 m, 32 m
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 40.539 nəf. (2023)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 62200
Digər
ville-boulogne-sur-mer.fr
Xəritəni göstər/gizlə
Bulon-sür-Mer xəritədə
Bulon-sür-Mer
Bulon-sür-Mer
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Əhalisi

Əhalisi 43,3 min (2010) nəfərdir.

Coğrafiyası

Pa-de-Kale boğazı sahilində, Lyan çayının mənsəbindədir. Sürətli dəmiryolları vasitəsilə Parislə əlaqəsi var. Fransanın ikinci (Kaledən sonra) sərnişin dəniz portu (ildə təqribən 3 mln. nəfər; Böyük Britaniyanın Duvr və Folkston portlarına müntəzəm reyslər işləyir).

Tarixi

Bononiya (Bononia) və Gezoriak (Gesoriacum) kelt məskənlərinin yerində, təqribən e.ə. 1-ci əsrdə meydana gəlmişdir; Qalliyanın şimalında və Britaniyada Roma ağalığının qorunub saxlanılmasında mühüm rolu olmuşdur. Eramızın 5-ci əsrində sakslar tərəfindən işğal edilmişdir. Yeni yüksəliş dövrü 10-cu əsrin əvvəllərindən başlamışdır; Bulon (Bulonne) qraflığının mərkəzi olmuşdur. 1419-cu ildən Burqundiya hersoqlarının mülklərinin tərkibində, 1477-ci ildən isə Fransa kralının hakimiyyəti altında idi.

Memarlığı

Memarlıq abidələri: qəsr (13-cü əsr; içərisində 1825-ci ildən rəssamlıq muzeyi fəaliyyət göstərir), meriya binasının yanında gözətçi qülləsi (13-cü əsr; Qədim Roma qalasının yerində tikilmişdir), Müqəddəs Nikolay kilsəsi (1208, fasad və nef 18-ci əsrin 2-ci yarısına aiddir, memar J. Sanye) və Notr-Dam baş kilsəsi (1827–66, bünövrəsi 7-ci əsrdə qoyulmuşdur, orta əsrlərə aid kripta var), Müqəddəs Qan kapellası (1859–60), Ədliyyə sarayı (1852), yaşayış binaları (hotellər: Kruassan, 16-cı əsr; Desandruen, 1777).

Sənayesi

Ölkənin əsas balıqçılıq portlarından (ildə 800 min t-dan çox balıq) biridir. Balıq və dəniz məhsullarının emalı; balıq və balıq məhsulları ticarəti. Gəmiqayırma; ferromanqan ərintiləri; telefon və ofis avadanlığı; sement istehsalı inkişaf etmişdir.

Qalereya

  • Şəhər mərkəzində Pedestrian küçəsi
    Şəhər mərkəzində Pedestrian küçəsi
  • Sahil boyu gəzinti
    Sahil boyu gəzinti
  • Bulon-Tintelleris
    Bulon-Tintelleris
  • Böyük Ordu Sütunu
    Böyük Ordu Sütunu
  • YUNESKO Ümumdünya İrsi hesab olunan Belfray
    YUNESKO Ümumdünya İrsi hesab olunan Belfray
  • Şəhər üzərindən görünən Basilika qalaları
    Şəhər üzərindən görünən Basilika qalaları
  • Bulon qala muzeyi
    Bulon qala muzeyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bulon-Sür-Mer haqqında məlumat. Bulon-Sür-Mer nədir? Bulon-Sür-Mer nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    14 noyabr

  • Fevral 27, 2026

    Vitraj

  • Fevral 27, 2026

    Yeniçərilər

  • Fevral 27, 2026

    Allentaun

  • Fevral 27, 2026

    Göbələk

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst