Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bukit Timah (malay Bukit Timah; çin. 武吉知马) — Sinqapurda hündürlüyü 163,63 metr (digər mənbələrə görə 176 m) olan təpə. Bu təpə Sinqapurun ən yüksək zirvəsi hesa

Bukit Timah

  • Ana Səhifə
  • Vikipediya
  • Bukit Timah

Bukit Timah (malay Bukit Timah; çin. 武吉知马) — Sinqapurda hündürlüyü 163,63 metr (digər mənbələrə görə 176 m) olan təpə. Bu təpə Sinqapurun ən yüksək zirvəsi hesab edilir. Bukit Timax təpəsi adanın mərkəzində yerləşir.

Bukit Timah
malay Bukit Timah
Ümumi məlumatlar
Mütləq hündürlüyü 163,63
Yerləşməsi
1°21′16″ şm. e. 103°46′34″ ş. u.HGYO
Ölkə  Sinqapur
Bukit Timah xəritədə
Bukit Timah
Bukit Timah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təpə Sinqapurun mərkəzi bölgəsində, təxminən 10 km şəhər mərkəzindən kənarda yerləşir. Təpənin yerləşdiyi ərazi Bukit Timah adı tanınır. Bölgədə planlaşdırılan rayon da, Bukit Timah (ing. Bukit Timah Planning Area) və ya 11-ci rayon adlanılır (ing. District 11).

Adın mənası və tarixi

«Bukit Timah» — malay dilində «qalaylı təpə» mənasını verir. Bu ad 1828-ci ildə Frenkinin və Ceksonun xəritələrində istifadə olunurdu. Xəritədə iki təpə təsvir olunmuş və şərqdə yerləşən həm də Kranji çayının mənbəyi idi (malay Kranji). Bu bölgədə əslində heç vaxt qalay çıxarılmayıb. Digər ehtimala görə bu ad Bukit Temak sözünün qısaldılmış formasıdır - "Temak ağacı bitən təpə". Başqa bir versiyaya görə Timah Fatima adının qısaldılmış şəklidir.

1843-cü ilin dekabrında təpənin zirvəsinə yol çəkilmiş və zirvədə ziyarətçilər üçün kiçik ev inşa edilmişdi. Bu ərazi istirahət üçün çox əlverişlidir, havası təmizdir. Təpə kənarında atçılıq idmanı kompleksi var. Singapore Turf Clubuna ancaq klub üzvüləri buraxılır.

Təpəyə çəkilən küçə Bukit Timah adlanır və Sinqapurun ən uzun küçəsi hesab olunur. Küçənun uzunluğu 25 km-dir. Bu bölgə pələnglərin tez-tez görünməsi adi hal idi. O üzdən əraziyə səyahət o qədər də asan deyildi. 1860-cı ildə 200 nəfər bu bölgədə pələng hücumundan həyatını itirib.

İkinci dünya müharibəsi zamanı təpə Sinqapurun Yaponiya tərəfindən zəpt edilməsində əsas açar rolu oynayırdı. Məhz bu təpə yaxınlığında britaniya ordusunun ehtiyat qida anbarı yerləşirdi. 11 fevral 1942-ci ildə yapon ordusu Bukit Timah ərazisini ələ keçirdilər. 15 fevralda isə genral-leytenant Artur Persival, britaniya heyətinin rəhbəri yaponlara təslim oldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bukit Timah haqqında məlumat. Bukit Timah nədir? Bukit Timah nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hayd-park

  • Fevral 25, 2026

    Jan-Batist Dükass

  • Fevral 27, 2026

    Əlaəddin Atsız

  • Fevral 24, 2026

    General-mayor (Azərbaycan)

  • Fevral 27, 2026

    Gülcamal Qadınəfəndi

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst