Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Borsunlu kurqanları — Tərtər rayonu, Borsunlu kəndi ətrafında, İncəçayın orta axarlarına yaxın yerləşmiş arxeoloji abidə. Bu kurqanlar e.ə.III minilliyə aid edi

Borsunlu kurqanları

  • Ana Səhifə
  • Vikipediya
  • Borsunlu kurqanları

Borsunlu kurqanları — Tərtər rayonu, Borsunlu kəndi ətrafında, İncəçayın orta axarlarına yaxın yerləşmiş arxeoloji abidə. Bu kurqanlar e.ə.III minilliyə aid edilərək, İlk Tunc dövrü mədəniyyətinin mühüm nümunəsi hesab olunur.

Borsunlu kurqanları
Borsunlu kurqanından aşkar edilmiş gil qab, Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi
Borsunlu kurqanından aşkar edilmiş gil qab, Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi
Ölkə  Azərbaycan
Şəhər Tərtər
Yerləşir Borsunlu
Layihə müəllifi Hidayət Cəfərov
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiDünya əhəmiyyətli

Mündəricat

Ümumi məlumat

Borsunlu nekropolundakı kurqanlarının bir qrupu Hidayət Cəfərov tərəfindən tədqiq edilmişdir. H.F.Cəfərov ayrı-ayrı qruplar halında cəmləşən kurqanları beş tipə bölünmüşdür. Kurqanların bəzisi kromlexlərlə əhatələnmişdir. Alim müəyyən etmişdir ki, kurqanların altında yerləşən qəbir kameraları dördkünc formaya malik olub gəc məhlulu ilə bərkidilən daş lövhələrdən inşa olunub. Bəzi qəbir kameralarının giriş yolu vardır. Borsunlu kurqanları üçün inqumasiya, kremasiya, həmçinin kollektiv dəfnlər xarakterikdir. Borsunlu kurqanları 1981-ci ildə aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanmışdır. Ərazidə tapılan kurqanların sahəsi və memarlıq xüsusiyyətləri onların dövrün ictimai-siyasi və dini təsəvvürləri haqqında mühüm məlumatlar əldə etməyə imkan vermişdir. Borsunlu nekropolunda tədqiq olunan 1 №-li kurqanın qəbir kamerası dairəvi, 30 №-li kurqanın qəbir kamerası isə dördkünc formalıdır. Qəbirlərdən insan skeletinə aid qalıqlar, qara cilalı gil qablar və digər maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur. Arxeoloji materiallar göstərir ki, Borsunlu ərazisində yaşamış insanlar əsasən üzümçülük və maldarlıqla məşğul olmuşdur. Bu, İlk Tunc dövrü Azərbaycanında iqtisadi fəaliyyətin inkişafını və əhalinin yaşayış səviyyəsini əks etdirir. Borsunlu kurqanları dünya arxeoloji irsində nadir tapıntılardan biri hesab olunur. Tabutun qızıl mismarlarla bəzədilməsi bu bölgənin mədəniyyət tarixində mühüm yer tutduğunu göstərir. Borsunlu kurqanları Azərbaycan Respublikasının dünya əhəmiyyətli arxeoloji abidələri siyahısına daxil edilmişdir və dövlət tərəfindən qorunur.

Qəbir quruluşu

Kurqanlardan biri 15 kvadratmetrlik sahədə gil daşlardan kvadrat şəklində hörülmüş və üç mərtəbədən ibarət bir qəbirdir. Qəbrin müxtəlif mərtəbələrində aşkar olunan insan skeletlərinin sayı aşağıdakı kimidir:

  • Üst təbəqədə: 1 skelet,
  • İkinci mərtəbədə: 8 skelet,
  • Üçüncü mərtəbədə: 10 skelet.

Ərazidə, həmçinin "Çar kurqan" adlandırılan tayfa başçısının basdırıldığı ehtimal edilən böyük bir qəbir də aşkar edilmişdir. Bu qəbrin ölçüləri 32 metr uzunluq, 8 metr en və 4 metr dərinliyə malikdir.

Qəbir tapıntıları

"Çar kurqan" adlandırılan qəbrin xüsusiyyətləri dövrün yüksək sənətkarlığını və dəfn adətlərini əks etdirir. Qızıl və tuncla mismarlanmış, üzəri arqan ağacları ilə örtülmüş tabutlar, döyüş silahları, saxsı qablar, bəzək əşyaları kimi tapıntılar,

Qul və kənizlərin skeletləri, həmçinin atların basdırıldığı qəbrin digər hissələri kimi sahələr aşkar edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Borsunlu kurqanları haqqında məlumat. Borsunlu kurqanları nədir? Borsunlu kurqanları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    CBC Sport

  • Fevral 27, 2026

    E.ə. 420

  • Fevral 25, 2026

    Kərpic

  • Fevral 28, 2026

    Omaha

  • Fevral 27, 2026

    Hüdeybiyyə sülhü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst