CBC Sport — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış idman kanalı.
| CBC Sport | |
|---|---|
| |
| Ölkə | |
| Dil | Azərbaycan dili |
| Baş qərargah | |
| Yaranma tarixi | 9 avqust 2015 (internet yayımı) 1 oktyabr 2015 (20:00) (test yayımı) 2 noyabr 2015 (əsas yayım) |
| Sahibi | SOCAR Media |
| Rəhbərlik | Volkan Üst (2016–hal-hazırda) |
| Şüar | Qələbə həmişə bizimlə olsun! |
| Qardaş kanallar | CBCHD Xəzər TVHD Xəzər FM 100.5 FM Araz FM |
| Sayt | cbcsport.az |
Tarixçə
2015-ci ildə Azərbaycan Premyer Liqasının yayım hüquqları AzTV və İdman Azərbaycan telekanallarına verilmədi. Əvəzində liqanın yayım hüququ üçün müsabiqə elan olundu. CBC kanalı bu müsabiqədən qalib çıxaraq növbəti 3 il ərzində Azərbaycan Premyer Liqasının yayım hüquqlarını əldə etdi. Lakin "CBC" telekanalı əsasən əcnəbi dildə fəaliyyət göstərdiyinə görə yeni idman kanalının açılması zərurəti yarandı.
Beləliklə, CBC Sport kanalı 9 avqust 2015-ci ildə internet yayımına başladı. 1 oktyabr 2015-ci ildə isə test yayımına keçdi. 2 noyabr 2015-ci il tarixində əsas yayıma keçid edən telekanal İdman TV-dən sonra ölkənin 2-ci idman kanalı oldu.
Həmçinin, Azərbaycanda 10-cu ümumrespublika telekanalıdır. 8 sentyabr 2015-ci il tarixində Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin ilin dekabr ayının 21-də qanuna edilmiş dəyişikliyə əsasən lisenziya müddətsiz hesab edilir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, CBC Sport haqqında məlumat. CBC Sport nədir? CBC Sport nə deməkdir?
