Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nekropol (Nekropolis) — arxeoloji sahələrdə kütləvi qəbirlərin yerləşdiyi əraziyə verilən ad. Yunanca nekros-polis "ölü(lər) şəhəri" deməkdir. Antik dövrdəki şə

Nekropol

  • Ana Səhifə
  • Vikipediya
  • Nekropol

Nekropol (Nekropolis) — arxeoloji sahələrdə kütləvi qəbirlərin yerləşdiyi əraziyə verilən ad. Yunanca nekros-polis "ölü(lər) şəhəri" deməkdir. Antik dövrdəki şəhərlərdə qəbir yerlərinin günümüz şəhərlərindən fərqi, günümüzdə daha çox yaşayış yerlərindən uzaqda və şəhərin xaricində olub, o dövrlərdə şəhərlə iç içə olmasıdır.

Qızılqoyun nekropolu, Balıklıgöl, Şanlıurfa

Bu termin, tarixin müxtəlif yerlərində və dövrlərində yayılan şəhərlərdəki qəbir yerlərinin əksinə, ümumilikdə bir şəhərdən uzaqda ayrı bir qəbir ərazisini ifadə edir. Bu termin əsasən antik məkanlar üçün istifadə olunsa da, XIX əsrin əvvəllərində canlanmış və planlaşdırılmış şəhər qəbir yerlərinə (məsələn, Qlazqo Nekropolu kimi) tətbiq edilmişdir.

Mündəricat

Antik Nekropollar

Misir

Qədim Misirdəki Giza Nekropolu dünyanın ən qədim və yəqin ki, ən məşhur nekropollarından biridir, çünki Böyük Giza Piramidası Qədim Dünyanın Yeddi Möcüzəsi siyahısına daxil edilmişdir. Fironların dəfni üçün ayrılmış piramidalarla yanaşı, Misir nekropollarında erkən sülalə dövrünə aid tipik kral məzarı olan mastabalar da var idi.

Etrusk

Taranto, İtaliyada nekropolda bir qəbir

Etrusklər "ölülər şəhəri" anlayışını hərfi mənada qəbul edirlər. Cerveteridəki Banditaccia nekropolunda tipik məzar bir və ya bir neçə qayadan oyulmuş katakombaları əhatə edən kurqandan ibarətdir. Bu məzarlar bir neçə otaqlı idi və müasir evlər kimi nəfis şəkildə bəzədilmişdir. Kurqanların küçələr kimi şəbəkə şəklində düzülməsi ona canlı şəhərlərə bənzər bir görünüş verirdi. İncəsənət tarixçisi Naycel Spivey qəbiristanlıq adını qeyri-adekvat hesab edir və iddia edir ki, yalnız nekropol termininin bu mürəkkəb məzarlıqlara uyğun termin olduğunu deyir. Etrusk nekropolu ümumiyyətlə təpələr və ya təpələrin yamaclarında yerləşirdi.

Miken sivilizasiyası

Qədim Yunanıstandan əvvəl Miken Yunan mədəniyyəti dövründə şəhər daxilində dəfnlər edilirdi. Məsələn, Mikenada kral qəbirləri şəhər divarları içərisində olan ərazidə yerləşirdi. Bu adət, qədim yunan mədəniyyəti dövründə dəyişdi və nekropollar şəhərdən kənarda salınmağa başladı.

Həmçinin bax

  • Arxeologiya
  • piramida
  • katakomba

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nekropol haqqında məlumat. Nekropol nədir? Nekropol nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Limnologiya

  • Fevral 23, 2026

    I Osman

  • Fevral 27, 2026

    Xəstəliklər

  • Fevral 27, 2026

    Mahir Cavadov

  • Fevral 27, 2026

    Mişkinaz Cavid

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst