Bohemian Rhapsody Queen qrupunun A Night at the Opera albomundan olan ən məşhur mahnısıdır. "Bohemian Rhapsody" sözləri Freddi Merkyuri tərəfindən yazılan rok-opera növündə Queen mahnısıdır. Bu mahnı 1975-ci ildə çıxmış "A Night At The Opera" albomunda yer alır. Altı hissəyə ayrılmış mahnı adi rok musiqisindən daha mükəmməl, fərqli quruluşdadır. Opera və Heavy metalın sintezi ilə bu mahnı digərlərindən fərqlənir. Mahnı giriş, ballada, solo gitara, opera, rock və bitiş hissəsinə malikdir. Mahnı 5 dəqiqə 56 saniyə olmasına baxmayaraq çox böyük bir uğur əldə etmişdir. Mahnının bu uzunluqda olması onun uğur qazana bilməyəcəyi fikirlərinə gəlirdi, lakin ilk dəfə mahnı radiolarda səsləndi və böyük bir ticari uğur qazandı. Queen qrupu mahnıya klip çəkdilər və klipin uğurlu alınması qrupun sonraki fəaliyyətinə böyük təsir göstərdi. 1977-ci ildə bu mahnı 25 ilin ən uğurlu mahnısı seçilmiş, 2000-ci ildə isə İngilis televiziya kanalı Channel 4 tərəfindən keçirilən səs vermədə 100 mahnı arasında John Lennonun İmagine mahnısından sonra ikinci yeri qazanmışdır. Guiness World Records tərəfindən isə 50 ilin ən yaxşı rok mahnısı mükafatına layiq görülmüşdür.
| "Bohemian Rhapsody" | |
|---|---|
| |
| Queen tərəfindən ifa olunmuş mahnı | |
| Yayımlanıb | 31 oktyabr 1975 |
| Janr | proqressiv rok, hard-rok |
| Dil | ingilis dili |
| Bəstəkar | |
| Sözlərin müəllifi | Freddi Merkyuri |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bohemian Rhapsody haqqında məlumat. Bohemian Rhapsody nədir? Bohemian Rhapsody nə deməkdir?
