Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Blue Exorcist, Yaponiyada tanınan adı ilə Ao no Exorcist (青の祓魔師, Ao no Ekusoşisuto?, azərb. "Göy ekzorsist"‎) — Kazue Kato tərəfindən yazılmış və çəkilmiş fövqə

Blue Exorcist

  • Ana Səhifə
  • Vikipediya
  • Blue Exorcist

Blue Exorcist, Yaponiyada tanınan adı ilə Ao no Exorcist (青の祓魔師, Ao no Ekusoşisuto?, azərb. "Göy ekzorsist"‎) — Kazue Kato tərəfindən yazılmış və çəkilmiş fövqəltəbii manqa seriyası. Manqa seriyası Shueisha nəşriyyatı tərəfindən 2009-cu ilin aprelindən "Jump SQ" jurnalında nəşr olunur. 4 dekabr 2025-cü ilə qədər manqa seriyasının fəsilləri 33 tankobon cildində toplanmışdır. Manqa seriyası anasının insan, amma atasının Şeytan olduğunu və Şeytanın güclərini qazandığını öyrənən Rin Okumura adlı gənc haqqındadır. Şeytan Rinin ögey atasını öldürdükdən sonra Rin atasını məğlub etmək üçün ekzorsist olmağa qərar verir.

Blue Exorcist
Birinci cildin üzlüyü. Personaj: Rin Okumura.
青の祓魔師
(Ao no Ekusoşisuto)
azərb. Göy ekzorsist‎
Janr macəra, qaranlıq fentezi
Manqa
ManqakaKazue Kato
NəşriyyatShueisha
Tərcüməçi nəşriyyat
ŞA
Viz Media
FR
Kazé Manga
PL
Waneko
Tərcümə jurnalı"Weekly Shonen Jump"
DemoqrafiyaŞonen
Nəşr tarixi4 aprel 2009 — hazırda
Cildlər33 (cild siyahısı)
Fəsil sayı160
Anime
RejissorTensay Okamura
ProdüsserHiro Maruyama
SsenaristRyoya Yamaquçi
BəstəkarHiroyuki Savano
Studiya
  • A-1 Pictures (M1-2)
  • Studio VOLN (M3-4)
Digər lisenziyalar
AVA
Madman Entertainment
ŞA
Aniplex of America
BB
Manga Entertainment
KanalJNN (MBS)
Buraxılış tarixi17 aprel 2011 – hazırda
Seriyalar61 + 3 OVA (seriya siyahısı)
Manqa
Salaryman Exorcist: The Sorrows of Yukio Okumura
YazıçıKazue Kato
RəssamMinoru Sasaki
NəşriyyatShueisha
DemoqrafiyaŞonen
Nəşr tarixi19 aprel 2013 - 3 aprel 2020
Cildlər4
Anime filmi
  • Blue Exorcist (2012)
  Anime və manqa portalı

Manqa seriyası əsasında A-1 Pictures tərəfindən 2011-ci ildə anime serialı və 2012-ci ilin dekabrında anime filmi ("Ao no Exorcist Gekijouban") çəkilmişdir. Viz Media manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır və ilk tərcümə olunmuş cild 5 aprel 2011-ci ildə nəşr olunmuşdur. Aniplex of America anime serialının ingiliscə dublajlarını DVD şəklində buraxmışdır. 7 yanvar 2017-ci ildəmn "Blue Exorcist: Kyoto Saga" adlı davam mövsümü yayımlanmağa başlamışdır.

Həm manqa seriyası, həm də anime serialı müsbət rəylər almışdır. Manqa nəşriyyatları "Blue Exorcist" manqasını digər şonen manqaları ilə müqayisə etmişdir.

Mündəricat

Məzmun

Hadisələr anormal gücə və dayanıqlığa malik olan Rin Okumura adlı yeniyetmə ətrafında cərəyan edir. Rin Okumura əkiz qardaşı Yukio və ekzorsist olan ögey atası Şiro Fucimoto ilə birlikdə yaşayır. Bir gün Rin onun və Yukionun ən güclü iblis olan Şeytanın oğulları olduqlarını öyrənir. Şiro Rini qorumaq istəyərkən ölümcül vəziyyətə düşür. Buna görə də Rin Şironun ondan heç vaxt etməməsi istədiyi şeyi edir: iblis doğrayan qılıncı Kurikaranı qınından çəkir və iblis gücləri oyanır. Bu andan etibarən Rin nə vaxt bu qılıncı çəksə, iti dişlərə, ucuiti qulaqlara, eləcə də, özünü alovlandıraraq mavi alovlar saçmaq gücünə malik olur.

Fucimotonun dəfnində Rin Fucimotonun yaxın dostu Mefisto Feles ilə qarşılaşır. Mefisto Rinin daha güclü olması və Şeytanı məğlub etməsi üçün ekzorsizm təhsili almasına icazə verir. Bu məqsədlə Rin Yaponiyada insanların diyarı olan Assiyanı iblislərin diyarı olan Qeenadan qorumaq üçün qurulmuş Düzgün Xaç Akademiyasına yazılır. O, çox az adamın bildiyi ekzorsist kursuna qatılır. Bu zaman Rin qardaşı Yukionun ekzorsist olduğunu və kursun müəllimlərindən biri olduğunu öyrənir. Beləliklə, Rinin ekzorsist olma macərası başlayır, tezliklə kursun digər tələbələri ilə dostlaşır.

İstehsal

Kazue Kato manqanı yaradarkən rejissor Terri Qilliam tərəfindən 2005-ci ildə çəkilmiş "Qrim qardaşları" filmindən ilhamlanmışdı. Manqa üçün ilk konsepsiya iblislərə qarşı döyüşən qardaşlar idi. Lakin elə ilk fəsildə kimlərin "pis" olduğunu aydınlaşdırmaq çətin olduğundan Kato düşünmüşdü ki, bu oxuyucularla əlaqə saxlamaq üçün çətin olacaq. Buna görə də ideya bir az dəyişdi: iblisləri məğlub edənlər ancaq ancaq yaxşılar — ekzorsistlər ola bilərdilər. Beləcə, "yaxşılar" ilə "pislər" arasındakı xarakteristika fərqləri aydın görünürdü. Kato manqa yazarkən müxtəlif iblislərdən bəhs edən ensiklopediyadan istifadə etmişdir.

Ekzorsizm manqanın əsas ideyası olduğundan manqada Bibliyaya bir çox istinadlar vardır. "Anime News Network"ə verdiyi müsahibədə Kato demişdir: "Əgər mən ekzorsizm haqqında iş işləyirəmsə, bu cür istinadlardan gərək qaçmayım". Kato artıq manqanın sonluğunu üçün planlar qursa da, manqa seriyasının uzunluğu manqanın Yaponiyadakı populyarlığından asılı olaraq dəyişəcək. 2016-cı ilin iyulunda Kato Anime News Network-a verdiyi müsahibədə bildirmişdi ki, hələ ki, manqanın bütün hekayəsinin yarısının tamamlandığını bildirmişdi.

Media

Manqa

"Blue Exorcist" manqa seriyası Kazue Kato tərəfindən yazılıb çəkilir və 2009-cu ilin aprelindən Shueisha nəşriyyatının aylıq manqa jurnalı "Jump Square"-də nəşr olunur. İlk tankobon cildi 4 avqust 2009-cu ildə nəşr olunmuşdur. 4 dekabr 2025-cü ilə qədər isə 33 cildi çapdan çıxmışdır. Manqanın "Miyamauguisu House Case" (深山鶯邸事件, Miyamauguisu-tei Jiken?) adlı one-shot-u "Jump Square" jurnalının sentyabr 2008-ci il buraxılışında nəşr olunmuşdur.

Manqa seriyası Şimali Amerika regionu üçün Viz Media tərəfindən lisenziyalaşdırılmışdır və ilk cildi 5 aprel 2011-ci ildə nəşr olunmuşdur. 2014-cü ilin 4 noyabrına qədər isə 20 cildi çapdan çıxmışdır. "Blue Exorcist" həmçinin 5 aprel 2011-ci ildən başlayaraq "Shōnen Jump Advance" imprinti altında nəşr olunmuşdur.

Manqa seriyası Kazé Manga tərəfindən Fransa üçün (ilk cildi 27 may 2010-cu ildə çapdan çıxmışdır), Waneko tərəfindən Polşa üçün lisenziyalaşdırılmışdır.

Rinin qardaşı Yukiodan bəhs edən "Salaryman Exorcist: The Sorrows of Yukio Okumura" (サラリーマン祓魔師 奥村雪男の哀愁, Salaryman Futsumashi Okumura Yukio no Aishū?) adlı spin-off manqası "Jump Square" jurnalında nəşr olunmuşdur. Bu manqa Kazue Kato tərəfindən yazılmış, Minoru Sasaki illüstrasiya olunmuşdur.

Anime

27 noyabr 2010-cu ildə Shueisha nəşriyyatının "Jump Square" jurnalının rəsmi saytında manqa seriyasının anime adaptasiyanın istehsal olunacağını açıqlanmışdır. Anime serialı Hitoşi Okamuranın rejissorluğu ilə A-1 Pictures studiyası tərəfindən istehsal olunmuşdur. Əslində MBS kanalında "Star Driver: Kagayaki no Takuto" anime serialını əvəzləyərək 10 aprel 2011-ci ildən yayımlanmalı olsa da, 2011-ci ildəki Tohoku zəlzələsinə görə bu tarix 17 aprellə əvəz olunmuşdur. Animenin sonuncu seriyası 2 oktyabr 2011-ci ildə nümayiş olunmuşdur.

"Blue Exorcist" animesinin ilk mövsümü üçün 4 parça mahnıdan istifadə olunmuşdur: iki açılış və iki bağlanış mahnısı. İlk 12 seriya üçün Uverworld rok qrupunun "Core Pride" (azərb. "Əsas ləyaqət"‎) mahnısından, qalan 13 seriya üçün isə ROOKiEZ is PUNK'D rok qrupunun "In My World" (azərb. "Mənim dünyamda"‎) mahnısından istifadə olunmuşdur. Animenin ilk 12 seriyası boyunca bağlanış mahnısı kimi Cənubi Koreya musiqi qrupu 2PM tərəfindən ifa olunan "Take Off" (azərb. "Çıxar"‎) mahnısı, qalan seriyalar boyunca isə bağlanış mahnısı kimi Meysa Kuroki tərəfindən ifa olunan "Wired Life" (azərb. "Naqilli həyat"‎) mahnısı səsləndirilmişdir.

Aniplex 20 aprel 2011-ci ildən başlayaraq animenin seriyalarını Hulu, Crunchyroll, Anime News Network və Netflix striminq saytları vasitəsilə Şimali Amerikada yayımlamışdır. Aniplex of America animeni 4 dəstdə DVD şəklində buraxmışdır və ilk DVD 18 oktyabr 2011-ci ildə satışa buraxılmışdır. 2011-ci ildə "Ao No Exorcist: Kuro no Iede" adlı OVA seriyası istehsal olunmuşdur. 2 oktyabr 2012-ci ildə Viz Media-nın onlayn şəbəkəsi Neon Alley vasitəsilə anime ABŞ və Kanadada göstərilməyə başlamışdır. "Blue Exorcist" 23 fevral 2014-cü ildən 10 avqust 2014-cü ilə kimi Adult Swim-in Toonami blokunda göstərilmişdir.

7 yanvar 2017-ci ildən MBS-nin Animeism veriliş bloku vasitəsilə anime serialının ikinci mövsümü yayımlanmağa başlamışdır. İkinci mövsüm "Blue Exorcist: Kyoto Saga" adlanır. Koyçi Hatsumi rejissor, Toşiya Ono ssenarist, Keyqo Sasaki personaj dizayneri və Hiroyuki Savano ilə Kota Yamamoto bəstəkardır. İkinci mövsüm manqanın 5-ci cildini əhatə edir. Açılış mahnısı Uverworld tərəfindən, bağlanış mahnısı Rin Akatsuki tərəfindən ifa olunur. Aniplex of America 15 oktyabr 2016-cı ildə Los-Ancelesdə baş tutmuş Akiba Fest tədbirində ikinci mövsümü Şimali Amerikada lisenziyalaşdırdığını açıqlamışdır.

4 aprel 2017-ci ildə buraxılmış 19-cu cildlə birlikdə OVA seriyası buraxılmışdır.

Drama CD

31 dekabr 2016-cı ildə manqanın 18-ci cildi ilə birlikdə Aya Yacimanın "Blue Exorcist: Bloody Fairy Tale" ranobesinə əsaslanan "Money, Money, Money" adlı drama CD buraxılmışdır. Drama CD üçün ssenari Yuuiçiro Kido tərəfindən yazılmışdır.

Digər

Manqa seriyası əsasında hazırlanmış "Live Act Ao no Exorcist ~Mashin no Rakuin~" adlı 9 teatr tamaşası 11–17 may 2012-ci il tarixlərində Tokionun Şincuku xüsusi rayonundakı "Nippon Seynenkan" zalında tamaşa qoyulmuşdur. Əsas personajlar Rin və Yukio Okumura Ryo Kimura və Kimito Totani tərəfindən canlandırılmışdır. "Ao no Exorcist: Weekend Hero" adlı ranobe Aya Yacima tərəfindən yazılmış və Kato tərəfindən çəkilmişdir. Ranobe 2 sentyabr 2011-ci ildə Shueisha nəşriyyatı tərəfindən nəşr olunmuşdur. PlayStation Portable platforması üçün istehsal olunmuş "Ao no Exorcist: Genkoku no Labyrinth" vizual romanı Bandai Namco Games tərəfindən 26 aprel 2012-ci ildə yayımlanmışdır. Manqa və anime serialı əsasında çəkilmiş anime filmi 28 dekabr 2012-ci ildə Yaponiyada ekranlaşdırılmışdır.

Qəbul

Manqa Yaponiyada xeyli məşhurdur. Manqanın yeddinci cildinin çapdan çıxan nüsxələrinin sayı 1 milyona çatmış və bu uğura çatmış ilk "Jump SQ" manqası olmuşdur. Anime serialının istehsalından sonra manqanın satışları daha da artmışdır. Tənqidçilər manqanın ünvanına xoş fikirlər səsləndirmişdirlər. Otaku USA-dan Danika Devidson qeyd etmişdir ki, hekayə "narahat" şəkildə nəql olunsa da, baş qəhrəman Rinin Şeytanın oğlu olmasına baxmayaraq, qəhrəmanlıq keyfiyyətləri oxucuların diqqətini çəkir. Anime News Network-dan Karlo Santos Katonun əsərini tərifləmişdir və hər personajın fərqli xüsusiyyətə malik olduğunu, arxaplanın yaxşı dizayn olunduğunu bildirmişdir. Hekayədə bir neçə şablonun istifadə olunduğunu qeyd etsə də, eyni saytın əməkdaşı Karl Kimlinqer anime serialında personajların yaxşı ifa olunduğunu, beləliklə, əyləncəli epizodların, xüsusilə, döyüş səhnələrinin ortaya çıxdığını vurğulamışdır. O, bunun animenin ən güclü nöqtəsi olduğunu demişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, blue exorcist sözünün mənası, blue exorcist haqqında məlumat. blue exorcist nədir? blue exorcist nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Əsasül-iqtibas

  • Fevral 27, 2026

    Hamilton

  • Fevral 24, 2026

    UTC−03:00

  • Mart 06, 2026

    Anhinga

  • Fevral 27, 2026

    II Andraş

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst