Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ekzorsizm (yun. ἐξορκισμός — ovsunlamaq) — cinlərin və ya şər ruhlarının insanlardan yaxud müəyyən yerlərdən qovması.

Ekzorsizm

  • Ana Səhifə
  • Vikipediya
  • Ekzorsizm

Ekzorsizm (yun. ἐξορκισμός — ovsunlamaq) — cinlərin və ya şər ruhlarının insanlardan yaxud müəyyən yerlərdən qovması.

Ümumi məlumat

Ekzorsizm hələ Qədim Babilistanda işlədilmiş, adətən səlahiyyətli bir şəxslə (keşiş və ya şaman) icra edilir. Əhdi Cədiddə İsanın dua və əmr gücü ilə keçirilmiş cinlər qovmaları təsvir edilmişdir. Haqqında bir çox bədii film çəkilmişdir, o cümlədən "İblisi Qovan" və "Emili Rouzun Altı Cini".

Cinlərin və ya şər ruhların insandan, yaxud müəyyən yerdən qovulması ritualı. Ekzorsizmi rahiblər, ekstrasenslər və ya şamanlar həyata keçirir. Ekzorsizmə bir çox dində rast gəlinir. Dörd vedadan biri olan Atharvavedada Ekzorsizm, əl-kimya və sehr ilə bağlı məsələlərdən bəhs edilir. Ekzorsizmin əsas vasitəsi olan mantra və yacnadan veda və tantra ənənələrində istifadə olunurdu. "Qumran əlyazmaları"nda yəhudi essenilərin (e.ә. 2 əsr — e.ə. 1 əsr) Ekzorsizm ilə məşğul olması barədə qeydlər var. Əhdi-cədiddə İsa peyğəmbərin cinləri qovması göstərilmişdir (Mat. 9:32–34). İslamda ruqyə adlanan Ekzorsizm həm də alternativ təbabət olan tibbi-nəbəvinin bir hissəsidir. Məhəmməd peyğəmbər şər ruhlardan qorunmaq üçün Quranın axırıncı üç surəsini (İxlas, Fələq, Nas) oxumağı buyurmuşdur.

Ekzorsizm İnsan cisminə keçmiş bəd ruhların, cinlərin cisimdən kənarlaşdırılması haqqında nəzəriyyədir. Xristianlığa qədərki dövrdə də mövcud olmuşdur. Şamanlar tərəfindən müxtəlif ayinlər, mərasimlər keçirilirdi. Baxmayaraq ki, xristianlar bu mərasimi ilk dəfə İsa Məsihin keçirdiyini deyirlər.

Qovuc

Türk, yakut, qırğız və altay şamançılığında Şeytan çıxarma, Cin qovma, Şeytan qovalama (eksorsizm) mənalarını verən bir sözdür. Pis ruhların kənarlaşdırılması əməliyyatıdır. Qərb xristianlığında şeytan çıxarma əməliyyatı işgəncə də daxil hər cür üsulu mübah qəbul etmişdir və orta əsrlər bu tip proqramlara səhnə olmuşdur. Ancaq şamançı ənənədə isə belə hadisələr görülməz. Ruhları görüb insanlardan uzaklaştırabilen kəslərə Qovucu/Quvuçu/Kuvucu/Kuğuçu/Kuğunçu deyilir. Pis ruhu bir dəfə tutan adam qovucu olmağa haqq qazanmış deməkdir. Söz, "qovmaq" feli ilə əlaqəlidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ekzorsizm haqqında məlumat. Ekzorsizm nədir? Ekzorsizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mehdişəhr

  • Fevral 24, 2026

    Mistika

  • Fevral 27, 2026

    Maka Çiçiua

  • Fevral 27, 2026

    Kappadokiya

  • Fevral 27, 2026

    İlham İsmayılov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst