Bizerta Bənzərt (ər. ) — Tunisin şimalında, Bizerta azad iqtisadi zonasında şəhər. Bizerta vilayətinin inzibati mərkəzi.
| şəhər | |
| Bizerta | |
|---|---|
| ing. Bizerte, ərəb. بنزرت | |
| |
| 37°16′28″ şm. e. 9°52′26″ ş. u.HGYO | |
| Ölkə | |
| Tabesində | Bizerta |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | 34 |
| Mərkəzin hündürlüyü | 5 |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 142,966 nəfər (2014) |
| Sıxlığı | 3.363 nəf./km² |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +216 |
| Poçt indeksi | 7000 |
| Nəqliyyat kodu | BI |
| Digər | |
![]() Bizerta | |
Əhalisi
Əhalisi 115 min (2005). Nəqliyyat qovşağı.
Coğrafiyası
Aralıq dənizində port (filiz xammalı, neft məhsulları, sement, həmçinin zeytun yağı və s. kənd təsərrüfatı məhsullarının ixracı).
Tarixi
Bizerta qədim (e.ə. 9-cu əsr) Finikiya məskəninin yerində salınmış, sonralar Hippon-Diarritus (Hippo Diarrhytus) adlı Roma şəhəri olmuşdur. 698-ci ildən Əməvilərin tabeliyində olmuş, Bənzərt adlandırılmışdır. 1535–72 -ci illərdə İspaniyanın hakimiyyətinə keçmişdir. Fransa protektoratı olduğu dövrdə (1881–1956) Fransanın HDQ-nin bazası olmuşdur (1963-cü ildə təxliyə edilmişdir). Finikiya və Roma məskənlərinin qalıqları saxla nılmışdır.
Memarlığı
Bizertanın köhnə hissəsini (Zarzuna adlanan ənənəvi məğrib şəhəri) yeni hissədən kanal (1891-ci ildə qazılmışdır) ayırır. Fort-Sidi-Salem içqalası (1573, 1968-ci ildə teatr kimi yenidən tikilmişdir), Yusef-Dey fəvvarəsi (1642), 8-bucaqlı minarəsi olan məscid (1652) Bizertanın orta əsr memarlıq abidələrindəndir. 20 əsrin 2-ci yarısından Bizerta fransız memarlarının (A. Demene, B. Zerfüss, J. Marme) 1948-ci ildə tərtib etdikləri plana əsasən yenidən qurulmuşdur. 20-ci əsrin memarlıq abidələri: Müq. Aleksandr Nevski kilsəsi (1938); vitrajlarla bəzədilmiş Notr-Dam-de-Frans bazilikasının yerləşdiyi baş meydan (1954; J. Le Kutyor, mühəndis B. Lafay); konqres binası (1965 O.K. Kakub). 7 noyabr Universitetinin elmlər fakültəsi; Okeanoqrafiya muzeyi var.
Sənayesi
Neft emalı, metallurgiya, yeyinti (əsasən, zeytun yağı istehsalı) sənayesi müəssisələri fəaliyyət göstərir. Tərsanə; sement zavodları var. İri bədii sənətkarlıq mərkəzidir (əsasən, xalçaçılıq, krujeva -toxuma, metalişləmə).
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bizerta haqqında məlumat. Bizerta nədir? Bizerta nə deməkdir?

