Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bibliya mətnşünaslığı – Bibliyanın mətnlərini tədqiq edən elm. Həmçinin "Bibliya tənqidi" adlanır. Bibliya mətnşünaslığının zərurəti, orijinal əlyazmalarının bi

Bibliya mətnşünaslığı

  • Ana Səhifə
  • Vikipediya
  • Bibliya mətnşünaslığı

Bibliya mətnşünaslığı – Bibliyanın mətnlərini tədqiq edən elm. Həmçinin "Bibliya tənqidi" adlanır. Bibliya mətnşünaslığının zərurəti, orijinal əlyazmalarının bizim günümüzə qədər qorunub-saxlanmamasından qaynaqlanır. Əlimizdə orijinal mətnin minlərlə qədim surətləri və tərcümələri vardır. Qədim zamanlarda mətbəə olmadığından mətnin təkrar-təkrar üzü köçürülürdü. Bunun nəticəsində əlyazmaların müxtəlif versiyaları mövcuddur.

Mündəricat

Bibliya mətnşünaslığının vəzifəsi

Bibliya mətnşünaslığının vəfizəsi Əhdi-Ətiqin və Əhdi-Cədidin orijinal mətnini mümkün qədər dəqiq bərpa etmək, habelə bu mətnin ötürülməsi və tərcümələrinin tarixini tədqiq etməkdir.

Bibliya mətnşünaslığının metodları

Müasir Bibliya mətnşünaslığı qədim mətnlərin fərqli versiyalarından ən etibarlı olanını seçmək məqsədilə aşağıda qeyd olunan bir sıra prinsiplərə riayət etməkdədir:

  • daha az başa düşülən variantlara üstünlük verilməlidir (çünki daha aydın ifadələrdə üzünü köçürənin öz izahatı olması ehtimalı var).
  • daha qısa variant qədim hesab edilməlidir (çünki üzünü köçürənlərin Müqəddəs Yazını qısaltmağa cürət etmələri ağlasığmazdır).
  • aydın olmayan sözlər qədim şərq ədəbiyyatında işlənən mənaca yaxın olan sözlərlə müqayisə edilməlidir.
  • haşiyələrdən mətnə düşmüş ola biləcək izahatlar aradan götürülməlidir.
  • Bibliyanın qədim tərcümə və resenziyalardan istifadə olunmalıdır.
  • erkən xristian müəlliflərinin və kilsə atalarının əsərlərində Bibliyadan gətirilən sitatlar nəzərə alınmalıdır.
  • əlyazma və "mətn ailələri" ənənələrinin xüsusiyyətləri nəzərə alınmalıdır.

Müasir Bibliya tənqidinin qısa tarixi

Əhdi-Cədidin mətn tənqidinin ilk banilərindən Yohann Albrext Bengel (1687-1752) və Yohann Solomon Zemler (1725-1791) kimi alman alimlərin adlarını çəkmək olar. Bengel Əhdi-Cədidin bir çox nəşr və əlyazmalarını tədqiq və təsnif edib, Bibliya mətnşünaslığına tənqid aparatını gətirib. Zemler Bengelin işini davam etdirib. Zemlerin şagirdi alman tədqiqatçısı Yohann Yaqob Qrisbax (1745-1812) ilə mətn tənqidi yeni səviyyəyə çıxmışdır.

Əhdi-Ətiqin mətn tənqidində XIX və XX əsrlərdə kəşf edilmiş qədim əlyazmaların mühüm yeri vardır. Sina yunan kodeksi və Qumran tumarları kimi kəşflər Bibliya mətnlərinin təsnifatına və tarixinin qoyulmasına yardım etmişdir. XIX və XX əsrlərdə Bibliyanın "tənqid nəşrləri", yəni qədim əlyazmalardakı mühüm fərq və variantları əks etdirən mətnlər çıxıb. Hazırda "Biblia Hebraica" nəşri etibarlı bir "tənqid nəşri" kimi qəbul edilməkdədir.

Bibliya tənqidi və xristian əqidəsi

Bibliyanın qədim əlyazmalarının fərqli variantlarının olması xristianların Bibliyanın Allah tərəfindən qorunub-saxlandığı inancına xələl vermir. Hələ eramızın III əsrində xristian müəllimləri Origen və Antakyalı Lukian cüzi xətaların və müxtəlif versiyaların Bibliyanın əsas ideyasını və təlimlərini dəyişdirmədiyini qeyd ediblər. Müasir Kilsənin qənaətincə, Müqəddəs Yazıların orijinal əlyazmalarının qorunub-saxlanmaması gerçəkliyi faciə deyildir. Bibliyanın üzünü köçürənlərin zəhməti sayəsində bu gün əlimizdə olan əlyazmaların tədqiqi göstərir ki, əhəmiyyətsiz fərqlərə baxmayaraq, Müqəddəs Kəlamın "ruhu" və mənası əlyazmaların hamısında eynidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bibliya mətnşünaslığı haqqında məlumat. Bibliya mətnşünaslığı nədir? Bibliya mətnşünaslığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alüminium xlorid

  • Fevral 27, 2026

    Kimyəvi yanıqlar

  • Fevral 28, 2026

    Topqapı muzeyi

  • Fevral 26, 2026

    Samux

  • Fevral 27, 2026

    İlteriş xaqan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst