Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adi temperaturada 183°C-də uçur (təzyiq altında 192,6 °C-də əriyir). Suda yaxşı həll olur (25 °C temperaturda 100 qr H2O-da 44,38 qr); nəm havada hidroliz nətic

Alüminium xlorid

  • Ana Səhifə
  • Vikipediya
  • Alüminium xlorid

Alüminium xlorid – alüminium duzu və xlorid turşusu. Kimyəvi formulu — AlCl3.

Alüminium xlorid
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu AlCl3
Fiziki xassələri
Molyar kütlə 133.34 q/mol
Sıxlıq 0,714 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 192,4  °C
Qaynama nöqtəsi 120  °C
Quruluşu
Kristal sistemi monoklinik sinqoniya[d]
Təsnifatı
CAS-da qeyd. nöm. 7446-70-0
PubChem 24012, 6451240
EINECS-də qeyd. nöm. 231-208-1
SMILES
 
  • [Al](Cl)(Cl)Cl
InChI
 
  • InChI=1S/Al.3ClH/h;3*1H/q+3;;;/p-3
    VSCWAEJMTAWNJL-UHFFFAOYSA-K
RTECS BD0530000
ChEBI 30114
BMT nömrəsi 3264
ChemSpider 22445
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Xassəsi

Adi temperaturada 183°C-də uçur (təzyiq altında 192,6 °C-də əriyir). Suda yaxşı həll olur (25 °C temperaturda 100 qr H2O-da 44,38 qr); nəm havada hidroliz nəticəsində tüstülənməyə başlayır və HCl ayrılır. Sulu məhluldan sarımtıl-ağ rəngdə kristalohidrat — AlCl3• 6H2O formasında məhlulda asılı şəkildə üzən kristal ayrılır. Bir sıra üzvi birləşmələrdə yaxşı həll olur (məsələn, 25 °C temperaturda 100 qr etanolda 100 qr, asetonda, dixloretanda, etilenqlikolda, nitrobenzolda, karbondördxloriddə və s.).

Alınması

Alüminium xloridin sənayedə alınmasının ən əhəmiyyətli üsulu — Cl2 və CO qarışığının şaxta sobalarında susuzlaşdırılmış kaolin və ya boksitə təsirinə əsaslanır:

AI2O3 + 3CO + 3Cl2 ↔ 2AICI3+3CO2 • 6H2O3

900 °C temperaturda bor üçxlorid və alüminium fosfid qarışığından bor fosfid və alüminium xlorid alınır:

  • BCI3 + AIP → BP + AICI3

Alüminium xloridin digər alınma üsulları da mövcuddur:

  • AI + FeCI3 → AICI3 + Fe
  • AI (OH)3 + 3HCI → AICI3 + 3H2O
  • CuCI2 + AI → 2AICI3 + 2Cu
  • AI + 6HCI → AICI3 + 3H2

Tətbiqi

Susuz alüminium xlorid bir sıra qeyri üzvi (məsələn, NH3, H2S, SO2) və üzvi (məsələn, turşuların xloranhidridləri, efirlər və s.) maddələrlə birləşmə məhsullarını əmələ gətirir. Bu da AlCl3 neft emalında və üzvi sintezlərdə (məsələn Fridel – Krafts reaksiyasında) katalizator kimi texniki tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini gəstərir. Heksahidrat və onun məhlulları qrunt sularının təmizlənməsi, ağac emalı və digər sahələrdə istifadə olunur.

Toksikliyi

Alüminium xlorid orqanizmə daxil olduqda çox toksikdir, həm də korroziya aktivliyinə malikdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alüminium xlorid haqqında məlumat. Alüminium xlorid nədir? Alüminium xlorid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Krasnodar diyarı

  • Fevral 27, 2026

    Abakan

  • Fevral 27, 2026

    Antun Avqustinçiç

  • Fevral 27, 2026

    Pit Best

  • Fevral 27, 2026

    Pont (mifologiya)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst