Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Beypazarı ― Türkiyənin Mərkəzi Anadolu regionunda, Ankara ilində, Ankara şəhərinin 100 km qərbində yerləşən şəhər və ilçə. 2000-ci il əhalinin siyahıya alınması

Beypazarı

  • Ana Səhifə
  • Vikipediya
  • Beypazarı

Beypazarı ― Türkiyənin Mərkəzi Anadolu regionunda, Ankara ilində, Ankara şəhərinin 100 km qərbində yerləşən şəhər və ilçə. 2000-ci il əhalinin siyahıya alınmasına görə, ilçənin əhalisi 46 493 nəfər olmuşdur və bunlardan 35 775-i Beypazarı şəhərində yaşayırdı. İlçə 1 814 kvadrat kilometr ərazini əhatə edir və mərkəzinin orta yüksəkliyi 675 metr (2,215 ft)-dir. İlçədə eyniadlı şəhərdən başqa üç kiçik şəhər (Karaşar, Uruş, Kırbaşı) və 64 kənd var. Bura antik dövrlərdə Kiçik Asiyanın əhəmiyyətli şəhərlərindən idi.

Beypazarı
40°09′41″ şm. e. 31°55′10″ ş. u.HGYO
Ölkə
  •  Türkiyə
Tarixi və coğrafiyası
Sahəsi
  • 1.814,4 km²
Mərkəzin hündürlüyü 675 ± 1 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 48.274 nəf. (2018)
Rəqəmsal identifikatorlar
Telefon kodu +90 312
Poçt indeksi 06730
Digər
beypazari-bld.gov.tr
Xəritəni göstər/gizlə
Beypazarı xəritədə
Beypazarı
Beypazarı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiya

Beypazarı adı Türk dilində "Bəyin bazarı" deməkdir. Şəhərin belə adlandırlmasına səbəb Osmanlı dövründə buranın əhəmiyyətli hərbi baza olması və burada yerləşən süvarilərin yerli iqtisadiyyatın əhəmiyyətli bir elementi olması idi.

Tarix

Bölgə Hettlər, Frigiyalılar, Qədim Romalılar, Bizanslılar, Səlcuqlu Türkləri və Osmanlı İmperiyası tərəfindən uzunmüddətli işğal tarixinə malikdir. Beypazarı Roma və Bizans dövründə Luvi dilində "qayalı zirvə" mənasını verən Lagania (Λαγάνια) adlanırdı və şəhər regionun inzibati mərkəzi idi.

Qərbi Anadoluda yerləşən əksər Luvi şəhərləri kimi Laqaniya da məşhur Troya müharibəsi dövründə troyalılara dəstək olmuşdur.

Şəhər 12-ci əsrdə Səlcuq türkləri tərəfindən fəth edilmiş və şəhərdə müxtəlif Oğuz ağaları tərəfindən məskunlaşılmışdır. Beyşehir sonda Osmanlı İmperiyasının bir hissəsinə çevrilmişdir. Osmanlı imperiyasının qurucusu I Osmanın babası Qazi Gündüzalp ilçənin Hırkatepe kəndində dəfn edilmişdir.

Bu gün

Beypazarının xüsusiyyətlərindən olan olan 80 qatlı paxlava (normalda 40 qat olur).

Beypazarı bu gün yerkökü (Türkiyədəki yerkökü istahsalının təxminən 60%-i), gümüş məmulatları və yüksək keyfiyyətli təbii mineral suyu ilə məşhur olan ilçədə kiçik bir şəhərdir. Şüşə istehsalında istifadə olunan bir növ təbii soda olan kristal mineral — trona Beypazarıdan çıxarılır. Zəngin tarixi, memarlıq irsi və cazibədar qayalı çölləri ilə Beypazarı xüsusilə də Ankaradan gələn qonaqlar üçün cəlbedici yerlərdəndir. Hər il iyun ayında şəhərdə məşhur Ənənəvi Tarixi Evlər, Əl işləri, Yerkökü və güveç Festivalı keçirilir . Bu dövrdə qonaqlar şəhərə əhəmiyyətli gəlir gətirir.

Beypazarı Avropa Tarixi Şəhərlər və Regionlar Birliyinin (ing. European Association of Historic Towns and Regions EAHTR) üzvüdür.

Görməli yerlər

Beypazarına Hıdırlık Təpəsinin zirvəsindən baxış.
  • Hıdırlık təpəsi;
  • Osmanlı dövrü binalarına 17-ci əsr Suluhan karvansarası və 13-cü əsrə aid Sultan Alaedin məscidi daxildir.
  • Hett, Roma, Bizans və Osmanlı dövrünə aid əşyaların nümayiş edildiyi Kültür Evi muzeyi;
  • İnözü vadisi dik divarlı bir kanyondur. Kanyon qayaya həkk olunmuş mağaralara, türbələrə və kilsələrə baxış imkanı verir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Beypazarı haqqında məlumat. Beypazarı nədir? Beypazarı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əyyub əs-Sixtiyani

  • Fevral 27, 2026

    Xırdaçay

  • Fevral 27, 2026

    Şamil Basayev

  • Fevral 27, 2026

    Yengicə (Vedi)

  • Fevral 27, 2026

    Fəxriyyə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst