Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Skranton — Pensilvaniya ştatında Filadelfiya, Pittsburq, Allentaun, Eri və Ridinq şəhərlərindən sonra altıncı böyük şəhəri. Lakavanna əyalətinin şəhər mərkəzidi

Skranton (Pensilvaniya)

  • Ana Səhifə
  • Vikipediya
  • Skranton (Pensilvaniya)

Skranton — Pensilvaniya ştatında Filadelfiya, Pittsburq, Allentaun, Eri və Ridinq şəhərlərindən sonra altıncı böyük şəhəri. Lakavanna əyalətinin şəhər mərkəzidir və federal məhkəmə binası burada yerləşir. 570000 əhalisi olan Vyomin valisinin ən böyük şəhəridir və 77291 nəfər əhalisi var.

şəhər
Skranton
ing. Scranton
41°24′32″ şm. e. 75°39′44″ q. u.HGYO
Ölkə
  •  ABŞ
Tabesində Pensilvaniya
Region Lakavanna
Başçı Bill Kortrayt
Tarixi və coğrafiyası
Əsası qoyulub 23 aprel, 1866
Sahəsi 66.14
Mərkəzin hündürlüyü 227 m
Saat qurşağı
  • Şərqi vaxt zonası
Əhalisi
Əhalisi 76,089 nəfər (2010)
Sıxlığı 1,179.10 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodları 570 və 272
Poçt indeksi 18501, 18502, 18503, 18504, 18505, 18508, 18509, 18510, 18512, 18515, 18519, 18540, 18577
Digər
scrantonpa.gov
Xəritəni göstər/gizlə
Skranton xəritədə
Skranton
Skranton
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Skranton Lakavanna çayı vadisinin coğrafi və mədəni mərkəzidir. 1866-cı ilin aprel ayının 23-də yaranmışdır və yarandıqdan sonra əsas sənayesi şəhəri, dağ-mədən və dəmir yolları mərkəzi olmuş və minlərlə immiqrantı özünə cəlb etmişdir.

Mündəricat

Tarixi

Skranton şəhəri 1866-cı ilin aprel ayının 23-də yaranmışdır.

Yenidən bərpası

1980-ci illərin ortalarından bəri şəhər canlanmağa başladı. Yerli hökumət və cəmiyyətin böyük hissəsi şəhərin binalarına və tarixinə maraq göstərdi.

Coğrafiyası

Skranton şəhərinin ümumi sahəsi 66 km2 -dir. ABŞ siyahıya alma bürosunun məlumatlarına əsasən quru sahəsi 65 km2

və su sahəsi isə 0.2 km2

-dir.

İqlimi

Skranton nəmli kontinental iqlimə sahibdir və ərazisində dörd fəsil müşahidə olunur. Yayda hava normal isti temperaturda (32 °C) olur. Qışda isə temperatur nisbətən aşağı (−18 °C) düşür. Yanvar ayında gündəlik orta temperatur 3.4 °C, iyul ayında isə ən yüksək aylıq temperatur  21.9 °C səviyyəsindədir. Belə ki, yanvar ən soyuq, iyul isə ən isti aydır. Yazın son ayları və yay nisbətən yağışlı, qış isə quru keçir. Orta hesabla hər ayda 10-13 gün yağışlı hava müşahidə olunur.

Əhalisi

2010-cu ilin siyahıya almasına əsasən əhalisi 76.089 nəfərdir, 18.124 ailə şəhərdə məskunlaşıb. Əhalisi sıxlığı 1,161/km²-dir. Əhalisi 84,11% ağlardan, 5,45% afro-amerikanlardan , 0,23% yerli amerikalılardan, 2,98% asiyalılardan, 0,04% Pasifik əhalisindən, 4,69% -i digər irqlərdən, 2,49% isə iki və ya daha çox irqin qarışığından ibarətdir.

İctimai təhlükəsizliyi

Yanğın Departamenti

Yanğın bürosu 1901-ci ildə ödənişli xidmət sahəsi kimi yaradılmışdı. 130-a yaxın xilasetmə əməkdaşından ibarət bir qrupdur. Baş qərargahı şəhərin mərkəzindəki Mölberri küçəsindədir.

Polis Departamenti

Skranton Polis Patrol Şöbəsi üç bölməyə ayrılır. Baş qərargahı Skrantonun mərkəzində Cənubi Vaşinqton prospektində yerləşir.

Qalereya

  • Skranton Elektrik Binası
    Skranton Elektrik Binası
  • Müq. Piter kafedralı
    Müq. Piter kafedralı
  • Korthaus meydanı
    Korthaus meydanı
  • ABŞ Federal ofisinin Skranton bölməsi
    ABŞ Federal ofisinin Skranton bölməsi
  • Skranton şəhərinin inzibati binası
    Skranton şəhərinin inzibati binası
  • Elektrik şəhər freskası
    Elektrik şəhər freskası
  • Bruks binası
    Bruks binası
  • Skrantonun mərkəzinin gecə mənzərəsi
    Skrantonun mərkəzinin gecə mənzərəsi

Həmçinin bax

  • Pensilvaniya ştatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Skranton (Pensilvaniya) haqqında məlumat. Skranton (Pensilvaniya) nədir? Skranton (Pensilvaniya) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    İzar çayı

  • Fevral 23, 2026

    Nuuk

  • Fevral 23, 2026

    Kondensasiya

  • Fevral 24, 2026

    Şəkil

  • Fevral 22, 2026

    İzotop

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst