Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Benqaliya və ya Benqal (benq. বঙ্গ, ing. Bengal) — Cənubi Asiyanın şimal-şərqində tarixi region. Burada məskunlaşmış benqalların doğma dili benqal dilidir. Hazı

Benqaliya

  • Ana Səhifə
  • Vikipediya
  • Benqaliya

Benqaliya və ya Benqal (benq. বঙ্গ, ing. Bengal) — Cənubi Asiyanın şimal-şərqində tarixi region. Burada məskunlaşmış benqalların doğma dili benqal dilidir. Hazırda Banqladeş dövləti (Şərqi Benqaliya) və Hindistan (Şərqi Benqaliyanın bir hissəsi və Qərbi Benqaliya) arasında yerləşir.

Benqaliya
Budda və Bodhisattva, XI əsr, Pala imperiyası

Mündəricat

Ərazisi

Şərqi Pakistanda və Qərbi Benqaliyanın İkinci Dünya müharibəsindən sonra ayrılmasından əvvəl Benqaliyanın ərazisi 1 674 279 kv. km. olmuşdur.

Tarixi

Benqaliyanın qədim tarixi haqqında az məlumat vardır. VI əsrə qədər Benqaliya ərazisinin Maqadha krallığının ən güclü hissəsi olmuşdur. XVIII əsrin əvvəllərində Benqaliya canişinliyi faktiki olaraq müstəqil dövlətə çevrildi. 1757-ci ildə İngiltərə müstəmləkəçiləri Benqaliyanı, sonra isə bütün Hindistanı zəbt etdilər. Müstəmləkəçilik dövründə (1757-1947) bu ərazi də metropoliyanın aqrar xammal bazası idi.

XIX əsrin əvvəllərində Benqaliyada milli hərəkat genişlənməyə başladı. Birinci dünya müharibəsindən sonra benqal milli azadlıq hərəkatı yeni vüsət aldı.

1930-cu illərdə dini-icma mövqelərində duran siyasi qüvvələr artmağa başladı. Bu, hinduistlərlə müsəlmanlar arasında müstəmləkəçilər tərəfindən qızışdırılan toqquşmalara səbəb oldu. İkinci dünya müharibəsindən sonra Cənubi Asiya xalqlarının böyük vüsət alan azadlıq mübarizəsi İngiltərə müstəmləkəçilərini Hindistana istiqlaliyyət verməyə (1947) məcbur etdi. 1947-ci ildə keçmiş Britaniya Hindistanı ərazisində dini prinsiplərə görə iki dövlətin-Hindistanın və Pakistanın yaranmasından sonra əhalisi, müsəlmanlardan ibarət olan Şərqi Benqaliya ərazisi Pakistanın tərkibinə daxil edildi. Bu ərazidə Şərqi Pakistan əyaləti təşkil edildi.

Benqaliyanın bir hissəsi IV əsrdən 1200-cü illərə qədər mövcud olmuş Kamarupa çarlığına məxsus olmuşdur. XIX əsrdən Böyük Britaniyanın müstəmləkəsi olmuşdur. 1947-ci ildə Benqaliya (dini zəmində) iki hissəyə bölündü. Benqaliyanın müsəlmanlar olan hissəsi - Şərqi Pakistan (sonra Banqladeş, digər hissəsi isə Hindistanın tərkibinə qatıldı.

Həmçinin bax

  • Banqladeş
  • Benqal körfəzi

Ədəbiyyat

  • Benqaliya // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
  • Ивбулис В. Я. Моя золотая Бенгалия / Пер. с латыш. — М.: Наука, 1988. — 136 с. — (Рассказы о странах Востока). — 30 000 экз.
  • Бенгальская поэзия. М.-Л., 1959.-240 с.
  • Нарахари К. Национально-освободительное движение в Бенгалии. М., 1956.
  • Сказки и легенды Бенгалии / Сост. и пер. с англ. А. Е. Порожнякова; Послесл. С. Д. Серебряного; Примеч. и словарь Н. И. Солнцевой. — М.: Наука. Главная редакция восточной литературы, 1990. — 304 с. — 50 000 экз. — ISBN 5-02-016595-6.
  • Скороходова Т. Г. Бенгальское Возрождение. Очерки истории социокультурного синтеза в индийской философской мысли Нового времени СПб.,2008. 320 с.
  • Скороходова Т. Г. Религиозный гуманизм Бенгальского Возрождения //Вопросы философии, 2008, № 8. С.158-168.
  • Товстых И. Бенгальская литература. М.,1965.
  • Шептунова И. И. Живопись Бенгальского Возрождения. М., 1978.
  • Меренкова О. Н. Зрелищные традиции Бенгалии в индийском кинематографе // Радловский сборник: Научные исследования и музейные проекты МАЭ РАН в 2009 г. — СПб., 2010. — С. 38-42.
  • Dalton, «Descriptive ethnology of Bengal» (Kəlküttə, 1872);
  • Barton, «Bengal. An account of the country from the earliest times» (London, 1874);
  • Hunter, «Statistical account of Bengal» (5 т., London, 1875);
  • Murrey, «Handbook of the Bengal Presidency» (London, 1882);
  • Castwick, «Handbook for Bengal» (London, 1882).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Benqaliya haqqında məlumat. Benqaliya nədir? Benqaliya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Prezident respublikası

  • Fevral 23, 2026

    29 yanvar

  • Fevral 24, 2026

    Osman Sarıvəlli

  • Fevral 11, 2026

    Şəhər-dövlət

  • Fevral 23, 2026

    23 sentyabr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst