Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bencamin Qeza Afflek-Boldt (ing. Benjamin Geza Affleck-Boldt; 15 avqust 1972[…], Berkli, Kaliforniya) — daha çox Ben Afflek kimi tanınan — amerikalı aktyor və r

Ben Afflek

  • Ana Səhifə
  • Vikipediya
  • Ben Afflek

Bencamin Qeza Afflek-Boldt (ing. Benjamin Geza Affleck-Boldt; 15 avqust 1972[…], Berkli, Kaliforniya) — daha çox Ben Afflek kimi tanınan — amerikalı aktyor və rejissor. Onun qazandığı mükafatlar arasında iki Oskar, iki BAFTA və üç Qızıl Qlobus mükafatı var. Afflek karyerasına uşaq ikən PBS təhsil seriyası "Miminin səyahəti" (1984–1988) filmində oynayaraq başladı. Daha sonra müstəqil komediya filmi olan "Çaşqın və çaşdırıcı" (1993) və Kevin Smitin "Emini izləmək" (1997) daxil olmaqla bir neçə komediya filmlərində rol aldı.

Ben Afflek
Ben Affleck
Afflek 2023-cü ildə
Afflek 2023-cü ildə
Doğum adı Benjamin Geza Affleck-Boldt
Doğum tarixi 15 avqust 1972(1972-08-15)[…] (53 yaş)
Doğum yeri
  • Berkli, Alamida qraflığı, Kaliforniya, ABŞ
Milliyyəti Amerikalı
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı Cennifer Qarner (2005 – 2018)
Cennifer Lopez (2022 – 2025)
Uşağı 3
Partnyorları
  • Qvinet Peltrou (1997–2000)
  • Ana de Armas (2020–2021)
Fəaliyyəti ssenarist, kinorejissor, film prodüseri, televiziya aktyoru, kino aktyoru, yazıçı, səsləndirmə aktyoru[d], icraçı prodüser[d], prodüser, televiziya prodüseri[d]
Fəaliyyət illəri 1981-ci ildən
Təhsili University of Vermont
Occidental College
Boyu 1,92 m
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı — 2013 Ən yaxşı ssenariyə görə "Qızıl qlobus" mükafatı — 1998 Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı — 1998
IMDb ID0000255
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Afflek Mett Deymon ilə "Ağıllı Vill Hantinq" (1997) filminin ssenarisini yazdılar və buna görə Ən Yaxşı Orijinal Ssenari üzrə Oskar mükafatı qazandılar. Onlar həmçinin həmin filmdə baş rollarda çıxış etdilər. O, studiya filmlərində önəmli sima kimi özünü göstərdi, o cümlədən fəlakət filmi "Armageddon" (1998), ekşn-triller "Şimal maralı oyunları" (2000), müharibə dramı "Pörl Harbor" (2001) və triller "Bütün qorxuların məbləği" (2002) kimi filmlərdə rol aldı. Karyerasında eniş dövründən sonra Afflek bioqrafik film olan "Hollivud Torpağı" (2006) filmində Corc Rivzi canlandıraraq səhnəyə qayıtdı və Venesiyada Ən Yaxşı Aktyor mükafatı olan Volpi Kubokunu qazandı.

Onun rejissorluq debütü, həmçinin ssenarisini yazdığı "İtmiş uşaq" (2007) müsbət qarşılandı. Daha sonra cinayət dramı "Şəhər" (2010) və siyasi triller "Arqo" (2012) filmlərini həm rejissor kimi çəkdi, həm də baş rollarda oynadı; hər iki film tənqidçilər tərəfindən bəyənildi və kommersiya uğurları qazandı. Sonuncu film üçün Afflek Ən Yaxşı Rejissor üzrə BAFTA mükafatı, həmçinin BAFTA və Oskar mükafatı ilə Ən Yaxşı Film kateqoriyasında təltif olundu. Daha sonra o, "İtmiş qız" (2014) adlı psixoloji triller filmində baş rol oynadı və 2016–2023-cü illər arasında DC Kinematoqrafiya Kainatında superqəhrəman Betmen obrazını canlandırdı. O, "Mühasib" (2016) trillerində və "Geri dönüş yolu" (2020) idman dramında baş rolu oynadı. Afflek "Sonuncu duel" (2021), "Tender Bar" (2021) və "Air" (2023) dramlarında ikinci dərəcəli rollar oynadı; sonuncu filmi həm də rejissorluq etdi.

Afflek qrant və dəstək əsaslı qeyri-kommersiya təşkilatı olan Şərqi Konqo Təşəbbüsünün həmtəsisçisidir. O, Demokrat Partiyasını dəstəkləyir. Afflek və Deymon, "Artists Equity" adlı prodüserlik şirkətinin və "Pearl Street Films"in həmtəsisçiləridir.

Mündəricat

Həyatı

Ben Kaliforniyanın Berkli şəhərində anadan olub. "Afflek" soyadı şotland mənşəlidir. O həmçinin ingilis, alman, irland və isveçrə kökənlidir. 11 yaşı olarkən valideynləri ayrıldıqdan sonra anası yenidən evləndi və o anası ilə yaşadı.

Rod-Aylenddən olan atası Timoti Bayers Afflek 1960-cı illərdə "Theater Company of Boston"da aktyor idi. İki yaşında ailəsi Massaçusetsə köçdü və burada qardaşı Keysi doğuldu. Qardaşlar səhnə arxasında çalışan və teatr ilə əlaqəli olan insanların ətrafında böyüdülər. Tez-tez anaları tərəfində teatrlara aparılırdılar. On üç yaşında olarkən Meksikada uşaqlar üçün televiziya proqramı ekranlaşdırdı. Bir il ərzində burada yaşayan və ölkəni səyahət edən Ben ispan dilini də öyrəndi. Ben sonradan verdiyi müsahibələrin birində uşaq aktyorluğu ilə bağlı hisslərinin qarışdığını vurğulamışdı.

Səkkiz yaşında o, on yaşlı Mett Deymon ilə dostlaşdı. Onların anaları təhsil sahəsində çalışan tanışlar idilər və onların tanış olmalarına da məhz anaları səbəb oldu. Cambridge Rindge and Latin məktəbindəki tələbəlik illərində onlar çox yaxın dostlara çevrildilər. Fərqli siniflərdə oxumaqlarına baxmayaraq, tənəffüslərdə birgə vaxt keçirərək gələcəkdə aktyor olmaq planları haqqında söhbətlər aparırdılar. Hər ikisi dram məktəbindəki Qerri nSpesdən ilhamlanaraq yeniyetmə olarkən pul yığaraq Nyu-Yorka kastinq müraciəti üçün getmişdilər. Yay vaxtında birlikdə tikinti və kinoteatrda biletyoxlayan kimi bir çox işlərdə çalışıblar.

SAT imtahanından yüksək bal almasına baxmayaraq məktəbdə davamiyyəti zəif idi. Vircinia Universitetinə qəbul olsa da sevgilisinə görə o, Vermont Universitetinə getdi və burada ispan dili dərslərinə yazıldı. Zəif qiymət, budunun qırılması və sevgisinin cavabsız olmasına görə 1 aydan sonra universiteti tərk etdi. Daha sonra Los-Ancelesə köçərək bir il yarım ərzində Yaxın Şərq İşləri üzrə Okkidental Kollecində təhsilə başladı. Yaxın Dostum Uill Hauntinq filmi üçün ssenari yazılmağa başlayanda Ben universiteti tərk etdi.

Filmoqrafiya

  • Lezbiyan arvadımı öldürdüb ət çəngəlinə asdım və indi Disney ilə üç filmlik müqaviləm var

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ben Afflek haqqında məlumat. Ben Afflek nədir? Ben Afflek nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Qoqol

  • Fevral 27, 2026

    Əvəlik

  • Mart 01, 2026

    Ukraynlar

  • Fevral 27, 2026

    Salvia africana

  • Fevral 27, 2026

    Çay

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst