Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Belqradın fəthi — Macarıstan krallığının nəzarəti altında olan Belqrad şəhəri və şəhər qalası 1521-ci ilin 29 avqust tarixində fəth edilmişdir. 1520-ci ildə hak

Belqradın fəthi

  • Ana Səhifə
  • Vikipediya
  • Belqradın fəthi

Belqradın fəthi — Macarıstan krallığının nəzarəti altında olan Belqrad şəhəri və şəhər qalası 1521-ci ilin 29 avqust tarixində fəth edilmişdir. 1520-ci ildə hakimiyyətə gələn Sultan Süleyman Qanuni hakimiyyətinin 8-ci ayında Belqrad səfərinə çıxmaq barədə qərar qəbul etdi. Bu dövrdə Müqəddəs Roma imperiyasının imperatoru Carls Quint Avropada xristanlığın mövqeyini gücləndirmək üçün Macarıstan kralı II Luis ilə əlaqələrini gücləndirmişdi. Sultan Süleyman Qanuni özünə qarşı Avropada böyük bir ittifaq yaranmadan hücumu keçmək istəyirdi. Macarıstan krallığı həmin dövrdə indiki Macarıstanla yanaşı Erdel, Slovakiya, Belqrad, Burqenland və Ukraynanın bir qismini əhatə edirdi.

Belqradın fəthi
Avropada Osmanlı müharibələri və
Osmanli-Macarıstan müharibələri
XVI əsr Belqrad qalası
Tarix 25 iyun-29 avqust 1521-ci il.
Yeri Belqrad şəhəri
Nəticəsi Osmanlı imperiyasının qalib gəlməsi
Münaqişə tərəfləri

Macarıstan krallığı

Osmanlı imperiyası

Komandan(lar)

Mixayıl More
Balazs Olah
Petar Ovçareviç
Yovan Bat
Vladislav Bardi
Yan Morqay

I Süleyman
Piri Mehmed Paşa
Xain Əhməd Paşa

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Macarıstan krallığı özünün intibah dövründə sərhədlərini Venesiya şəhərinə qədər genişləndirmiş, hətta Almaniya imperiyasının tacına belə sahib olmuşdu.Sultan Süleyman Qanuni səfər hazırlıqlarını tamamladıqdan sonra adətə uyğun olaraq atası I Səlimin və babası II Bəyazidin məzarların ziyarət etdi. Sultan Süleyman Qanuni 1521-ci ilin 18 may tarixində Topqapı Sarayından rəsmi mərasimdən sonra yola düşdü. Osmanlı qoşununu 3 min barut və mərmi yüklü dəvə, Dunay çayı boyunca hərəkət edən 400 döyüş gəmisi müşahidə edirdi. Rumeli Bəylərbəyi Əhməd Paşa Böğürdələn Qalasını fəth etmək üçün mərkəzi qoşundan ayrıldı. 7 iyun tarixində Əhməd Paşa Böğürdələn Qalasını fəth etdi.

    Vəziriəzəm Piri Mehmet Paşanın rəhbərlik etdiyi birlik Belqrad şəhərini mühasirəyə alır. Sultan Süleyman Qanuninin tabeliyində olan qoşun Belqrada gedən yolun üzərində yerləşən sonuncu qala olan Zəmun Qalasını fəth edir. 1 avqust tarixində Sultan Süleyman Qanuni Zəmun ovasında düşərgə qurur və şəhərin könüllü təslim olmasının gözləyir. Belqrad qalasında olan hərbiçilər müqavimətin mənasız olduğunu görüb 29 avqust tarixində könüllü şəkildə təslim olurlar. 30 avqust tarixində isə Belqrad şəhərində yerləşən ən böyük kilsə məscidə çevirilir. Sultan Süleyman Qanuni burada ilk dəfə olaraq cümə namazı qılır. Qanuni Belqrad şəhərində 19 gün qalmışdır. Bu müddət ərzində yerli əhali ilə görüşmüş, onların problemlərini dinləmiş və yekunda yerli əhalini 2 il müddətində bütün vergilərdən azad etmişdir. Şəhərdə 3.000 əsgər və 200 top yerləşdirdikdən sonra Qanuni 1521-ci ilin oktyabr ayında İstanbul şəhərinə qayıdır. Belqrad şəhərinin rəhbərliyi Bali Paşaya tapşırılır.

    Ədəbiyyat

    • Magyarország hadtörténete, Zrínyi Katonai Kiadó, Budapest, 1985. szerk.: Liptai Ervin ISBN 963-326-337-9
    • Szilágyi Sándor: A Magyar Nemzet Története - VI. fejezet, Nándor-Fejérvár eleste

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, belqradın fəthi sözünün mənası, belqradın fəthi haqqında məlumat. belqradın fəthi nədir? belqradın fəthi nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Cəlal Harutyunyan

    • Fevral 27, 2026

      Akanakert

    • Mart 06, 2026

      Saada

    • Fevral 27, 2026

      1931-ci il

    • Mart 02, 2026

      To Lam

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Mart 04, 2026

      Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst