Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

II Lüdovik (mac. II. Lajos; çex. Ludvík Jagellonský; slovak. Ľudovít II; 1 iyul 1506, Buda – 29 avqust 1526) — Macarıstan-Xorvatiya və Bohemiya kralı. Osmanlıla

II Luis

  • Ana Səhifə
  • Vikipediya
  • II Luis

II Lüdovik (mac. II. Lajos; çex. Ludvík Jagellonský; slovak. Ľudovít II; 1 iyul 1506, Buda – 29 avqust 1526) — Macarıstan-Xorvatiya və Bohemiya kralı. Osmanlıların Mərkəzi Avropada qazandığı ilk qələbə olan Moxac döyüşündə həlak oldu.

II Layoş
Macarıstan–Xorvatiya və Bohemiya kralı
13 mart 1516 – 29 avqust 1526
ƏvvəlkiII Vladislav
SonrakıI Ferdinand
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1506(1506-07-01)
Doğum yeri
  • Buda, Macarıstan krallığı
Vəfat tarixi 29 avqust 1526(1526-08-29) (20 yaşında)
Vəfat səbəbi boğulma
Dəfn yeri
  • Sekeşfexervar kafedralı[d]
Fəaliyyəti siyasətçi, monarx
Atası II Vladislav (Bohemiya kralı)
Anası Foks-Kandallı Anna (Macarıstan və Bohemiya kraliçası)
Həyat yoldaşı
  • Avstriyalı Mariya (1521–1526)
Ailəsi Yaqellon sülaləsi
Təltifləri "Qızıl yun" ordeninin cəngavər dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1506-cı ildə Budada dünyaya gəldi. Atası Macarıstan-Xorvatiya və Bohemiya kralı olan II Vladislav, anası isə Araqon kralı II Xuanın nəticəsi Foks-Kandallı Annadır. Vaxtından öncə doğuldu və yaşaması möcüzə olaraq görüldü. Gələcəkdə taxta çıxmasında problem yaranmaması adına, hələ atasının sağlığında ikən tacqoyma mərasimi keçirildi. 4 iyun 1508-ci ildə Sekeşfexervar kafedralında Macarıstan-Xorvatiya uniyasının, 11 mart 1509-cu ildə Praqadakı Müqəddəs Vit kafedralında isə Bohemiya kralı elan olundu.

1515-ci ildə baş tutan Vyana məclisində alınan qərara əsasən, Müqəddəs Roma imperatoru I Maksimilyanın nəvəsi Avstriyalı Mariya ilə evləndi. Eyni səbəblərlə, bacısı Anna da imperatorun digər nəvəsi Ferdinandla evləndirildi. 1516-cı ildə atasının vəfatından sonra onun sahib olduğu taxt-taclara yiyələndi. Ancaq hələ 10 yaşı vardı və bu səbəblə atasının müttəfiqi imperator I Maksimilyan tərəfindən himayə edildi.

Səltənətinin böyük bir qismində yerli zadəganların əlində oyuncaq oldu və hətta saray ehtiyaclarını qarşılamaq üçün öz zinyət əşyalarını girov qoymağa məcbur olmuşdu. Saray gəlirlərini öz cibinə toplayan naibləri arasındakı anlaşmazlıq və hərc-mərclik isə mərkəzi hakimiyyəti zəiflətdi.

Yeni taxta çıxan Osmanlı sultanı I Süleymanın illik xəracı alması məqsədilə göndərdiyi elçinin öldürülməsi tərəflər arasında münasibətlərin kəsilməsinə səbəb oldu. Roma papası X Lev və imperator V Karl başda olmaqla, digər xristian dövlətlərinə güvənirdi. Ancaq onlardan gözlədiyi hərbi dəstəyi ala bilmədi. Beləcə, tərəflərin qarşı-qarşıya gəldiyi Moxac döyüşündə ağır məğlub oldu. Təxminən 2 saat davam edən döyüşün ardından 20 yaşlı II Lüdovik döyüş meydanından qaçdığı əsnada bataqlığa düşərək həlak oldu.

Onun ölümündən sonra sahib olduğu taxt-tac uğrunda bacısının əri I Ferdinand Osmanlılarla mübarizə apardı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ii luis sözünün mənası, ii luis haqqında məlumat. ii luis nədir? ii luis nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Coelogyne fuerstenbergiana

  • Fevral 27, 2026

    Salvia anatolica

  • Fevral 27, 2026

    Tisian

  • Fevral 27, 2026

    Şirəli Məmmədov

  • Fevral 27, 2026

    Nyaya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst