Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Beşinci kolonna (isp. quinta columna, hərfi tərcümədə"}]],"parts":[{"template":{"target":{"wt":"lit","href":"./Şablon:Lit"},"params":{"1":{"wt":"beşinci sütun"}

Beşinci kolon

  • Ana Səhifə
  • Vikipediya
  • Beşinci kolon

Beşinci kolonna (isp. quinta columna, hərf. "beşinci sütun") — daha böyük bir qrupu və ya milləti daxildən, adətən düşmən qrupunun və ya başqa bir millətin xeyrinə zəiflədən insan qrupu. Beşinci kolonnanın fəaliyyəti açıq və ya gizli ola bilər. Gizli şəkildə toplanan qüvvələr xarici hücuma kömək etmək üçün açıq şəkildə səfərbər ola bilərlər. Bu termin həmçinin, hərbi personal tərəfindən təşkil olunmuş hərəkətlərə də tətbiq olunur. Gizli beşinci kolonna fəaliyyətləri xarici qüvvəyə gizli rəğbət bəsləyənlər tərəfindən müdafiə xətləri daxilində həyata keçirilən təxribat, dezinformasiya, casusluq və ya terror aktlarını əhatə edə bilər.

İkinci Dünya müharibəsi ərəfəsində ABŞ-nin "beşinci kollonna"nı pisləmək üçün istifadə etdiyi afişa.

Mündəricat

Mənşəyi

"Beşinci kolonna" termini İspaniyada vətəndaş müharibəsinin ilkin mərhələsində meydana çıxmışdır. Termin 1936-cı ilin oktyabr ayının əvvəlində respublikaçı mətbuatda geniş yayılmış və qısa müddət ərzində ölkə hüdudlarından kənara çıxmışdır.

Terminin dəqiq mənşəyi aydınlaşdırılmamışdır. Onun məlum olan ilk istifadəsi 30 sentyabr 1936-cı il tarixli gizli teleqramda qeydə alınmışdır. Həmin teleqram Alikantedə fəaliyyət göstərən Almaniyanın müvəqqəti işlər vəkili Hans Hermann Völkers tərəfindən Berlindəki qurumlara göndərilmişdir. Teleqramda Völkers "Frankoya aid olduğu güman edilən və hazırda dövriyyədə olan bir bəyanat"a istinad etmişdir. Bu bəyanat respublikaçıların nəzarətində olan ərazilərdə, xüsusilə də Levant bölgəsində yayılmışdır. Sözügedən bəyanata görə, Franko Madridə doğru irəliləyən dörd milliyyətçi kolonun mövcudluğunu, həmçinin şəhər daxilindən hücuma keçməyə hazır olan beşinci bir kolonun fəaliyyət göstərdiyini iddia etmişdir. Həmin teleqram Almaniya diplomatik yazışmalarının məxfi korpusuna daxil olmuş və vətəndaş müharibəsindən uzun müddət sonra aşkar edilmişdir.

Terminin ictimai məkanlarda ilk dəfə təsbit edilmiş istifadəsi 3 oktyabr 1936-cı il tarixli Madriddə dərc olunan kommunist məzmunlu gündəlik "Mundo Obrero" qəzetinin nömrəsində yer almışdır. Qəzetin birinci səhifəsində dərc olunmuş məqalədə partiya təbliğatçısı Dolores İbarruri Völkersin teleqramında qeyd edilən bəyanata çox bənzər, yaxud onunla eyni məzmunlu ifadəyə istinad etmiş, lakin bu fikri Frankoya yox, general Emilio Molaya aid etmişdir. Elə həmin gün İspaniya Kommunist Partiyasının fəalı Dominqo Xiron ictimai mitinq zamanı oxşar iddia irəli sürmüşdür. Sonrakı bir neçə gün ərzində müxtəlif respublikaçı qəzetlər bu hekayəni təkrar dərc etmiş, lakin təfərrüatlar fərqli şəkildə təqdim olunmuşdur. Bəzi mənbələr ifadəni general Qonsalo Keypo de Lyano ilə əlaqələndirmiş, daha sonralar isə bəzi sovet təbliğatçıları terminə Xose Enrike Varelanın müəlliflik etdiyini irəli sürmüşdür. Oktyabr ayının ortalarına doğru mətbuat artıq "məşhur beşinci kolon" barədə xəbərdarlıqlar etməyə başlamışdır.

Tarixçilər Völkers, İbarruri, Xiron, de Yonq və digərlərinin istinad etdiyi ilkin bəyanatın mövcudluğunu heç vaxt təsdiqləyə bilməmişdir. Fransisko Frankonun, Qonsalo Keypo de Lyanonun və Emilio Molanın radio çıxışlarının mətnləri dərc olunmuşdur, lakin bu materiallarda sözügedən terminə rast gəlinməmişdir. Eyni zamanda, bu ifadəni ehtiva edən hər hansı başqa orijinal bəyanat da indiyədək üzə çıxmamışdır. General Molanın 28 oktyabr 1936-cı il tarixli mətbuat konfransında iştirak etmiş avstraliyalı jurnalist Noel Monks həmin gün Molanın "quinta columna" ifadəsini işlətdiyini iddia etmişdir, lakin həmin tarixə qədər termin artıq üç həftədən çox müddət ərzində respublikaçı mətbuatda istifadə olunmaqda idi.

Tarixşünaslıqda terminə müəlliflik məsələsinə dair müxtəlif yanaşmalar mövcuddur. Bir çox tədqiqatçı Molanın roluna şübhə etmədən "beşinci kolon" anlayışını “1936-cı ildə general Emilio Mola tərəfindən yaradılmış termin” kimi təqdim etmiş, həmçinin onun dəqiq ifadəsinin yoxlanıla bilmədiyini də qeyd etmişdir. Bəzi mənbələrdə Mola bu termini spontan mətbuat müsahibəsi zamanı işlətmiş şəxs kimi göstərilmiş və hadisənin müxtəlif, lakin detallı versiyaları təqdim olunmuşdur. Ən geniş yayılmış versiyalarda Molanın müəllifliyi ehtimal səviyyəsində təqdim edilmiş, bunun sübut olunmadığı vurğulanmış və ya ifadənin Molaya "aid edildiyi", onun bunu "guya iddia etdiyi" qeyd edilmişdir. Digər müəlliflər "general Molanın istinad etdiyi görünən məşhur beşinci kolon" ifadəsi ilə bu qeyri-müəyyənliyi açıq şəkildə əks etdirmişdir. Bəzi tədqiqatçılar terminın Kommunist təbliğatı tərəfindən ya əhval-ruhiyyəni yüksəltmək, ya da terror və repressiyalara bəraət qazandırmaq məqsədilə icad edilmiş olmasını mümkün, hətta ehtimal edilən hesab etmişdir;. İlkin mərhələdə bu anlayış pıçıltı kampaniyasının tərkib hissəsi olmuş, sonradan isə kommunist təbliğatçıları tərəfindən açıq şəkildə dövriyyəyə buraxılmışdır. Bununla yanaşı, terminın mənşəyi ilə bağlı digər fərziyyələr də irəli sürülmüşdür.

İfadənin yaranma kontekstini nəzərə alan bəzi müəlliflər "beşinci kolon" terminini yalnız hərbi əməliyyatlarla əlaqədar hallara tətbiq etmiş, gözlənilən hücumu dəstəkləmək məqsədilə tərəfdarların həyata keçirə biləcəyi daha geniş və qeyri-müəyyən fəaliyyət spektrinə şamil etməmişdir.

Azərbaycanda

Qərb ilə bağlı

Bu ifadə Azərbaycanın həm tarixşünaslığında, həm də siyasi aləmində istifadə olunmuşdur. "KharCenter" tərəfindən Azərbaycanda 1993-cü ildən etibarən müşahidə olunan avtoritarlaşma prosesi ilə bağlı hazırlanmış tədqiqatda qeyd edilmişdir ki, bu proses bir sıra sistemli xüsusiyyətlərlə xarakterizə olunur. Həmin xüsusiyyətlərə bütün seçkilərin kütləvi pozuntularla müşayiət edilməsi və nəticələrin siyasi hakimiyyətin xeyrinə dəyişdirilməsi, konstitusiyaya əsasən müstəqil hesab edilən icra, qanunverici və məhkəmə hakimiyyəti qollarının praktikada prezidentə tabe etdirilməsi daxildir. Eyni zamanda, tədqiqatda media azadlığının faktiki olaraq aradan qaldırıldığı, televiziya, çap və onlayn media da daxil olmaqla ölkənin bütün informasiya məkanının tam nəzarət altında saxlanıldığı vurğulanmışdır. Bundan əlavə, çoxpartiyalı siyasi sistemin əsas institutlarının sıradan çıxarıldığı, müxalif siyasi fəaliyyətin davamlı və sərt repressiyalara məruz qaldığı, vətəndaş cəmiyyətinin GONGO-lar vasitəsilə nəzarət altına alındığı, habelə hakimiyyətə qarşı çıxan şəxslərin "beşinci kolon" kimi təqdim edilərək xarici agent və ya xəyanətkar kimi damğalandığı bildirilmişdir. Odur ki, Azərbaycan rəsmiləri mütəmadi olaraq, QHT sektoruna, media quruluşlarına və müxalif düşərgəyə aid bəzi qüvvələri "beşinci kolon" adlandırır.

2014-cü ilin dekabrında Azərbaycan mətbuatında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyev məqaləsi dərc olunmuşdur. Burada Mehdiyev digər açıqlamalarla yanaşı, ABŞ və Aİ-ni Azərbaycanda "beşinci kolon" yaratmaq cəhdlərində və "rəngli inqilab" istəyini alovlandırmaqda günahlandırmış, həmçinin Qərb tərəfindən dəstəklənən şəxslərin və təşkilatların adını xüsusi olaraq çəkmişdir. Həmin dövrdə Azərbaycanın hakim elitası həmçinin Qərb dövlətlərini Azərbaycanda "beşinci kolon"u dəstəkləməkdə, eləcə də Qarabağ münaqişəsində Ermənistana siyasi dəstək verməkdə günahlandırmışdır. Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski 2015-ci ildə bildirmişdir ki, Azərbaycan hakimiyyəti "Qərb ölkələrinin təzyiqlərinə qarşı sərt mövqe nümayiş etdirir" və ölkədə "geniş miqyaslı etiraz aksiyalarının təşkilinə imkan vermir". O, əlavə etmişdir ki, "bəzi QHT-lərin dəstəyi ilə xarici təsir qüvvələrinin Azərbaycanda "beşinci kolon" yaratmağa çalışır". Azərbaycan Dövlət İnformasiya Agentliyi də 2018-ci ildə Avropa Şurası Parlament Assambleyası və ABŞ Konqresinin Helsinki Komissiyasının "Azərbaycana qarşı qarayaxma kampaniyasının müxtəlif dairələr" tərəfindən "oyuncağa çevrilmiş" olduğunu yazmışdır.

2020-ci ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyev COVID-19 pandemiyası ilə mübarizə planları haqqında danışdığı zaman azərbaycanlı müxalifləru "aramızda olan düşmənlər" və "əsas məqsədi Azərbaycanı məhv etmək olan" bir növ ""beşinci kolon" kimi təsvir etmişdir. O, hakimiyyət ilə dialoqa girməkdən imtina edən müxalifəti "xain" və "beşinci kolon" adlandırmışdır. Həmin dövrdə hökumətyönlü media müxalifətin koronavirus ətrafında panika yaratdığı barədə yazılar dərc etmişdir. Elə bu dövrdə Tofiq Yaqublu "silah və ya silah kimi istifadə edilən əşya tətbiq edilməklə törədilən xuliqanlıq" ittihamı ilə həbs edilmiş, sonra Fuad Qəhrəmanlı saxlanılmış, Əli Kərimli hədəf seçilmişdir. Aprel ayına qədər ən azı 16 müxalifət fəalı həbs edilmişdir.

Rusiya ilə bağlı

Ümumiyyətlə, Azərbaycanda əksər hallarda "5-ci kolon"un üzvləri adlandırılanlar "Rusiyanın adamı" kimi nəzərdə tutulur. Millətçi Gənclər Təşkilatının rəhbərliyində təmsil olunan Müşfiq Vəliyev bildirmişdir ki, Azərbaycanda yaşayan digər etnik qrupların "milli kimliklərinə toxunulmadığı halda Rusiyanın 5-ci kolonu və bəzi türkofoblar" özünü "türk" deyənə "pantürkizm" və "irqçi" damğası vururlar.

1990-cı illərin ortalarında Azərbaycan hakimiyyəti "Sadval"ı "beşinci kolon" kimi qiymətləndirmiş, 1994-cü ildə Bakı metrosunda baş verən faciə aktına görə təşkilatın bir neçə üzvü həbs edilmişdir. Politoloq Vəfa Quluzadə də Azərbaycanda Rusiyanın "beşinci kolonna"sının fəaliyyət göstərdiyini iddia etmiş, onun əleyhdarı olduğunu bəyan etmişdir.

Hərbi ekspert Səxavət Məmməd Nikol Paşinyanın Ermənistan Silahlı Qüvvələrində "beşinci kolon"un təmizlənməsi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirmiş və qeyd etmişdir ki, oxşar proseslər Azərbaycanda da həyata keçirilmişdir. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrində Rusiyaya bağlı və ya Rusiyanın maraqlarına xidmət edən şəxslər mövcud olmuş, onlardan bəziləri casusluq fəaliyyəti ilə əlaqədar aşkarlanaraq hüquqi məsuliyyətə cəlb edilmişdir. Məmmədin bildirdiyinə görə, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Qüvvələri Baş Qərargahı|Silahlı Qüvvələrin Baş Qərargah rəisi]] Nəcməddin Sadıkov vəzifəsindən kənarlaşdırılmışdır. O, mətbuatda Sadıkovun "Rusiyanın adamı" və ya "Rusiyaya işləyən şəxs" kimi təqdim edildiyini, bu iddiaların əsasən sabiq Baş Qərargah rəisi ilə bağlı səsləndirildiyini vurğulamışdır. Hərbi ekspertin fikrinə görə, müharibədən sonra keçən müddət ərzində Azərbaycan hakimiyyəti bu cür kadr dəyişikliklərini açıq şəkildə elan etmədən, mərhələli şəkildə həyata keçirmişdir.

"OC Media" nəşrinin məlumatına görə, uzun müddət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyev Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil jurnalistikaya qarşı həyata keçirilən təzyiqlərdə mühüm rol oynamışdır. O, 2014-cü ildə etdiyi çıxışında vətəndaş cəmiyyəti nümayəndələri və müstəqil jurnalistləri "beşinci kolon" adlandırmışdır. Bu bəyanatdan sonra ölkədə bir sıra repressiv addımların atıldığı bildirilmişdir. Həmin dövrdə "Azadlıq Radiosu"nun Bakı bürosunun bağlanması, araşdırmaçı jurnalist Xədicə İsmayılın həbs edilməsi, qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdıran qanunun qəbul edilməsi və hakimiyyətdən asılı olmayan mediaya qarşı cinayət işlərinin başlanması bu prosesin tərkib hissəsi kimi qiymətləndirilmişdir. 2015-ci ildə Mehdiyev xarici jurnalistlərin Azərbaycanda fəaliyyətinə dörd il müddətinə qadağa qoyulması qərarının qəbulunda rol oynamışdır.

1 sentyabr 2014-cü ildə Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilmiş, Mehdiyev burada demişdir:

" Etiraf etməliyik ki, Azərbaycanda mövcud olan tolerant mühitdən, demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr ayırdıqları maliyyə hesabına ölkəmizin daxilində müxtəlif qeyri-hökumət təşkilatlarından və KİV-lərdən ibarət öz dayaq nöqtələrini, "5-ci kolon"unu formalaşdırmağa nail olublar. "

2025-ci ilin oktyabrında Ramiz Mehdiyevin ev dustaqlığına alınmasından sonra hökumətə yaxın media orqanlarında müxalifət partiyaları — əsasən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası barəsində silsilə məlumatlar və ittihamlar yayımlanmağa başlamışdır. "Yeni Müsavat" yazmışdır ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasındakı vəzifəsindən azad olunmasından sonra AXCP və Müsavat kimi partiyalar "birdən-birə aksiyaları, mitinqləri dayandırmış, küçələr susmuşdur". Yazıda iddia edilmişdir ki, həmin partiyalar "öz oyun qaydalarını Mehdiyevin sözü ilə qururdu", həmin partiyalar "beşinci kolon" rolunu daşıyırdı. Ramiz Mehdiyev barəsində irəli sürülən ittihamlar arasında onun Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli ilə əlaqələrinin olması iddiaları da yer almışdır. Hökumətə yaxın mənbələrin iddialarına görə, Mehdiyev ölkədəki siyasi mühiti zəiflətmək və seçkilərin legitimliyini şübhə altına almaq məqsədilə müxalifətdən istifadə etmiş, xüsusən də boykot strategiyasını AXCP və Əli Kərimli vasitəsilə gündəmə gətirmişdir. Oxşar məcrada irəli atılmış iddialara görə, Ramiz Mehdiyevim planı "beşinci kolon" fəaliyyəti çərçivəsində Rusiyanın maraqları istiqamətində qurulmuşdur. 29 noyabr 2025-ci ildə Əli Kərimli həbs edilmişdir. Hökümətyönlü medianın məlumatına görə, saxlanılmalar Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 13 avqust 2025-ci ildə həbs edilməsindən sonra başlanmış cinayət işi ilə əlaqələndirilmişdir.

Digər

Bakı Dövlət Universitetinin dosenti Fəridə Əliyeva İrəvan xanlığının ərazisində ermənilərin və xüsusilə Eçmiədzin kilsəsini "Azərbaycan xalqına qarşı düşmən mövqe tutmuş beşinci kolonna" kimi qiymətləndirilmişdir.

2023-cü ildə mətbuatda dərc olunmuş yazılarda Bakının bir sıra ali təhsil müəssisələrində fəlsəfə fənnini tədris edən Ağalar Qəribovun futbol məşğələsi zamanı erməniəsilli futbolçu Henrix Mxitaryanın adı yazılmış futbol köynəyi geyinməsi tənqid edilmiş, bu davranış "milli və ictimai baxımdan qəbuledilməz" kimi qiymətləndirilmişdir. "Yeni Müsavat"da dərc olunmuş məqalədə Qəribovun bu addımı kosmopolit baxışları ilə izah etdiyi qeyd olunmuş, lakin bu kimi halların Ermənistan ilə sülhün olmadığı şəraitdə "beşinci kolon" anlayışı çərçivəsində dəyərləndirildiyi, belə şəxslərin xarici xüsusi xidmət orqanlarının təsirinə açıq ola biləcəyi iddia edilmiş, son dövrdə dövlətə xəyanət və terrorçuluq ittihamları ilə aparılan həbslərə istinad edilmişdir.

Bundan başqa, siyasi elmlər doktoru Cümşüd Nuriyev İran İslam Respublikasının Azərbaycanda yaratdığı "5-ci kolon" yaratdığını iddia etmişdir.

Ədəbiyyatda

Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.

ABŞ-da Avstraliyanın "The Enemy In In" adlı radio tamaşası çox populyar oldu, baxmayaraq ki, bu populyarlıq beşinci kolonnanın fəaliyyətlərinin hekayələrinin real hadisələrə əsaslandığına inamla bağlı idi. 1940-cı ilin dekabrında Avstraliya serialı qadağan etdi.

Agatha Christie romanının İngilis rəyçiləri N yoxsa M? 1941-ci ildə bu termindən İkinci Dünya müharibəsi zamanı Britaniyada nasist rejiminin adından işləyən iki İngilis partizanının mübarizəsini təsvir etmək üçün istifadə edilmişdir.

Frank Kapranın Con Doe ilə tanışlıq (1941) filmində qəzet redaktoru Henri Konnell siyasi cəhətdən sadəlövh qəhrəman Con Dou apolitik Con Doe Klublarından istifadə edərək öz siyasi ambisiyalarını təbliğ etmək planları barədə iş adamının xəbərdarlığını edir. Connell Cona deyir: "Qulaq as, dostum, bu beşinci sütunun işi olduqca çürükdür, elə deyilmi?", biznesmeni Birləşmiş Ştatlarda anti-demokratik maraqlara malik olduğunu müəyyən edir. Doe razılaşdıqdan sonra əlavə edir: "Və əgər özünüzü bunun ortasında yürüşdə görsəniz, özünüzü dəhşətli əmici kimi hiss edərdiniz, elə deyilmi?"

Alfred Hitchcock-un Saboteur (1942) filmində Robert Kamminqsin Amerikanın müharibə səylərini sabotaj etmək üçün sui-qəsd hazırlayan "beşinci köşə yazarlarına" qarşı kömək istəməsi təsvir edilmişdir.[sitat lazımdır] Tezliklə bu termin məşhur əyləncələrdə istifadə olunmağa başladı.

İkinci Dünya müharibəsi dövrünə aid bir neçə cizgi filmi bu termini əhatə edir. Porky Pig cizgi filmləri tamaşaçılardakı hər hansı "beşinci köşə yazarlarından" dərhal teatrı tərk etmələrini xahiş etdi.[49] Looney Tunes-in "Foney Fables" əsərində qoyun dərisindəki canavarı "beşinci köşə yazarı" kimi təsvir edir. 1943-cü ildə "Beşinci Sütun Siçanı" adlı "Merrie Melodiyaları" cizgi filmi çıxdı.

Graham Greene, The Quiet American (1955) kitabında ikinci fəsildə "Fifth Column, Third Force, Seventh Day" ifadəsindən istifadə edir.[ilkin olmayan mənbə lazımdır]

1959-cu ildə Britaniyanın "Amsterdam əməliyyatı" filmində "beşinci köşə yazarları" termini Hollandiya ordusunun nasistlərə rəğbət bəsləyən üzvlərinə istinad etmək üçün dəfələrlə istifadə olunur.

V franchise Yerə yadplanetlilərin işğalı haqqında televiziya şouları, romanlar və komikslər toplusudur. İşğala qarşı çıxan və insan Müqavimət Hərəkatına kömək edən bir qrup yadplanetlilər Beşinci Kolon adlanır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, beşinci kolon sözünün mənası, beşinci kolon haqqında məlumat. beşinci kolon nədir? beşinci kolon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Böyük Ayrım

  • Fevral 27, 2026

    Kurort

  • Fevral 27, 2026

    Appendisit

  • Mart 01, 2026

    İran–İsrail müharibəsi

  • Fevral 27, 2026

    Səlim Müslümov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst