Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abdulla Məhəmməd oğlu Şərifov (tatar. Габдулла Мөхәммәт улы Шәрипов; 10 (22) noyabr 1893, Troitsk[d], Troitsk qəzası[d], Orenburq quberniyası[d], Rusiya imperiy

Abdulla Şərifov

  • Ana Səhifə
  • Vikipediya
  • Abdulla Şərifov

Abdulla Məhəmməd oğlu Şərifov (tatar. Габдулла Мөхәммәт улы Шәрипов; 10 (22) noyabr 1893, Troitsk[d], Troitsk qəzası[d], Orenburq quberniyası[d], Rusiya imperiyası – 4 oktyabr 1938) — Azərbaycan dilçi alimi, Azərbaycan dilçiliyinin banilərindən biri.

Abdulla Şərifov
Abdulla Məhəmməd oğlu Şərifov
Doğum tarixi 10 (22) noyabr 1893(1893-11-22)
Doğum yeri
  • Troitsk[d], Troitsk qəzası[d], Orenburq quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 4 oktyabr 1938(1938-10-04) (44 yaşında)
İş yerləri
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti,
  • AMEA Dilçilik İnstitutu
Təhsili
  • Tomsk Dövlət Universiteti[d] (1921–1923),
  • Azərbaycan Dövlət Universiteti (–1928)

Həyatı

1893-cü ilin noyabrında Rusiyanın Orenburq vilayətinin Troitsk şəhərciyində anadan olub. Burada rus-tatar məktəbinə gedib, 1908-ci ildə Müsəlman Xeyriyyə Cəmiyyətinin pulu ilə İstanbula gedərək orta təhsilini başa vurub. Orta təhsilini başa vuraraq 1914-cü ildə vətənə qayıdır. Troitskə qayıdan A. Şərifov müəllimliklə yanaşı ardıcıl jurnalistlik fəaliyyəti olub. 1919-cu ilin sentyabrın 1-dən Anjersk musiqi məktəbi və Tümenskdə birinci tatar məktəbində müəllim işləyib, RK(b)P üzv seçilib və 1921-ci ilin martında Tümen quberniya rəhbərinin milli məsələlər üzrə müavin olub.

O, 1921-ci ilin payızında Tomsk Universitetinin ictimai fənnlər fakültəsinə qəbul olunur. 1923-cü il iyununda Bakıya gələn A. Şərifov Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirmişdir (1928). Daha sonra aspiranturada oxuyub (1931).

Azərbaycan Pedaqoji İnstitutunda türk-tatar dialektologiyası, türk (azərbaycan) və rus dili kurslarından dərs deyib (1931–1933).

Azərbaycan Elmlər Akademiyasının Tarix, Dil və Ədəbiyyat İnstitutunun Lüğət və terminlər şöbəsinin müdiri olub.

Onun ilk elmi əsərləri Azərbaycan dilinin fonetik quruluşunun tədqiqinə həsr edilmişdir. "Türk dilinin (Azərbaycan dili) qrammatik kateqoriyalarının təsnifatının əsasları" əsəri bu gün də mühüm əhəmiyyət kəsb edir.

1932-ci ildə orta məktəbin bütün sinifləri üçün Azərbaycan dili dərsliklərinin yaradılması üzrə xüsusi komissiyanın tərkibinə daxil edilmiş, keyfiyyətli dərsliklərin yazılmasında iştirak etmişdir. Komissiyada Abdulla Tağızadə, Xalid Səid Xocayev, İdris Həsənov, Qulam Bağırov və Ələkbər Babazadə var idi.

O, Azərbaycan dilinin dialektlərinin tədqiqinə də töhfə verir, Şamaxıya ekspedisiyalar təşkil edir. Elmi nəticələri Bakıda, Moskvada, Leninqradda nəşr olunur.

1937-ci il iyunun 21-də "xalq düşmənləri" Bəkir Çobanzadə, Vəli Xuluflu, Qulam Bağırov və b. dil elmində "təxribat törətməkdə" ittihamı ilə həbs edilib. 1938-ci ildə ölüm hökmünə məhkum edilərək güllələnib. Nəşrə hazırladığı kitabları: "Azərbaycan türk dili" (1931), "Elmi tərcümə problemləri" (1936) qadağan edilib. 1956-cı ildə reabilitasiya olunub.

Əsərləri

  1. Türk-tatar dillərinin sinqarmoniyası haqqında.
  2. Türk dili qrammatik katoqoriyalarının təsnifat prinsipləri haqqında.
  3. Azərbaycanın Şamaxı dialekti. (Şamaxı rayonuna iki illik ekspedissiyanın yekunları).
  4. Texnikumlar üçün qrammatika (T. Bağırov və İ. Həsənovlv birlikdə). I və II hissələr.
  5. Orta məktəblər üçün türk dilinin qrammatikası (İdris Həsənovla birlikdə). I və II hissələr.
  6. Türk məktəblərində rus dilinin tədrisi (müqayisəli metodun əsaslandırılması).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, abdulla şərifov sözünün mənası, abdulla şərifov haqqında məlumat. abdulla şərifov nədir? abdulla şərifov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Prado muzeyi

  • Fevral 25, 2026

    Teleqram

  • Mart 01, 2026

    Xançoban mahalı

  • Fevral 27, 2026

    Hişkədərə (Masallı)

  • Mart 01, 2026

    Alangium javanicum

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst