Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qurban bayramı namazını Günəşin yüksəlməsindən sonra qılmaq müstəhəbdir. Fitr bayramında isə, Günəşin yüksəlməsindən sonra iftar edib, fitrəni verdikdən sonra b

Bayram namazı

  • Ana Səhifə
  • Vikipediya
  • Bayram namazı

Bayram namazı

Ramazan (Fitr) və Qurban bayramlarının namazı camaatla birlikdə qılınır.

Fitr və Qurban bayramlarının namazının vaxtı bayram günü Günəş çıxandan günortaya qədərdir.

Qurban bayramı namazını Günəşin yüksəlməsindən sonra qılmaq müstəhəbdir. Fitr bayramında isə, Günəşin yüksəlməsindən sonra iftar edib, fitrəni verdikdən sonra bayram namazını qılmaq müstəhəbbdir.

Fitr bayramı və Qurban bayramı namazları iki rəkətdir. Belə ki, hər rəkətdə Fatihə surəsini oxuduqdan sonra, 3 dəfə təkbir demək lazımdır. Yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər.

Fitr bayramı və Qurban bayramı namazlarının qunutunda hər hansı bir dua və zikri oxusa kifayətdir. Amma yaxşıdır ki, bu duanı oxusun:

Əllahummə əhləl-kibriyai, vəl-əzəməti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əs`əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən və liMuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəssalihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.

İmam (ə) qayib olan zamanda, əgər Fitr bayramı və Qurban bayramının namazı camaatla qılınsa, lazım ehtiyat odur ki, ondan sonra iki xütbə oxunsun. Yaxşı olar ki, Fitr bayramının xütbəsində fitrə zəkatının hökmləri, Qurban bayramının xütbəsində isə qurbanlığın hökmləri şərh olunsun.

Bayram namazının xüsusi surəsi yoxdur. Amma yaxşı olar ki, onun birinci rəkətində Şəms surəsi, ikinci rəkətində Ğaşiyə surəsi oxusun və yaxud birinci rəkətdə "Əla surəsi, ikinci rəkətdə Şəms surəsi oxunsun.

Bayram namazını səhrada qılmaq müstəhəbbdir. Həmçinin Məkkədə, Məscidül-Həramda da qılınması müstəhəbbdir.

Müstəhəbdir ki, bayram namazına piyada, ayaqyalın və vüqar ilə getsinlər və namazdan qabaq qüsl edib, başlarına ağ əmmamə qoysunlar.

Bayram namazında yerə (torpağa) səcdə etmələri, təkbir deyərkən əllərini qaldırmaları və bayram namazı qılan şəxsin, istər imam-camaat olsun, istər münfərid qılsın, həmd-surəni uca səslə qılması müstəhəbbdir.

Fitr bayramı axşamının şam və işa namazından, sübh namazından və Fitr bayramının namazından sonra bu təkbirləri demək müstəhəbbdir.

Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllah, vallahu əkbər, əllahu əkbər və lillahil-həmd, əllahu əkbər, əla ma hədana.

Müstəhəbdir ki, insan Qurban bayramında birincisi bayram gününün zöhr namazı, axrıncısı isə on ikinci günün sübh namazı olan on namazdan sonra keçmiş məsələdə olan təkbirləri desin və sonra əlavə etsin:

Əllahu əkbər, əla ma rəzəqəna min bəhimətil ənam vəlhəmdu lillahi əla ma əblana.

Amma Qurban bayramını Mina dağında olsa, birincisi bayram gününün zöhr namazı, axırıncısı isə Zilhiccə ayının on üçüncü günü sübh namazı olan on beş namazdan sonra bu təkbirləri desin.

Qadınların bayram namazına getməkdən çəkinmələri ehtiyat-müstəhəbdir. Amma bu ehtiyat, qoca qadınlara aid deyil.

Bayram namazında da başqa namazlar kimi məmum gərək Həmd və surədən başqa namazın qalan zikrlərini özü oxusun.

Əgər məmum, imam təkbirlərdən bir neçəsini söylədikdən sonra özünü çatdırarsa, imam rukuya əyildikdən sonra, imamla birlikdə söyləmədiyi təkbir və qunutları özü deməlidir. Əgər hər qunutda bir "Subhanəllah", ya bir "Əlhəmdu lillah" desə kifayətdir. Əgər buna da fürsət olmasa, təkcə təkbirləri desin. Əgər buna da fürsət olmasa, kifayətdir ki, imama tabe olub rukuya getsin.

Əgər bayram namazında şəxs namaza yetişərkən, imamın rukuda olduğunu görərsə, niyyət edib, namazın birinci təkbirini deyərək rükuya gedə bilər.

Əgər bayram namazında bir səcdəni unudarsa, namazdan sonra onu yerinə yetirməsi lazımdır. Həmçinin, əgər gündəlik namazda səhv səcdəsini vacib edən bir əməl qarşısına çıxarsa, iki səhv səcdəsi etməsi lazımdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bayram namazı haqqında məlumat. Bayram namazı nədir? Bayram namazı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Puldəşt şəhristanı

  • Mart 01, 2026

    İnformasiya bərabərsizliyi

  • Fevral 27, 2026

    Qarayara

  • Fevral 24, 2026

    21 iyul

  • Fevral 27, 2026

    Ataman

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst