Fatihə surəsi (ərəb. سورة الفاتحة (oxunuşu: surətul-fatihə) - açmaq) - Quranın 1-ci surəsi. Məkkədə nazil olmuşdur, 7 ayədir.
| 1-ci surə — Fatihə surəsi | |
|---|---|
Surənin ərəbcə mətni | |
| Adı | |
| Ərəbcə adı | سورة الفاتحة |
| Adının mənası | Kitabı açan |
| Digər adları | əl-Vəfiyyə, ət-Tövhid, əl-Kafiyə, əl-Həmd, əş-Şükr, əş-Şafiyə, əş-Şəfa', əl-Kənz, əd-Du'a', əl-Əsas, Səb'ül-məsani, Ümmül-Qur'an, Ümmül-Kitab. |
| Quranda yeri | |
| Nömrəsi | 1 |
| Statistika | |
| Ayələrin sayı | 7 |
| Sözlərin / hərflərin sayı | 29 / 139 |
| Quran Akademiyasında tərcüməsi | |
Surə İslamın əsas ehkamlarının qısa ifadəsidir. əl-Fatihənin mətni namazın əsasını təşkil edir və müsəlmanların əslində bütün mərasimlərinin yerinə yetirilməsi zamanı oxunur. Ondan dini binaların divar yazıları üçün geniş istifadə edilir.
Əl-Fatihə surəsi
- Bağışlayan və mehriban Allahın adı ilə.
- Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur.
- (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha.
- Cəza gününün sahib və hökmdarına.
- (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
- Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et!
- (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin — (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!
Həmçinin bax
- Quranın surələri
- Bəqərə surəsi
- Kovsər surəsi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fatihə surəsi haqqında məlumat. Fatihə surəsi nədir? Fatihə surəsi nə deməkdir?
