Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Baltalı Hano və ya əsl adı ilə Xanzadə (türk. Hanzâde) — Osmanlı imperiyası dövründə yaşamış seriyalı qatil, qoçu və mafiya. Türkiyənin ilk qadın mafiyalarından

Baltalı Hano

  • Ana Səhifə
  • Vikipediya
  • Baltalı Hano

Baltalı Hano və ya əsl adı ilə Xanzadə (türk. Hanzâde) — Osmanlı imperiyası dövründə yaşamış seriyalı qatil, qoçu və mafiya. Türkiyənin ilk qadın mafiyalarından olduğu ehtimal edilir.

Baltalı Hano
Xanzadə
Doğum tarixi XIX əsr
Doğum yeri
  • İstanbul
Vəfat tarixi XIX əsr
Vəfat yeri
  • İstanbul
Vəfat səbəbi edam
Vətəndaşlığı
  •  Osmanlı imperiyası
Fəaliyyəti seriyalı qatil, qoçu, mafiya
Fəaliyyət illəri g.e. 1800-cü illər
Əsas şəhər Konstantinopol (indiki İstanbul)
Cinayət kütləvi qətl, qoçuluq, terror
Uşağı 1
Partnyoru Solaxay Liqor (öldürdü)
Qurbanlar ən azı 21 nəfər (iddia)
Ölkə Osmanlı imperiyası (indiki Türkiyə)
Öldürülüb ən azı 21 nəfər (iddia)
Silah balta

Hano bir gün oğlunun "hamam oğlanı" kimi işlədildiyinə şahid olmuş və ehtimallara görə, həmin vaxt hamamdakı 21 nəfəri balta ilə qətlə yetirmişdir. O, bu hadisədən sonra "Baltalı Hano" ləqəbini almışdır. O, daha sonra qoçuluğa və mafiyalığa başlamış, kişi mafiyaları qaçıraraq başlarını kəsmiş və bu yolla mal-mülkünü artırmışdır. 17 ay göstərdiyi bu fəaliyyətlərdən sonra yaxalanmış, qəsbkarlıq və adam öldürməkdə təqsirkar bilinərək güllələnərək edam edilmişdir.

Bəzi mənbələr tarixdə belə bir insanın yaşadığını, amma bu həyat hekəyəsinin rəvayətdən ibarət olduğunu qeyd edir.

Mündəricat

Həyatı və fəaliyyəti

Dəqiq doğum yeri və tarixi bilinmir. 1800-cü illərin sonlarında yaşadığı ehtimal olunur. Əsl adı Xanzadədir. Konstantinopolun (indiki İstanbul) şəhərətrafı bölgələrindən birində yaşayan və sevgilisi mafiya olan Hanonun Türkiyənin ilk qadın mafiyalarından olduğu ehtimal edilir. Fermer bir ailənin uşağı olan Hano tarlalarında yetişdirdikləri məhsulları atası ilə birlikdə toplayar və bazarda satardılar. Atası ibtidai təhsilini bitirdikdən sonra qızını dövrün varlı adamlarından biri ilə evləndirmişdir. O, öncə buna razı olmasa da, daha sonra hamilə qalmış və bir oğlu olmuşdur. Baltalı Hano oğlu 6 yaşında ikən həyat yoldaşı vəfat etmiş və həyat yoldaşından ona böyük miras qalmışdır.

Bəzi mənbələrə görə "Solaxay Liqor" adı ilə tanınan bir mafiya ona qarşı hisslər bəsləmiş və Xanzadə də onunla birlikdə yaşamağa razı olmuşdur. Hano bir axşam evə gəldiyində oğlunun evdə olmadığını görmüş və onu axtarmağa başlamışdır. 12 yaşlı oğlunu axtardığı əsnada sevgilisinin ona maneə törədiyini görmüş və bir gün kişi libasına bürünərək onu izləmişdir. Hamama qədər onu izləyən Hano hamamda sevgilisi tərəfindən zorla qaçırılan oğlunun "hamam oğlanı" kimi işlədildiyini görmüşdür. Hanonun hamamdakı baltayla sevgilisi daxil olmaqla orada olan 21 nəfəri öldürərək oğlu ilə birlikdə qaçdığı ehtimal olunur. O, bu hadisədən sonra "Baltalı Hano" ləqəbini almışdır. Baxmayaraq ki, digər bir mənbədə Liqorun ən son həbsə düşdüyü bildirilir.

Daha sonra o, mafiya kimi fəaliyyət göstərməyə başlamışdır. Həmin ərəfədə siyasi böhran və müharibələrlə başı qarışıq olan Osmanlı imperiyası bu məsələ ilə maraqlana bilmir. O, kişi mafiyaları qaçırıb başlarını kəsərək küçələrdə nümayiş etdirmiş, mal-mülkünü artırmışdır. İstanbulda fəaliyyət göstərdiyi təxmini 17 ay müddətində hamı ondan qorxurdu. O, daha sonra yaxalanmış və qəsbkarlıq və adam öldürməkdə təqsirkar bilinib güllələnərək edam edilmişdir.

Bəzi mənbələr tarixdə belə bir insanın yaşadığını, amma bu həyat hekəyəsinin rəvayətdən ibarət olduğunu qeyd edir.

Populyar mədəniyyətdə

2017–2021-ci illərdə yayımlanan və II Əbdülhəmidin hakimiyyətinin son 20 ilindən bəhs edən "Paytaxt: Əbdülhəmid" adlı Türkiyə teleserialında Baltalı Hano rolunu Merve Qızıl canlandırılmışdır. Türkiyə reperi Lil Zey[türk.] 2021-ci ildə çıxardığı "Kara Tiyatro" adlı studiya albomundakı eyniadlı sinqlı Baltalı Hanoya həsr etmişdir. Türkiyə yazıçısı Mehmet İşığın 2023-cü ildə nəşr olunan "Komiser Muharrem Baltalı Hano'nun Peşinde" adlı romanı Baltalı Hanonun həyatından bəhs edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, baltalı hano sözünün mənası, baltalı hano haqqında məlumat. baltalı hano nədir? baltalı hano nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Plantago aristata

  • Mart 02, 2026

    Əlburz

  • Fevral 27, 2026

    BTR-70

  • Fevral 27, 2026

    Cavad (Sabirabad)

  • Fevral 27, 2026

    Zəncilər

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst