Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bakı təşəbbüsü — Avropa İttifaqının beynəlxalq təşəbbüsü. Bu, İNOQEYT enerji və TRASEKA nəqliyyat proqramlarının bir hissəsi olaraq həyata keçirilən Avropa İtti

Bakı Təşəbbüsü

  • Ana Səhifə
  • Vikipediya
  • Bakı Təşəbbüsü

Bakı təşəbbüsü — Avropa İttifaqının beynəlxalq təşəbbüsü. Bu, İNOQEYT enerji və TRASEKA nəqliyyat proqramlarının bir hissəsi olaraq həyata keçirilən Avropa İttifaqı, Türkiyə və Postsovet ölkələri arasında enerji və nəqliyyat əməkdaşlığına dair siyasi dialoqdur.

Mündəricat

Tarixi

Bakı təşəbbüsü 2004-cü ildə başladılan Avropa Qonşuluq Siyasətindən irəli gəlir. 2004-cü il noyabrın 13-də Bakıda Aİ ilə Qara dəniz, Xəzər dənizinin sahilyanı dövlətləri və onların qonşuları arasında enerji sahəsində əməkdaşlıq üzrə Birinci Nazirlər Konfransı keçirilib. Bu konfransın yekunları Bakı təşəbbüsü kimi tanınıb. Eyni zamanda, noyabrın 14-də Aİ-nin TRASEKA proqramının çərçivəsini dəstəkləyən rəsmi açıqlama ilə nəticələnən Nəqliyyat Nazirləri konfransı keçirilib. 30 noyabr 2006-cı ildə Qazaxıstanın Astana şəhərində Enerji Təşəbbüsündən sonra ikinci Nazirlər Konfransı keçirilib. 2–3 may 2006-cı ildə Bolqarıstanın paytaxtı Sofiyada ikinci Nəqliyyat Nazirləri Konfransı keçirilib.

Tərəfdaş ölkələr

Bakı təşəbbüsünün nəqliyyat və enerji aspektləri və məsələləri üzrə tərəfdaş ölkələr aşağıdakılardır. Türkiyədən başqa, üzvlərin əksəriyyəti Postsovet ölkələridir.

  •  Azərbaycan
  •  Belarus
  •  Bolqarıstan
  •  Ermənistan
  •  Gürcüstan
  •  Qazaxıstan
  •  Qırğızıstan
  •  Moldova
  •  Rumıniya
  •  Rusiya (sadəcə müşahidəçi statusu)
  •  Tacikistan
  •  Türkiyə
  •  Türkmənistan
  •  Ukrayna
  •  Özbəkistan

Strukturu

Avropa İttifaqı Bakı təşəbbüsünün gedişatını Avropa Komissiyası (Nəqliyyat və Enerji Baş İdarəsi; Xarici Əlaqələr üzrə Baş Direktorluq və EuropeAid Əməkdaşlıq Ofisi) vasitəsilə izləyir. INOGATE Texniki Katibliyi (özü Kiyevdə yerləşir, Qafqazı əhatə edən regional ofisi Tbilisidədir) Komissiya və TRACECA Katibliyi adından enerji aspektlərini əlaqələndirir, nəqliyyat aspektləri üçün eyni funksiyanı yerinə yetirir.

Tənqidi

Bəzi ekspertlər, məsələn Avropa Təhlükəsizlik Strategiyaları Mərkəzindən Frank Umbax Bakı təşəbbüsünü və Xəzər regionu ilə bağlı digər siyasəti daha strateji uzunmüddətli əməkdaşlığa can atmaq yerinə texniki əməkdaşlığa həddən artıq diqqət yetirdiyinə görə tənqid edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bakı Təşəbbüsü haqqında məlumat. Bakı Təşəbbüsü nədir? Bakı Təşəbbüsü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Nona Qaprindaşvili

  • Fevral 27, 2026

    Milad

  • Fevral 27, 2026

    Yeni dünya

  • Fevral 27, 2026

    Myrtoideae

  • Fevral 24, 2026

    Nigar Camal

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst