Bahadur Əsgər bəy oğlu Eyvazov (26 oktyabr 1907, Qarğabazar, Qaryagin qəzası – 26 yanvar 1987, Bakı) — görkəmli həkim, dermatoveneroloq, tibb elmləri doktoru (1936), professor (1940), Azərbaycan SSR əməkdar həkimi (1942), Azərbaycan SSR əməkdar elm xadimi (1956).
| Bahadur Eyvazov | |
|---|---|
| |
Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun rektoru | |
| 1946 – 1964 | |
| Əvvəlki | Zülfüqar Məmmədov |
| Sonrakı | Xamis Həsənov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 26 oktyabr 1907 |
| Doğum yeri | |
| Vəfat tarixi | 26 yanvar 1987 (79 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | alim |
| Həyat yoldaşı |
|
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | dermatologiya |
| Elmi dərəcəsi |
|
| Elmi adı | |
| Təltifləri | |
Həyatı
Bahadur Eyvazov 26 oktyabr 1907-ci ildə Qaryagin qəzasının Qarğabazar kəndində anadan olmuşdu. Kəndlərindəki natamam məktəbi bitirəndən sonra Bakı şəhərində orta təhsil almışdır. Sonra Bakı Dövlət Universitetinin tıbb fakültəsini bitirmişdi.
1935–1937-ci illərdə Azərbaycan SSR Səhiyyə Komissarlığında elm və tibb təhsili idarəsinə başçılıq etmiş, 1938–1946-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutunun direktoru vəzıfəsində çalışmışdı.
1946–1964-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmuşdu. 1973-cü ildən Azərbaycan SSR Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru vəzifəsində çalışmışdı. Hazırda həmin institut onun adını daşıyır. Tədqiqatı əsasən, dəri-zöhrəvi xəstəliklərin klinikası və epidemiologiyasının, respublika balneoloji kurort sərvətlərinin (Naftalan nefti, Suraxanı kükürdlü suyu, Şıx mineral bulağı, Şuşa iqlim kurortu və s.) öyrənilməsinə həsr olunmuşdur.
Azərbaycan SSR Ali Sovetinin (2-ci və 5-ci çağırış) deputatı seçilmişdi.
Ailəsi
Bahadur Eyvazov Azərbaycan Cümhuriyyətinin rəhbərlərindən olan Həsən bəy Ağayevin qızı Xurşid Ağayeva ilə ailə qurmuşdu.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bahadur eyvazov sözünün mənası, bahadur eyvazov haqqında məlumat. bahadur eyvazov nədir? bahadur eyvazov nə deməkdir?
