Babək Mürsəl oğlu Ələkbərov (24 dekabr 1987, Ceyranbatan, Abşeron rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı (2023-cü ildən), Vətən Müharibəsi Qəhrəmanı (2020).
| Babək Ələkbərov | |
|---|---|
| |
Vəzifədədir | |
| 22 iyun 2023-cü ildən | |
| Əvvəlki | Rəsul Tağıyev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 24 dekabr 1987 (38 yaş) |
| Doğum yeri |
|
| Hərbi xidmət | |
| Xidmət illəri | 2006–h. h. |
| Mənsubiyyəti | |
| Qoşun növü | Çevik Hərəkət Qüvvələri |
| Döyüşlər | İkinci Qarabağ müharibəsi • Arazboyu əməliyyatları |
| Rütbəsi | General-mayor |
| | |
| Təltifləri | |
Həyatı
Babək Mürsəl oğlu Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Əslən Qərbi Azərbaycandandır.
Atası Mürsəl Ələkbərov Hamamlı rayonunun Saral kəndində anadan olub. Anası isə Kalinino rayonunun Molla Eyyublu kəndində anadan olub.
Ailəlidir, 3 övladı var.
Hərbi xidməti
Babək Ələkbərov 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2006–2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub. Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkət Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən Dövlət Sərhəd Xidməti əməkdaşlarının Peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərmiş, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə etmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Ələkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
İrsi və xatirəsi
- 2023-cü il martın 15-də İctimai Televiziyanın "Heç kim unudulmur, heç nə yaddan çıxmır" verilişinin növbəti seriyası Babək Ələkbərova həsr edilmişdir.
Həmçinin bax
- Vətən Müharibəsi
- "Vətən Müharibəsi Qəhrəmanı" medalı
- Vətən Müharibəsi Qəhrəmanlarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, babək ələkbərov sözünün mənası, babək ələkbərov haqqında məlumat. babək ələkbərov nədir? babək ələkbərov nə deməkdir?
