Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Babilistanlılar və ya babillilər — e.ə. II–I minilliklərdə yaşamış Cənubi Mesopotamiyanın qədim əhalisi. Akkad dilində danışırdılar.

Babilistanlılar

  • Ana Səhifə
  • Vikipediya
  • Babilistanlılar

Babilistanlılar və ya babillilər — e.ə. II–I minilliklərdə yaşamış Cənubi Mesopotamiyanın qədim əhalisi. Akkad dilində danışırdılar.

Babilistanlılar

Mündəricat

Adlandırma

Bu adlandırma eyniadlı regionundan adından götürülmüşdür. Bu ad da öz növbəsində Babil şəhərinə, regionun paytaxtına gedib çıxır.

Dilləri

Babillilər akkad dilinin xüsusi (Babil) dialektlərində danışır və yazırdılar. E.ə. I minillikdə xaldeylərin təsiri altında aramey dili geniş yayılmışdır.

Tarixi

Qədim dövrlərdən bəri Cənubi Mesopotamiya (Babilistan) etnolinqvistik müxtəlifliyi ilə seçilirdi. E.ə. III minilliyin əvvəlindən yazılı mənbələrdə sonralar akkadlılar kimi tanınan samidilli qrupların da daxil olduğu şumer dilində danışan əhalinin mövcudluğu qeyd olunur. Akkadlıların periferik regionlardan immiqrasiyasının davam etməsi bu əhalini dövlətçiliyin daşıyıcısına çevirmişdir. Üçüncü Ur sülaləsi dövründə amorilər e.ə. II minilliyin birinci yarısında öz padşahlıqlarını quraraq Mesopotamiyada məskunlaşmağa başlamışdılar. II minilliyin ikinci yarısında region kassitlər tərəfindən tutulmuşdur. Gələnlərin əksəriyyəti e.ə. II–I minilliklərdə akkad dilinin babil dialektlərində danışan əhalinin böyük hissəsi arasında dağılmışdır. E.ə. II–I minilliklərin sonunda aramilər, eləcə də onların qolu olan xaldeylər Yaxın Şərqdə məskunlaşmışdılar. Babilistanın xaldeylər tərəfindən tutulması yerli əhalinin tədricən aramiləşməsinə səbəb olmuşdur.

Antropologiyası

Herodot xəbər verir ki, babilistanlılar ayaqlarına qədər uzanan kətan tunika, yun tunika və ağ xlamis şəklində başlıq geyinirdilər. Ayaqlarında çəkmə, başlarında çalma vardı. Onların saçları uzun idi. Tədqiqatçılar Cənubi Mesopotamiyanın qədim əhalisini Qafqaz irqinin Aralıq dənizi tipinə aid edirlər. Bunlar tünd dərili, qara gözlü, düz burunlu, tünd düz və ya qıvrım saçlı insanlardır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Babilistanlılar haqqında məlumat. Babilistanlılar nədir? Babilistanlılar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Acınohur

  • Fevral 27, 2026

    Villebrord Snell

  • Fevral 27, 2026

    İvan Seçenov

  • Fevral 25, 2026

    Petro Poroşenko

  • Fevral 25, 2026

    30 iyul

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst