Bəylər Həsən oğlu Eyyubov (10 mart 1951, Şirazlı, Vedi rayonu) — Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi (2025-ci ildən), Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi (2020–2025). Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi (1993–2020), general-polkovnik (2013).
| Bəylər Eyyubov | |
|---|---|
| |
Vəzifədədir | |
| 30 iyun 2025-ci ildən | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | Dilarə Seyidzadə |
| 16 mart 2020 – 30 iyun 2025 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Fərid Əsgərov (Dövlət Mühafizə Xidmətinin rəisi kimi) |
| 2 iyun 2003 – 16 mart 2020 | |
| Rəis | Vaqif Axundov |
| 6 may 2002 – 2 iyun 2003 | |
| Rəis | Vaqif Axundov |
| 20 sentyabr 1993 – 6 may 2002 | |
| Rəis | Vaqif Axundov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 10 mart 1951 (74 yaş) |
| Doğum yeri |
|
| Fəaliyyəti | siyasətçi |
| Rütbəsi | General-polkovnik |
| | |
| Təltifləri | |
Həyatı
Bəylər Həsən oğlu Eyyubov 10 mart 1951-ci ildə Ermənistan SSR Vedi rayonunun Şirazlı kəndində anadan olmuşdur.
Bəylər Eyyubov 20 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi rəisinin müavini, 2 iyun 2003-cü ildə isə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilmişdir.
16 mart 2020-ci ildə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilmiş və onun əsasında yaradılan orqanlardan biri də Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti olmuşdur. Bəylər Eyyubov bu qurumun rəisi təyin edilmişdir. O, 2025-ci ilədək bu quruma rəhbərlik etmişdir.
2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Bəylər Eyyubova 26 dekabr 1995-ci ildə general-mayor, 22 avqust 2005-ci ildə general-leytenant, 25 dekabr 2013-cü ildə isə general-polkovnik ali hərbi rütbələri verilmişdir.
Mükafatları
- "Azərbaycan Bayrağı" ordeni — 26 dekabr 1998
- "Şərəf" ordeni — 10 mart 2021
- 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 9 mart 2011
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 21 avqust 2010
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 21 avqust 2008
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bəylər eyyubov sözünün mənası, bəylər eyyubov haqqında məlumat. bəylər eyyubov nədir? bəylər eyyubov nə deməkdir?
