Vaqif Əlibala oğlu Axundov (16 sentyabr 1950, Astara) — Azərbaycan hərbi xadimi, general-polkovnik, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi (1993–2020).
| Vaqif Axundov | |
|---|---|
| |
| 6 may 2002 – 16 mart 2020 | |
| 23 avqust 1993 – 6 may 2002 | |
| 25 fevral 1992 – 23 avqust 1993 | |
Azərbaycan Atıcılıq Federasiyasının prezidenti | |
| 1998 – 15 dekabr 2021 | |
| Sonrakı | Vilayət Eyvazov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 16 sentyabr 1950 (75 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | zabit |
| Rütbəsi | General-polkovnik |
| | |
| Təltifləri | |
Həyatı
Vaqif Axundov 1950-ci il sentyabrın 16-da Astara şəhərində anadan olmuşdur. 1968–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetində, 1999–2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. İxtisasca iqtisadçı-mühəndis, hüquqşünasdır.
Əmək fəaliyyətinə 1971-ci ildə Kuybışev şəhərində qazma-balta zavodunda tornaçı kimi başlamışdır. 1972–1975-ci illərdə Sovet Ordusu sıralarında zabit kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda leytenant Şmidt adına Maşınqayırma Zavodunda normalaşdırıcı, böyük mühəndis, iqtisadçı işləmişdir.
1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində növbətçi hissə üzrə növbətçi köməkçisi, 1975–1978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978–1991-ci illərdə DİN-də şöbə rəisinin müavini, şöbə rəisi işləmişdir.
1992–1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
6 may 2002-ci ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi olmuşdur.
Azərbaycan SSR Ali Sovetini Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif edilmişdir.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Vətənə xidmətə görə 1-ci dərəcəli ordenlə təltif edilmişdir.
Ailəlidir, 1 övladı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vaqif axundov sözünün mənası, vaqif axundov haqqında məlumat. vaqif axundov nədir? vaqif axundov nə deməkdir?
