Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Böyükağa Tələt oğlu Hacıyev (20 aprel 1958, Naxçıvan – 16 mart 2018, Bakı) — Azərbaycanlı futbolçu və futbol məşqçisi, əməkdar məşqçi. "Neftçi" klubunun sabiq v

Böyükağa Hacıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Böyükağa Hacıyev

Böyükağa Tələt oğlu Hacıyev (20 aprel 1958, Naxçıvan – 16 mart 2018, Bakı) — Azərbaycanlı futbolçu və futbol məşqçisi, əməkdar məşqçi. "Neftçi" klubunun sabiq və ən uğurlu baş məşqçisi.

Böyükağa Hacıyev
Ümumi məlumatlar
Tam adı Böyükağa Tələt oğlu Hacıyev
Ləqəbi Azərbaycan futbolunun ensiklopediyası
Doğum tarixi 20 aprel 1958
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 mart 2018 (59 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→Azərbaycan Azərbaycan
Mövqeyi müdafiəçi
Karyerası
Klub karyerası
1977—1991 SSRİ Badamlı 272↑(19↑)
Məşqçisi olduğu klublar
1990 SSRİ Araz (Naxçıvan)
1999—2000 Azərbaycan Araz (Naxçıvan)
2002—2003 İran Maşın Sazi Təbriz məşqçi
2003—2004 İran Maşın Sazi Təbriz
2004—2005 İran Traktor Sazi
2005 Azərbaycan Azərbaycan məşqçi
2006—2007 Azərbaycan Bakı
2008 Azərbaycan Araz (Naxçıvan) (futzal)
2009—2010 Azərbaycan Standart (Sumqayıt)
2011—2013 Azərbaycan Neftçi (Bakı)
2014 Azərbaycan Neftçi (Bakı)
Təltif və medalları
Azərbaycan Respublikasının əməkdar məşqçisi — 20112011
"Şöhrət" ordeni

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Naxçıvan futbolunun şagirdidir. SSRİ çempionatının 2-ci liqası klubu olan "Araz-Naxçıvan"da müdafiəçi mövqeyində oynamışdır.

Futboçunun karyerasının sonunda məşqçi kimi çalışmağa başladı. 1999–2000-ci illərdə "Araz-Naxçıvan"ın baş məşqçisi olmuşdur. Klub maliyyə çətinlikləri səbəbində dağıldığı üçün Böyükağa Hacıyev İrana yollanmış və "Maşın Sazi Təbriz" klubunda məşqçi (2002–2003), baş məşqçi (2003–2004) vəzifəsində çalışmışdır. 2004–2005-ci illərdə "Traktor Sazi klubunda baş məşqçi olmuşdur. Bu klublarda işləməklə Böyükağa Hacıyev böyük iş təcrübəsi qəzanmışdır.

2005-ci ildə Hacıyev Azərbaycana qayıdaraq Azərbaycan milli futbol komandasında baş məşqçi Vaqif Sadıqovun köməkçisi işləmişdir.

2006-cı ildə çempionatın sonuna 8 tur qalmış "Bakı" klubunun baş məşqçisi olmuş və ilk çempionluğunu bu klubla qazanmışdır. Ancaq 2006/07 mövsümündə komanda liqada yalnız 3-cü yeri tutdu və Avropa Liqasında zəif çıxış etdi. 2007-ci ilin sentyabrında Böyükağa Hacıyev komandadan ayrıldı və bir müddət işsiz qaldı. 2008-ci ilin iyun ayında "Araz" futzal komandasının baş məşqçisi olmuşdur.

2009–2010-cu ildə "Standard Sumqayıt" klubunu çalışdırmışdır. Lakin bu onun üçün uğursuz olmuşdur və komanda liqada sonuncu yerlərdə qərarlaşaraq elitanı tərk etmişdir. Bundan sonra klub dağılmışdır.

2011-ci ildə gözlənilmədən "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov Hacıyevi klubunun baş məşqçisi təyin edir. Böyükağa Hacıyevin baş məşqçiliyi ilə "Neftçi" 2011/12 mövsümündə çempion olur və ardıcıl 2-ci ümumilikdə isə 7-ci çempionluğunu qazanır. Növbəti mövsüm "Neftçi" ilə Avropa Liqasının qrup mərhələsində çıxış edərək Azərbaycan futbolunda tarix yazır.

2012/13 mövsümündə "Neftçi" ilə yenidən çempion olur və bu dəfə hədəfi Çempionlar Liqasının qrup mərhələsi olur. Lakin 1-ci təsnifat mərhələsində Albaniyanın Skenderbeu klubuna iki görüşün nəticəsinə görə (0:0, 1:0) məğlub olur və söz verdiyi kimi istefa verir.

2014-cü ildə yenidən "Neftçi"yə qayıdır.

16 mart 2018-ci ildə baş vermiş infarkt nəticəsində vəfat etmiş və Keşlə qəbiristanlığında dəfn olunmuşdur.

Şəxsi həyat

Atası — Tələt Allahverdi oğlu Hacıyev, musiqiçi, 47 yaşında vəfat etmişdir.

Övladları — Yusif Hacıyev və Rüstəm Hacıyev

Nailiyyətlər

Məşqçi

Azərbaycan Premyer Liqası

  • Çempion: 3 (2005/06, 2011/12, 2012/13)
  • Bürünc medalçı: 1 (2006/07)

Futbol üzrə Azərbaycan Kuboku

  • Qalib: 1 (2012/2013)
  • Finalçı: 1 (2011/2012)

Şəxsi

  • "Şöhrət" ordeni (11 dekabr 2012).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, böyükağa hacıyev sözünün mənası, böyükağa hacıyev haqqında məlumat. böyükağa hacıyev nədir? böyükağa hacıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elmira Şahtaxtinskaya

  • Fevral 27, 2026

    Kərim Sultanov

  • Mart 01, 2026

    Emil Braginski

  • Mart 07, 2026

    Riçard Hemminq

  • Mart 05, 2026

    Cerom Pauel

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst