Cerom Hayden "Cey" Pauel (4 fevral 1953, Vaşinqton) — 2018-ci ildən bəri Federal Ehtiyat Sisteminin 16-cı sədri vəzifəsini icra edən Amerikalı vəkil və investisiya bankiri.
| Cerom Pauel | |
|---|---|
| ing. Jerome Powell | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 4 fevral 1953 (73 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | vəkil, siyasətçi |
| | |
| | |
1975-ci ildə Prinston Universitetində siyasət dərəcəsi və 1979-cu ildə Corctaun Universitetinin Hüquq Mərkəzindən Yuris Doktoru dərəcəsi aldıqdan sonra 1984-cü ildə investisiya bankçılığına keçdi və The Carlyle Group-un tərəfdaşı da daxil olmaqla müxtəlif maliyyə institutlarında çalışdı. 1992-ci ildə qısa müddət Pauel Prezident Corc Herbert Volker Buşun dövründə Xəzinədarlıq katibinin daxili maliyyə üzrə müavini vəzifəsində də çalışıb. Pauel 2005-ci ildə Carlyle Group-dan ayrıldı və Severn Capital Partners adlı özəl investisiya firmasını qurdu. Dövlət qulluğuna qayıtmazdan əvvəl o, 2010–2012-ci illər arasında Bipartizan Siyasət Mərkəzində qonaq alim kimi fəaliyyət göstərmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cerom pauel sözünün mənası, cerom pauel haqqında məlumat. cerom pauel nədir? cerom pauel nə deməkdir?
