Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hunlar çinlilərə məğlub olduqdan sonra xan Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türkl

Aşina

  • Ana Səhifə
  • Vikipediya
  • Aşina

Aşina — Göytürklərin ali hakimiyyətinin soyu. Əfsanəyə görə Aşina soyu bir dişi qurddan törəmişdir.

Aşina (Asena)
Sibir dağ keçisini təmsil edən Aşina damğası
Yaşadığı ərazilər
Mərkəzi və Şərqi Asiya
Dili

Qədim türk dili

Dini

Tenqriçilik
buddizm (azlıq)

Daxildir
Türk xalqları

Mündəricat

Soyun tarixi

Hunlar çinlilərə məğlub olduqdan sonra xan Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər.

Aşina soyu Dulu və Nuşibi qollarına ayrılırdı.

Tibetdə, Çində, Altaylarda və böyük Sibir çöllərində yaşayan türklər haqqında kitab yazan rus türkoloqu Lev Qumilyovun "Qədim türklər" kitabında yazılır: "635-ci ildə Dulu və Nuşibi tayfaları özünüidarə hüququ qazandılar. 5 Dulu və 5 Nuşibi tayfa rəisləri yerli zadəganlardan təyin olundu. Bunlar şada, yəni xana qan qohumu olan adamlara bərabər tutulurdu. Onların hər birinə hakimiyyət rəmzi kimi ox təqdim olundu. "On ox" türkləri adı belə yarandı (bunlan Çulo xanın oğlu igid və nəcib Aşina şeni etdi). İki müttəfiq – Dulu və Nuşibi tayfa ittifaqları arasındakı sərhəd Çu çayı oldu.

V əsrdən başlayaraq Jujan dövləti zəifləməyə başladı. Türk qəbilələrinin başçısı Bumin xaqan idi. 546-cı ildə teles tayfaları jujanlara qarşı üsyan qaldırdı. Bumin xaqan bu üsyandan istifadə etmək istədi. Jujan xanı Anaxuanın qızına elçi göndərdi. O isə "sən mənim filiz əridənimsən" deyib qızını Bumın xaqana vermədi. Bumin xaqan 552-ci ildə jujan xanının üzərinə hücum edib onu məğlub etdi və Birinci Göytürk xaqanlığıni yaratdı. Bumin xaqan özünü dövlətin hökmdarı (il xaqan) elan etdi. Dövlətin paytaxtı Onon çayı sahilində Ötüken idi. Bundan sonra hunlar türk adlandırıldı. "Göytürk" mürəkkəb sözündəki "göy" sözü həm səma, Tanrı, həm də rəng mənasında işlənir.

Soyun yaranma əfsanəsi

Aşina soyunun bir dişi qurddan törədiyinə dair o dövrdə çox məşhur olduğu aydın olan rəvayətlər, Göytürklərin erkən tarixini əfsanələrlə qarışdırır. Ancaq qurddan-törəmə ənənəsinin, Asiya Hunları arasında da mövcud olması və qurd atanın Türkləri dar, keçilməz yollardan salamatlığa çatdırdığı (Bozqurd Dastanının əsli) rəvayətinin Hunlarda görülməsi, Göytürklərin Hunlara nisbətini ortaya qoyur. Aşina ailəsinin, tək bir oğlan həyatda qalmaqla, qırğına uğramış olduğu rəvayətini, Tsü-kü (əslində Asiya Hun dövlətində bir ünvan) adlı Hun ailəsinə mənsub Meng-sun tərəfindən qurulan Şimali Liang Hun dövlətinin, 439-da Tabğaclar tərəfindən yıxılması hadisəsinə bağlamaq mümkündür. Sui-shuya (Çin təqvimi, 581-618) görə, bu Hun dövlətində idarəni əlində tutan Tsü-kü (Chü-ch'ü)'ler məhv edildiyi zaman, A-shih-na (Aşına) qolu, 500 ailəlik bir kütlə halında, Kan-su bölgəsindən köçərək, Juan-juanlara sığındılar. Göytürklərin özəyini təşkil etdiyi ifadə edilən və Meng-sunun oğulu An-çu və sonra nəvəsi Şunun öldürülməsi üzərinə əvvəl Hsi-haidə ikən sonra Altaylara nüfuz edən bu kütlə, Chü-chülar (Tsü-kü) yolu ilə də Asiya Hunlarına bağlandı və hətta, bu qısa köç hərəkətini idarə edən Aşına soyunun, Cənub Hun tanhuları yolu ilə Mo-tunun mənsub olduğu məşhur Ti-ko (Tu-ku) ailəsindən gəlməsi güclü təxmindir. Qurd ata inancı səbəbindən Göytürk xaqanlıq sənədi, altından qurd başlı bayraq (tuğ) olmuşdur.

Soyun hökmdarları

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Aşina Tuvu
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bumın xaqan
(551-552)
 
 
 
 
 
 
 
 
İstəmi xaqan
(551-576)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qara İssıq xaqan
(552-554)
 
 
 
Muğan xaqan
(554-572)
 
Taspar xaqan
(572-581)
 
 
Tardu xaqan
(576-603)
 
 
Tamqan şad
(Turxan)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İşbara xaqan
(581-587)
 
Bağa xaqan
(587-589)
 
Apa xaqan
 
Amrak xaqan
(581-581)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tulan xaqan
(589-599)
 
 
 
 
 
 
 
 
 
 
 

Şərqi Göytürk

 
 
 
 
 
 
Bağa xaqan
(587-589)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yami xaqan
(603-609)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şibi xaqan
(611-619)
 
 
Çula xaqan
(619-621)
 
 
İllig xaqan
(621-630)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Aşina Cieşeşuay
 
 
 
 
 
 
 
Yükük şad
(638-642)
 

Qərbi Göytürk

 
 
 
 
Tardu xaqan
(576-603)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yanq Soux Tegin
 
 
 
Bağatur xaqan
(630-631)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nili xaqan
(Ni-ri)
 
Şekuy xaqan
(611-618)
 
Bağa Şad
 
 
 
 
 
 
Tonq Yabqu xaqan
(618-630)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Taman xaqan
(603-611)
 
Böri Şad
 
Nişa Tulu xaqan
(633-634)
 
İşbara Teriş xaqan
(634-638)
 
 
Si Yabqu xaqan
(631-633)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(Aşina Mişe)
 
 
 
Xallıq İşbara Yabqu xaqan
(651-658)
 
 
İl Küllük xan
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İrbis Şekuy xaqan
(642-651)

Birinci xaqanlıq

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Aşina Tuvu
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bumın xaqan
(551-552)
 
 
 
 
 
 
 
 
 
 
İstəmi xaqan
(551-576)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qara İssıq xaqan
(552-554)
 
 
 
Muğan xaqan
(554-572)
 
Taspar xaqan
(572-581)
 
 
 
Tardu xaqan
(599-603)
 
 
 
Tamqan şad
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İşbara xaqan
(581-587)
 
Bağa xaqan
(587-589)
 
Apa xaqan
 
Amrak xaqan
(581-581)
 
 
Yanq Soux Tegin
 
 
 
Bağatur xaqan
(630-631)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tulan xaqan
(589-599)
 
Yami xaqan
(603-609)
 
 
 
 
 
 
Nili xaqan
(Ni-li)
 
Şekuy xaqan
(611-618)
 
Bağa Şad
 
 
 
 
 
Tonq Yabqu xaqan
(618-630)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şibi xaqan
(611-619)
 
 
Çula xaqan
(618-621)
 
 
İllig xaqan
(621-630)
 
Taman xaqan
(603-611)
 
Böri Şad
 
Nişa Tulu xaqan
(633-634)
 
İşbara Teriş xaqan
(634-638)
 
Xallıq İşbara Yabqu xaqan
(631-633)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Aşina Cieşeşuay
 
 
 
 
 
 
 
Yükük şad
(638-642)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İl Küllüg xan
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İrbis Şekuy xaqan
(642-651)

İkinci xaqanlıq

İkinci xaqanlığın ilk hökmdarı İlteriş xaqan İllig xaqanın nəslindən idi.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İtmiş bəy
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qapağan xaqan
(694-716)
 
 
 
 
 
 
İlteriş xaqan
(681-694)
 
 
 
 
 
 
İl Etmiş Yabqu
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İnel xaqan
(716-717)
 
 
Bilgə xaqan
(717-734)
 
 
 
 
 
Kül Tigin
 
 
Pan Kül Tegin
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yollıq xaqan
(734-739)
 
 
 
Bilgə Qutluq xan
(739-742)
 
 
 
 
Ozmış Teqin xan
(742-734)
 
 
 
Kulun bəy

Göytürk şahzadələri

İmperatriça Aşina

Muğan xaqanın qızı olub, Çin imperatoruna ərə getmişdi.

Aşina Şeer

Çula xaqanın kiçik oğlu idi. 636-cı ildə Tan sülaləsinə təslim olmuşdur. 640-cı illərdə Kuçanın fəthinə kömək etmişdi. 655-ci ildə vəfat edib. Ölümdən sonrakı adı Yuan idi. Oğlu Taoçen Tibetlilərə qarşı döyüşdə məğlub olduğu üçün kəndli statusuna endirilmişdi.

Aşina Sunişi

Aşina Sunişi (阿史那蘇尼失) - Şərqi Göytürk xaqanlığının Sağ Müdrik şahzadəsi, Yami xaqanın qardaşı idi. Tan sülaləsi generalı olmuşdu. İllig xaqanın ölümündən sonra intihar etmişdi.

Aşina Çonq

Tan sülaləsinə xidmət edən Göytürk sərkərdələrindən biri idi. 611-ci ildə doğulmuşdur. Aşina Sunişinin oğlu olmuş, Kilibi xaqanın köməkçisi olmuşdu, Sol Müdrik Şahzadə idi. 650-ci ildə Sie Quo knyazı titulu verilmişdi. 675-ci ildə vəfat etmişdir. Oğlu Cian da Tan sarayında nazirlərdən biri idi. Məzarı 1972-ci ildə tapılmışdır.

Aşina Qande

Aşina Qande (阿史那感徳) - İllig xaqanın nəticəsi idi. 665-691-ci illərdə yaşamışdır. Ailəsi 630-cu ildə Çinə köçən türklərlə birgə gəlmişdi.Babası Tegin, atası isə Cian adlanırdı, Sol Mühafizlərinin sərkərdəsi idi. Aşide sülaləsindən biri ilə evli idi.

İl Etmiş Yabqu

İltəriş xaqanın kiçik qardaşı Turs bəy İl Etmiş yabqu idi. 716-cı ildə Kül Tigin tərəfindən öldürülmüşdü. İki oğlu vardı:

  • İşbara Tamqan Çor yoğa - 727-ci ildə sərkərdə olmuşdu.
  • Bilgə İşbara Tamqan Tarxan yoğa - Ongi kitabələrini yazdırmışdı.

Bilgə Təkin

Qapağan xaqanın oğlu idi. 682-ci ildə doğulmuşdu. Kül Tiginin hücumundan qaçaraq Çinə sığınmışdı. 725-ci ildə vəfat etmişdi. Məzarı 1956-cı ildə tapılmışdır.

Tonqa Təkin

Qapağan xaqanın oğlu idi. 714-cü ildə Peitinq mühasirəsində ölmüşdü. Ölümündən sonra şərəfinə Alp Ər Tonqa dastanı yaranmışdır.

Aşina Kanqlı

Aşina Kanqlı An Luşanın ordusunda sərkərdə idi.756-cı ildə An Luşanı tərk edərək Uyğur sərhədinə Göytürk tayfalarını birləşdirmək üçün getdi. Bayançur xaqanın ordusu onu məğlub etdilər.

Aşina Cu

Qaoçanq dövlətində nazir vəzifəsində idi. 639-cu ildə imperator Taiçonq onu həbs etmək istəsə də buna nail olmamışdı.

Qeydlər

  1. Təkcə yabqu.
  2. 576-599-ci illərdə yabqu və 599-603-ci illərdə xaqan.
  3. Taşağıla görə Özmışın oğlu.

Ədəbiyyat

  1. Lev Qumilyov. Qədim türklər. Bakı, "Gənclik",1993.
  2. Q.Ş.Kazımov. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, "Təhsil", 2003.
  3. N.Ə.Biçurin.Sobranie svedeniy o narodax, obitavşix v Sredney Azii v drevnie vremena, t.I, M.-L., 1950.
  4. Azərbaycan tarixi. I c., Bakı, "Elm", 1998.
  5. İ.M.Dəkonov. İstoriə drevney peredney Azii. M., 1967
  6. Oljas Süleymenov. Az-Ya. Bakı, 1993.
  7. Kitabi-Dədə Qorqud. Bakı, "Yazıçı", 1988.
  8. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, Azərbaycan Universiteti Nəş­riyyatı, 1989.
  9. S.N.Kramer. Dve şumerskie gleqii. İzd.-vo Vostoçnoy lite­ra­tu­rı, Mos­­­­kva, 1960.
  10. Xrestomatiə po istorii Drevneqo Vostoka. M.,1963.
  11. L.Budaqov. Sravnitelğnıy slovarğ tureüko-tatar­skix nare­çiy. t.I, SPb., 1869.
  12. V.V.Radlov.Opıt slovarə törkskix nareçiy. t.I, 1, SPb., 1898.
  13. G.V.Sevortən.Gtimoloqiçeskiy slovarğ törkskix əzıkov. Mos­kva, Na­uka, 1974.
  14. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik, Bakı, Azər­baycan Döv­lət Nəşriyyatı, 1994.
  15. Y.B.Yusifov. Qədim Şərq tarixi. Bakı Universiteti Nəşriy­yatı, 1993.
  16. Əbülfəz Rəcəbli. Qədim türkcə-azərbaycanca lüğət. Bakı, Azər­baycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001.
  17. Tariyel Vəli Nüvədili. Əcdad. Sietl, BA, ABŞ, 1997.

Həmçinin bax

  • Birinci Göytürk xaqanlığı
  • Şərqi Göytürk xaqanlığı
  • Qərbi Göytürk xaqanlığı
  • İkinci Göytürk xaqanlığı
 Soylarla əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşina haqqında məlumat. Aşina nədir? Aşina nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nüvə strategiyası

  • Fevral 27, 2026

    Akustika

  • Fevral 27, 2026

    Əziz Şərif

  • Fevral 27, 2026

    Damburneya cufodontisii

  • Fevral 27, 2026

    Plaqioklazlar (mineral)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst