Ağ zoğal (lat. Cornus alba) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü.
| Ağ zoğal | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Ağ zoğal | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Arealı
Təbabətdə yabanı halda Rusiyada, Yaponiyada, Çin və Koreyada çayların kənrlarında, kolluqlarda yayılmışdır.
Botaniki xarakteristikası
Hündürlüyü 2–3 m-ə çatan, yarpağıtökülən dekorativ koldur. Budaqları nazik, elastik, əsasən al-qırmızı, qara-qırmızı, qırmızı-qonurdur. Cavan zoğları çox vaxt göyümtül tükcüklərlə örtülmüşdür. Yarpaqları tünd-yaşıl, alt tərəfi göyümtül-ağ, enli-yumurtavarı, bir az qırışlıdır, uzunluğu 1–2 sm-ə qədərdir. 2–3 yaşında çiçəkləməyə və meyvə verməyə başlayır. Yayın birinci yarısında bol çiçəkləyir. çiçəkləri xırda, ağ, kiçik qalxanşəkilli hamaşçiçəklərə yığılmışdır. Meyvələri payızda yetişir. Toxumla, kök zoğları, qələmlərlə asanlıqla çoxalır.
Ekologiyası
Soyuğa, istiyə, kölgəyədavamlıdır, torpağa tələbkar deyil, çox möhkəm və bərk oduncağına görə "buynuz" adlanır. Xüsusilə qulluq tələb etmir.
Azərbaycanda yayılması
Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir.
İstifadəsi
Canlı çəpərlərdə tək və qruplarla əkilmək üçün istifadə edilir. Dekorativ yarpaqları yayda ağımtıl-göy rəngli, payızda qırmızı-bənövşəyi və ya tünd-bənövşəyi rəngdə olur.
Sinonimləri
Homotipik sinonimləri
- Swida alba (L.) Opiz
- Thelycrania alba (L.) Pojark.
Heterotipik sinonimləri
- Cornus alba var. albomarginata Burv.
- Cornus alba var. argenteomarginata Rehder
- Cornus alba f. argenteomarginata (Rehder) Schelle
- Cornus alba f. gouchaultii (Carrière) Rehder
- Cornus alba var. gouchaultii (Carrière) Rehder
- Cornus alba var. kesselringii (E.Wolf) Rehder
- Cornus alba var. marginata G.Paul
- Cornus alba f. rosenthalii Schwer.
- Cornus alba var. rutokensis Miyabe & T.Miyake
- Cornus alba f. sibirica (Lodd. ex Loudon) Geerinck
- Cornus alba var. sibirica Lodd. ex Loudon
- Cornus alba f. spaethii (Späth) Schelle
- Cornus alba var. spaethii Späth
- Cornus alba subsp. tatarica (Mill.) Wangerin
- Cornus dichotoma Raf.
- Cornus hessei Koehne
- Cornus purpurea Tausch
- Cornus sibirica (Lodd. ex Loudon) Loudon
- Cornus sibirica Raf.
- Cornus sibirica var. aurea-spaethii Pynaert
- Cornus sibirica var. gouchaultii Carrière
- Cornus sibirica var. kesselringii E.Wolf
- Cornus spaethii G.Nicholson
- Cornus subumbellata Komatsu
- Cornus tatarica Mill.
- Cornus tatarica var. sibirica (Lodd. ex Loudon) Koehne
- Swida alba var. argenteomarginata (Rehder) Moldenke
- Swida alba var. sibirica (Lodd. ex Loudon) P.D.Sell
- Swida hessei (Koehne) Soják
- Swida subumbellata (Komatsu) Holub
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağ zoğal sözünün mənası, ağ zoğal haqqında məlumat. ağ zoğal nədir? ağ zoğal nə deməkdir?
